Tanınmış publisist Vasif Quliyevin Şuşa ilə bağlı yeni kitabı çıxıb

 

 

 

 

Tədqiqatçı-jurnalist, publisist naşir Vasif Quliyevin "İgidlərin sayı çoxdur bu yerdə..." kitabı işıq üzü görüb.

 

AZƏRTAC xəbər verir ki, kitabda müəllif Şuşanın keçmişini arayır, elin ziyalılarını, cəsur oğul qızlarını axtarıb tapır, onların keçdikləri həyat qəhrəmanlıq yollarına işıq tutur, doğma yurda şöhrət gətirən övladları bugünkü nəsillərə tanıtmağa sevdirməyə çalışır.

 

Bir neçə illik tədqiqat axtarışların məhsulu olan kitabda publisist tarixi hadisə faktları özünəməxsus yanaşma ilə təhlil edərək bir çox hallarda görünməyən tərəfləri üzə çıxarır, əlaqələndirir, onlara dolğun məzmun verib mahiyyət dəyərini artırmağı bacarır, həmçinin Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Səməd Vurğun, Mikayıl Müşfiq kimi görkəmli ədiblərin Şuşa ilə, Qarabağla əlaqələri haqqında bir-birindən maraqlı yeni hekayə faktlar təqdim edilir.

 

"İgidlərin sayı çoxdur bu yerdə..." kitabında 24 oçerk, 5 xatirə 3 elmi məqalə toplanıb.

 

525-ci qəzet.- 2020.- 17 iyun.- S.13