Bakı Xoreoqrafiya Akademiyası: ənənədən başlanan yolkitabı işıq üzü görüb

 

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyevin Azərbaycanda xoreoqrafiya təhsilinin 90 illik tarixi, Bakı Xoreoqrafiya Akademiyasının 5 illik fəaliyyətinə həsr olunmuş "Bakı Xoreoqrafiya Akademiyası: ənənədən başlanan yol" adlı kitabı işıq üzü görüb.

 

Kitabda milli rəqs sənətinin formalaşması, xoreoqrafiya məktəbinin təşəkkülü, keçdiyi şərəfli yol, burada fəaliyyət göstərmiş görkəmli balet rəqs ustalarının yaradıcılığı nəzərdən keçirilib, Bakı Xoreoqrafiya Akademiyasının timsalında zəngin sənət ənənələrinə malik xoreoqrafiya təhsilinin akademizm çiçəklənmə dövrü, elm geniş yaradıcılıq imkanlarına malik tədris prosesinin inkişafı öz əksini tapıb.

 

Kitab balet artistləri rəqs ifaçıları, xoreoqraflar, baletmeysterlər, mədəniyyət xadimləri, tədqiqatçılar, pedaqoqlar geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

525-ci qəzet.-26 fevral.-S.12