90 yaşlı UNEC
ƏDALƏT MURADOV: "UNEC-in
TƏLƏBƏLƏRİ VƏ
MÜƏLLİMLƏRİ BİRLİKDƏ,
ƏL-ƏLƏ TUTARAQ AZƏRBAYCANIMIZI DAHA
İRƏLİYƏ APARMAQDA PREZİDENTİMİZƏ
DƏSTƏK OLACAĞIQ"
İyun
ayının 19-da regionda
iqtisad elmini dərindən öyrədən
fundamental tədris mərkəzi
sayılan Azərbaycan
Dövlət İqtisad
Universitetinin (UNEC) yaradılmasının
90 ili tamam
olur.
UNEC-in ölkənin yeganə ali iqtisadi
təhsil müəssisəsi
olaraq yüksək ixtisaslı iqtisadçı
kadrların hazırlanmasında
müstəsna xidmətləri
var. UNEC ölkədə sənaye,
ticarət, maliyyə,
statistika, vergi sistemi, marketinq, menecment və s. ixtisaslar üzrə kadr hazırlığı
və elmi-tədqiqat mərkəzinə çevrilib.
UNEC-in rektoru, professor Ədalət
Muradov deyir ki, Ümumilli lider Heydər Əliyevin universitetin 70 illik yubiley tədbirində
çıxışı zamanı
ölkə iqtisadiyyatını
irəli aparmaq, dünyanın mürəkkəb
maliyyə, iqtisadi sisteminə qoşulmaq üçün müasir,
hazırlıqlı, xarici
dilləri bilən, dünya təcrübəsini
mənimsəmiş gənclər
laqım olduğunu kollektiv qarşısında
duran əsas vəzifə kimi qoymuşdur. Bu vəzifələr
universitetin inkişaf strategiyasının əsasını
təşkil edir və davamlı olaraq müvəffəqiyyətlə
icra olunur.
Rektorun sözlərinə
görə, ilin əvvəlində UNEC-in 90 illik
yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər
planı təsdiq edilib və hazırlıqlara başlanılıb. Plana əsasən,
müxtəlif beynəlxalq
elmi konfransların təşkili, Azərbaycan
Dövlət İqtisad
Universitetinin tarixi haqda filmlərin, fotoalbomların hazırlanması,
kitabların nəşri,
görkəmli alimlərin
həyat və yaradıcılığı ilə
bağlı tədbirlərin,
veteran əməkdaşlarla və məşhur məzunlarla görüşlərin
keçirilməsi, təqdimatların,
həmçinin, maraqlı
müsabiqələrin, konsert
və şouların,
fləşmobların, rəsm
və kitab sərgilərinin, idman yarışlarının reallaşdırılması
nəzərdə tutulub:
"Yubileylə bağlı
ən böyük tədbir isə UNEC I İqtisadi Forumunun təşkili olacaq. Bundan başqa, UNEC Məzunlar Assosiasiyasının
yaradılması və
I Forumunun, eləcə
də "İqtisadçı
Tələbələrin I Bakı
Forumu"nun, Yubiley məzun gününün
və təbii ki, təntənəli yubiley mərasiminin keçirilməsi planlaşdırılıb.
Azərbaycan Dövlət
İqtisad Universitetinin
(UNEC) tərəfdaşlıq etdiyi xarici ali təhsil müəssisələrində də "UNEC 90" yubiley
tədbirləri təşkil
olunacaq. Həmçinin,
Beynəlxalq Texniki Strateji İdarəetmə
və İdarəçilər
Dərnəyi tərəfindən
Azərbaycan Dövlət
İqtisad Universiteti, İstanbul Texniki Universiteti, Gebze Texniki Universiteti, Yıldız Texniki Universiteti və Nişantaşı Universitetinin
birgə əməkdaşlığı
ilə 11-13 iyun tarixlərində UNEC-in 90 illik
yubileyinə həsr olunacaq 16-cı Beynəlxalq
Strateji İdarəetmə
Konfransı keçiriləcək".
