İsmayıl Şıxlı haqqında yeni kitab

 

Şair-publisist Elçin İsmayılın Xalq yazıçısı İsmayıl Şıxlı haqqında yazdığı "Dəli Kür ömrü" kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabda ədib haqqında müxtəlif illərdə müxtəlif müəlliflər tərəfindən yazılmış xatirə yazıları elmi məqalələr toplanılıb.

Yeni nəşr Prezident İlham Əliyevin "İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamına uyğun olaraq çap edilib. Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr olunmuş kitabda Xalq yazıçısının keçdiyi mənalı zəngin yaradıcılıq yolu müxtəlif ölkələrdə yaşamış yaşayan dövlət elm xadimlərinin, şair, yazıçı ayrı-ayrı incəsənət xadimlərinin yazdıqları xatirələr əsasında ərsəyə gəlib.

"Dəli Kür ömrü" kitabı Azərbaycan oxucularına Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Bu, əsl faciə idi", ulu öndər Heydər Əliyevə həsr olunmuş "Böyük ömrün Qazax salnaməsi", Səməd Vurğunun xatirələri toplanmış "Deyilən söz yadigardır", müxtəlif illərdə yazdığı şeirlərin toplandığı "Dünya məni qəbul elə", "Daha payızdandı" adlı publisist şeir kitablarının müəllifi kimi tanınan şair-publisist Elçin İsmayılın kitabsevərlərlə doqquzuncu görüşüdür.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

525-ci qəzet.- 2020.- 15 fevral.- S.12.