Bakıda gənc rəssamların "Axın" adlı qrup sərgisi açılıb

 

Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə fevralın 3-də "Baku Book Center"də Gənclər Gününə həsr olunmuş gənc rəssamların "Axın" adlı qrup sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi gənclərin istedad bacarıqlarının üzə çıxarılması, mədəni tədbir, layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etmək məqsədi ilə təşkil olunub.

Sərgidə 30-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri nümayiş olunub.

Tədbirin sonunda rəssamlar diplomla təltif ediliblər.

 

525-ci qəzet.- 2020.- 5 fevral.- S.16.