Qara Qarayev ev-muzeyində yad edilib

 

Fevralın 5-də görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin xatirəsi onun adını daşıyan ev-muzeyində yad olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin bütün əməkdaşları Fəxri xiyabanda unudulmaz sənətkarın məzarını ziyarət ediblər.

Muzeydə davam edən tədbirdə əvvəlcə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Qara Qarayevin həyat yaradıcılığı haqqında məlumat verib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini vurğulayıb. O, dahi bəstəkarın Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi fitri istedadlardan biri olduğunu hələ sağlığında ölkəmizin rəmzinə çevrildiyini vurğulayıb, bəstəkarın milli musiqimizi klassik müasir musiqi janrları ilə sintez etməklə unudulmaz əsərlər yaratdığını qeyd edib. Qeyd olunub ki, Qara Qarayevin yaradıcılıq irsi musiqinin demək olar ki, bütün janrlarını əhatə edir onun əsərləri dünya musiqi mədəniyyətinin xəzinəsinə daxildir: "Artıq ikinci dəfədir böyük sənətkarın doğum günü ilə bağlı tədbiri onun ev-muzeyində keçiririk. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan bu muzey bəstəkarın irsinin gənc nəsillər üçün təbliğində mühüm əhəmiyyətə malikdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda səfərdə olan Moskva şəhəri Qara Qarayev adına Musiqi Məktəbi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Moskva şəhərində dahi bəstəkarın adını daşıyan musiqi məktəbi ilə əməkdaşlıq Musiqi Mədəniyyəti Dövlət Muzeyi üçün hər zaman diqqətdə olub".

Qara Qarayevin ev-muzeyinin müdiri qızı Züleyxa Bağırova-Qarayeva tədbirin iştirakçılarına təşəkkür edib: "Atamın sağlığında bu tarixi həmişə dostların, qohumların, atamın sevimli tələbələrinin əhatəsində qeyd edərdik. Bu gün illər keçib, özü dünyada olmasa da, yenə sevənləri bir araya gəlib onu yad edirlər. Bu sevgiyə görə hər kəsə minnətdaram".

Qara Qarayev adına Musiqi Məktəbinin müəllimi Valeri Matryaşin dahi bəstəkarın ev-muzeyi ilə tanışlıqdan məmnunluğunu ifadə edib. O, Qara Qarayevin adını daşıyan məktəbdə hər il bəstəkara həsr olunmuş müsabiqənin keçirildiyini diqqətə çatdırıb.

Daha sonra Moskva şəhər Qara Qarayev adına Musiqi Məktəbinin müəllim şagirdi, G.Şaroyev adına 35 nömrəli Musiqi Məktəbinin şagirdi, beynəlxalq müsabiqələr laureatı Şirin Əmiraslanova, Əməkdar artist Adilə Əliyeva bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Şair-publisist Səlim Babullaoğlu vurğulayıb ki, bir ailənin görkəmli üzvünü xatırlayarkən digər üzvlərin millət, xalq üçün layiqli vətəndaş olduğunu görürük: "Bu ailənin üzvlərindən Azərbaycan elminə, mədəniyyətinə şöhrət qazandıran görkəmli şəxsiyyətlər yetişib. Bu insanlardan biri Azərbaycan tibb elmində böyük xidmətləri olan Mürsəl Qarayevdir".

Sonra Mürsəl Qarayevə həsr edilmiş "Cərrah" sənədli filmi nümayiş olunub.

Tədbir çərçivəsində Moskva şəhər Qara Qarayev adına Musiqi Məktəbinin müəllim şagirdi, G.Şaroyev adına 35 nömrəli Musiqi Məktəbinin şagirdi, beynəlxalq müsabiqələr laureatı Şirin Əmiraslanova, Əməkdar artist Adilə Əliyeva bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

 

525-ci qəzet.- 2020.- 7 fevral.- S.8.