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) rektoru,
professor Ədalət Muradov
deyir ki, UNEC-də tələbələrə
dünyanın ən nüfuzlu universitetləri
ilə əməkdaşlıq
imkanı yaradılır:
"Biz şərait yaradırıq
ki, sən UNEC-də oxuya-oxuya seçim edib London Universiteti/London İqtisadiyyat
Məktəbinin diplomunu
qazanasan. Biz tələbələrimizə
vəd edirik ki, sən UNEC-də oxuya-oxuya Rusiyanın Ali İqtisad Məktənin diplomunu da əldə edə bilərsən.
Biz vəd edirik
ki, Fransanın Monpelye Universiteti ilə, məsələn,
Türkiyənin ən
nüfuzlu universitetləri
o cümlədən, dünya
reytinq sıralanmasında
85-ci yerdə olan
ODTÜ-nün diplomunu
bizim universitetdə oxumaqla qazana bilərsən. Türkiyənin
təkcə ODTÜ yox,
Bilkənt, Qazi, Hacettəpə və TOBB universitetləri ilə ikili diploma dair əməkdaşlığımız var. Biz tələbələrimizə vəd
edirik ki, sən UNEC-də oxumaqla xarici dilini daha mükəmməl
öyrənmək imkanına
nail olacaqsan. Bu haqda bizim çox
ciddi dəyişliklərimiz,
islahatlarımız olacaq.
Biz tələbələrimizə
vəd edirik ki, sənin İKT üzrə biliklərin sənin rəqabət üstünlüyün olacaq.
Ən vacibi isə, mən rektor olaraq buna zəmanət
verirəm ki, UNEC-də müəllim-tələbə
münasibəti kitablarda
yazılan, filmlərdə
göstərilən münasibətlərə
oxşar olacaq. Bütün bunların nəticəsində
UNEC-ə gələn tələbə
təkcə bilikli, savadlı, hazırlıqlı,
bacarıqlı mütəxəssis
yox, həm də bizim ölkəmizi
sevən, vətənimizin
gələcəyi üçün
həyatını və
canını qurban verməyə hazır olan bir vətəndaş
olacaqlar. Bütovlükdə biz vəd edirik ki, UNEC-in tələbələri
və müəllimləri
birlikdə, əl-ələ
tutaraq Azərbaycanımızı
daha irəliyə aparmaqda Prezidentimizə dəstək olacağıq".
Professor, Əməkdar elm xadimi Şahlar Əsgərovun sözlərinə görə,
Azərbaycan Dövlət
İqtisad Universiteti artıq dünyanın nüfuzlu universitetləri
ilə ayaqlaşmaq mərhələsindədir: "Son illərdə UNEC-də bir çox zəruri islahat aparılıb və müsbət nəticələr
əldə olunub. Əmək bazarının tələbləri
nəzərə alınmaqla
qəbul planında dəyişikliklər edilib,
ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb. UNEC-də qiymətləndirmə
ilə əlaqədar
yeni mərhələyə
qədəm qoyulub.
Bu mərhələdə əsas məqsəd obyektivliyi, şəffaflığı
təmin etməkdir. UNEC tədqiqat
universitetinə çevrilmək
istiqamətində qarşıya
qoyduğu strateji hədəfə qısa bir zamanda çata
bilib. UNEC-in 100 illik yubileyinə qədər dünyanın
ən yaxşı 500
universitetindən birinə
çevrilməsi nəzərdə
tutulub. Mən əminəm ki,
UNEC daha tez bir müddətdə hədəfinə çatacaq
və dünyanın ən yaxşı 500 universitetindən birinə
çevriləcək".
