Azərbaycan" jurnalının yeni sayı çıxıb

 

 

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı "Azərbaycan" jurnalının fevral sayı işıq üzü görüb.

 

"Poeziya" bölməsində Musa Yaqub, Eyvaz Borçalı, Xəyalə Sevil, İlham İnam Adil Şamilin şeirləri çap olunub.

 

"Nəsr"də Səyyad Aranın "Başdaşı" romanı, Nurəddin Ədiloğlunun "Bumeranq" povesti, Aydın Tağıyevin "İsrafilin suru" hekayəsi verilib.

 

"Sərhədsiz söz sərvətimizdir" rubrikasında oxucular Xalq yazıçısı Anarın "Güneydən gələn səslər" essesini oxuya biləcəklər.

 

Bu dəfə jurnal uşaq ədəbiyyatına da yer ayırıb. Bölmədə Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Ələsgər Əlioğlu, Nuranə Nur, Şəfiqə Abbasova, Sabir Şirvan, Ədalət Salman, Qəşəm Nəcəfzadə Elnarə Akimova öz ədəbi mətnləri ilə çıxış ediblər.

 

Günel Natiq bu dəfə "Ədəbi talelər"də Qoqoldan danışıb. "Tənqid ədəbiyyatşünaslıq" bölməsində isə Fərid Hüseyn "Ürək jarqonu", Yeganə Məmmədova "Təkəbbürlük eyləyəni Tanrı sevməz", Günel Səfərova "Cəfər Rəmzi İsmayılzadə", Vaqif Yusifli "Ədəbi fraqmentlər" məqalələri ilə çıxış ediblər.

 

Zümrüdün hazırladığı "Ədəbi kaleydoskop" rubrikasında İ.S.Turgenev F.S.Fisceraldın yaradıcılığı, əsərləriylə bağlı maraqlı faktlar verilib.

 

Ənənəvi olaraq jurnalın "Kitab rəfi" rubrikasında yeni nəşrlərdən söz açılır.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2020.-29 fevral.- S.13