Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

 

ABŞ-ın dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los- Anceles Universitetinin (UCLA) Kitabxanasında azərbaycanlı şair mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş geniş tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, UCLA Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə UCLA Kitabxanasının rəhbərliyi əməkdaşları, habelə universitetin müəllim tələbə heyəti, tanınmış elm mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri digər qonaqlar iştirak ediblər.

 

Tədbiri açan UCLA Kitabxanasının direktor müavini Şaron Farb Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş belə bir önəmli tədbirə ev sahibliyi etmələrindən məmnun olduqlarını bildirib. O, Azərbaycan ilə UCLA Kitabxanası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, 2018-ci ilin yanvarında Baş Konsulluğun təşəbbüsü ilə Azərbaycan Milli Kitabxanası UCLA Kitabxanası arasında Anlaşma Memorandumunun imzalandığını bu tərəfdaşlığa böyük önəm verdiklərini diqqətə çatdırıb.

 

Kitabxananın Slavyan, Şərqi Avropa Mərkəzi Asiya üzrə əməkdaşı Alena Aysinq öz çıxışında Azərbaycan ilə əməkdaşlıqdan ötən il Azərbaycan Milli Kitabxanasının dəvəti ilə Azərbaycana etdiyi səfərdən danışaraq, ölkəmiz haqqında xoş təəssüratlarını slaydların köməyi ilə qonaqlarla bölüşüb.

 

Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Los-Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev İmadəddin Nəsiminin yaradıcılığından ətraflı bəhs edərək, onun öz şeirlərində yüksək humanizm, sülh, tolerantlıq, dünyəvilik, mənəvi kamillik, ədalət ilahi eşq ideyalarını sadə anlaşıqlı dildə xalqa çatdırdığını bənzərsiz əsərlər yaratdığını vurğulayıb. Diplomat qeyd edib ki, Nəsiminin yaşadığı dövrdə fars dilinin dominant ədəbi dil olmasına baxmayaraq, böyük şair ən gözəl tanınmış əsərlərini məhz öz ana dili olan Azərbaycan dilində yaradaraq, doğma dilimizin inkişafına böyük töhfələr verib.

 

Baş konsul ötən il Nəsiminin anadan olmasının 650 illiyinin qeyd olunduğunu Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilinNəsimi ilielan edildiyini diqqətə çatdırıb. O, Nəsimi yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafına güclü təsir göstərdiyini, onun ideyalarının indiyədək bir çox Azərbaycan dünya ədiblərinin yaradıcılığında dərin iz qoyduğunu qeyd deyib. Baş konsul 650 il keçməsinə baxmayaraq, bu ideyaların bu gün aktual olduğunu böyük önəm kəsb etdiyini dilə gətirib. O, bu xüsusda Azərbaycanın bu gün tolerantlıq multikulturalizm ənənələrinin hökm sürdüyü məkan olduğunu, ölkəmizdə etnik dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin harmoniya sülh şəraitində birgə yaşadıqlarını vurğulayıb.

 

Çıxışlardan sonra tanınmış amerikalı aktyorlar Azərbaycan milli geyimlərində sufi musiqisinin müşayiəti ilə Nəsiminin müxtəlif əsərlərini ingilis dilində səsləndiriblər. Tədbirdə, həmçinin Azərbaycan mənşəli britaniyalı müğənni Sami Yusufun 2019-cu ildə Bakıda ilk dəfə ifa edilmiş, Nəsimiyə həsr olunmuş kompozisiyasının videoyazısı nümayiş etdirilib.

 

 

525-ci qəzet.-2020.-23 fevral.- S.13