Ş.Əsgərov bildirib ki, UNEC uniRank reytinq təşkilatının 2020-ci ilin fevralında açıqladığı "Dünya universitetlərinin
reytinqi"ndə ölkə
birincisi olub. 200-dən artıq
ölkədə rəsmi
qeydiyyatdan keçmiş
13 mindən çox ali təhsil
müəssisəsinin təhlili
nəticəsində müəyyən
edilən reytinq sıralamasında UNEC ötən
illə müqayisədə
497 pillə irəliləyərək
dünyada 225-ci yerə
yüksəlib. uniRank-in
regional reytinq göstəricisi
olan "Asiyanın
200 ən yaxşı
universiteti" sıralamasında
isə UNEC 167 pillə
irəliləyərək qitənin
27-ci ən yaxşı
universiteti seçilib.
Bu sıralamada UNEC Yaponiyanın (Osaka Universiteti,
Waseda Universiteti), Çinin (Shenzen Universiteti, Pekin Normal Universiteti), Türkiyənin
(Boğaziçi Universiteti,
İstanbul Universiteti)
və regionun bir sıra digər
məşhur universitetlərini
qabaqlayıb. Adıçəkilən
reytinqdə UNEC Azərbaycan
birincisi olub: "Bu,
UNEC-in qazandığı növbəti
uğurdu. Son 5 ildə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil və tədqiqatlar sahəsində ciddi keyfiyyət dəyişikliyi
baş verib. Təcrübə göstərir
ki, bu ali məktəbə təyin olunmuş rektor uğura imza atmağın rasional yolunu bilir. Rektor Ədalət
Muradov rəhbərlik
etdikləri ali
məktəbdə üfüqi
idarəetmənin tətbiqi
yolu ilə bacarıqlı kadrları
prosesə cəlb etməyi və qısa zamanda rəqabət mühitinin yaranmasına öz töhfələrini verməyi
bacarıb".
Təhsil Eksperti Məlahət Mürşüdlü isə deyib ki, UNEC innovativ metodlarla idarə olunan təhsil müəssisəsidir: "Bu, yeni dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün mühüm şərtlərdən biridir. Düşünürəm ki, maddi texniki təminatı, kadr potensialı yüksək olan universitetdə təhsilin keyfiyyəti də yüksək olmalıdır. UNEC çox tez bir zamanda müasir tələblərə cavab verən universitetə çevrilib". Onun sözlərinə görə, UNEC bütün fəaliyyətində akademik etikanı qoruyur və müəlliflik hüquqlarına hörmətlə yanaşır, akademik və inzibati vəzifələrin tutulmasında hər kəs üçün bərabər imkanlar yaradır və daha layiq olana üstünlük verir. Universitet fəaliyyətini bütün maraqlı tərəflərinin müşahidəsinə açıq şəkildə həyata keçirir, universitetin üzvləri bütün fəaliyyətində daim daha mükəmməl olanı əldə etməyə çalışır. UNEC bütün fəaliyyətində yüksək keyfiyyət prinsipinə sadiq qalır, səmərəli idarəetmə naminə üzvlərinin idarəetmənin bütün mərhələlərində aktiv iştirakını təmin edir: "Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun, davamlı olaraq, yeni layihələrlə çıxış edir. UNEC artıq dünyanın elm müzakirə mərkəzinə çevrilib. Regionun elmi müzakirə mərkəzinə çevrilən UNEC dünyanın nüfuzlu universitetlərinin nümayəndələrini, Nobel mükafatçılarını, elm adamlarını, iqtisadçılarını bir araya toplayan, beynəlxalq konfranslara ev sahibliyi edə bilən universitet statusuna malikdir. UNEC-in professorlarının elmi nəşrləri "Thomson Reuters" kimi nüfuzlu beynəlxalq informasiya agentliklərində dərc olunur. Universitetdə fundamental meqafakültələr fəaliyyət göstərir".
S.QARAYEVA
525-ci qəzet.- 2020.- 8 fevral.- S.7.