Muğam Mərkəzində bəstəkar-pianoçu Cahangir Qarayevin xatirəsi anılıb

 

Fevralın 11-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar-pianoçu Cahangir Qarayevin 70 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış mədəniyyət incəsənət xadimləri, dövlət hökumət rəsmiləri, eləcə ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yubiley gecəsində bəstəkarın həyat yaradıcılığından danışılıb, onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri qeyd olunub.

Bildirilib ki, Azərbaycan fortepiano bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi olan Cahangir Qarayev Bakıda tibb sahəsinin görkəmli xadimləri Mürsəl Qarayev ilə Böyükxanım Nəzirovanın ailəsində dünyaya göz açıb. Onun musiqiyə gəlişində əmisi Qara Qarayevin böyük rolu olub. Uşaqlıqdan musiqiyə dərin həvəsi ilə seçilən C.Qarayev Azərbaycan fortepiano məktəbinin banilərindən biri, Xalq artisti, professor Mayor Brennerin sinfində professional musiqi təhsili alıb. Təhsil aldığı müddətdə musiqinin müxtəlif janrlarında öz bacarığını nümayiş etdirib. O, həm klassik, həm caz musiqisinə böyük sevgi ilə yanaşıb.

Öz təhsilini musiqi klassikasının ən kamil nümunələri əsasında alan C.Qarayev caz sənətini ciddi surətdə öyrənməyə başlayıb. Onun maraq axtarışları özünün yaratdığı rəhbərlik etdiyiCürbəcürqrupunun fəaliyyətində gerçəkləşir. Böyük rəğbət qazanmış həmin heyətin repertuarına müasir Azərbaycan bəstəkarlarının caz əsərləri daxil idi.

Diqqətə çatdırılıb ki, ötən əsrin 70-80-ci illərində Bakıda həm caz rok, həm elektron musiqi sahəsində bir inqilab dövrü başlayıb. Bu dövrdə Bakıda ilk elektron musiqi konsertini verən C.Qarayev olub. O, həmin dövrdə çətin tapılan elektron musiqi alətlərini əldə etmək üçün hətta müxtəlif eksperimentlər aparıb.

C.Qarayev bəstəkar kimi bədii cizgi filmlərinə yazdığı musiqilərdə öz potensialını nümayiş etdirə bilib. O, pedaqoji sahədə uzun müddət çalışıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dərs dediyi tələbələr hazırda İsveç ABŞ-da onun yolunu davam etdirirlər. Yaradıcılığının son dövrlərində öz eksperimental musiqi layihələrini həyata keçirib.

Daha sonra yubiley tədbiri konsert proqramı ilə davam edib. Proqramda Xalq artistləri Murad Hüseynov, Murad Adıgözəlzadə, Salman Qəmbərov, Əməkdar artist Şəhriyar İmanov, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli Elbəy Məmmədzadənin ifasında klassik caz musiqisindən ibarət əsərlər səsləndirilib.

 

525-ci qəzet.- 2020.- 15 fevral.- S.12.