Zehinlərin savaşı: mədəniyyətlərin toqquşması informasiya müharibəsi

 

Bir gerçək dünya var...

 

Bir böyük güclərin planlaşdırdığı dünya modeli var...

 

Bir dünyanı bəşəriyyətə təqdim edən, dünya haqqında beynəlxalq ictimai rəyi formalaşdıran informasiya şəbəkəsi var.

 

- İnsanların gördüyü-bildiyi bunlardan hansıdır?!

 

- İnsanlar bilavasitə görmə-duyma məsafəsində olanları, bir ona təqdim olunanları görə bilir.

 

Böyük güclərin planlaşdırdığı dünya modeli - qlobal proje/layihələr gizli saxlanır. Üzə çıxarılan bu qlobal layihələri həyata keçirmək üçün vacib olan hazırlıq işləri, ilkin addımlardır. Bu addımların arxasında gizləndiyini sadəcə o layihəni quranlar bilir(di). Beynəlxalq ictimaiyyət isə bunlardan xəbərsizdir, çünki gizli saxlanır.

 

İnformasiya, ictimai rəy, psixoloji durum... ən əsası lokal siyasi güclərin, dövlət rəhbərləri xarici siyasət "uzmanlarının", yerli ideoloqların dünyaya baxışlarının yönləndirilməsi, onların da hərlənib-fırlanıb bu tilova düşməsi...

 

Bəli, yeni dövrün yeni müharibə formaları var.

 

Qloballaşma şəraitində hər ölkənin daxili ictimai rəyi yetərli olmur; beynəlxalq ictimai rəy böyük güclərin uzun əli ilə dünyanın fərqli məkanlarındakı "daxili" məsələlərin həllinə təsir edir, onlara yön verir.

 

İctimai rəy təkcə münaqişələrin, müharibələrin gerçək səbəbləri, haqlı haqsız məqamları ilə bağlı deyil, həm bu müharibənin tərəfləri olan ölkələr haqqında, onların Qərb standartlarına - demokratiya, hüquqi dövlət prinsiplərinə uyğunluğu haqqında təsəvvürlər, gerçək yanlış məlumatlar əsasında formalaşır. Yəni ölkəyə olan münasibət konkret hadisəyə münasibət üçün şərt olur. Ona görə münaqişənin həlli bəzən ölkələrin ictimai-siyasi durumu ilə müəyyənləşir.

 

Bəs bu sahədə erməni sindromu necə təzahür edir bizim bu virusa yoluxmaq durumumuz yerdədir?

 

İlk baxışda ermənilər beynəlxalq ictimai rəyi öz xeyirlərinə dəyişmək üçün işlər görür, özlərini yazıqlamaqla başqa xalqların simpatiyasını qazanırlar. bu aldadıcı vəziyyət hərdən bizimkilərin analoji kampaniyalar təşkil etməsinə səbəb olur.

 

Amma bir neçə mühüm məqamı unuduruq.

 

Əvvəla, bu cür məsələlər, lokal gerçəklərin beynəlxalq ictimai rəyə təqdim edilməsi ildə bir dəfə - kampaniya şəklində həyata keçirilməməlidir. Ağlayıb-sızlamaq fərdi miqyasda, kimlərdəsə bir duyğusal münasibət yarada bilər, amma ictimai rəyin dəyişməsi üçün yetərli deyil. Biz məhz bu cür kampaniyaçılığı erməni sindromu adlandırmışdıq. Kim isə deyə bilər ki, bəs onda ermənilər bu yolla necə uğur qazanırlar?

 

- Bu, ermənilərin uğuru deyil, dünya öncədən yönləndirilib ancaq görmək istədiyini görür. Yəni böyük güclərin layihələrinə uyğun olduğuna görə. Belə olanda hətta yalanlar da rahatca həzm edilir.

 

- Bəs onda biz etməliyik?

 

- Öncə beynəlxalq ictimai rəyi formalaşdıran amillərə kompleks halda, sistemli şəkildə nəzər salmalıyıq. İkincisi, düşdüyümüz labirintə daha böyük kontekstdə baxmalı, ən azından indi Suriyada baş verənləri, sürəkli qırğınlar, milyonlarla insanın yurdundan didərgin düşməsini, böyük qaçqın-köçkün ordusunun yaranmasını bütün bunların dünyanın gözü qarşısında necə həyata keçdiyini, bunu törədənlərin arxasında duranların kimliyini götür-qoy etməli, öz problemimizlə müqayisələr aparmalıyıq.

 

Daha sonra o böyük layihələri hazırlayanların məqsədlərini üzə çıxarmağa çalışmalıyıq. Onlar əslində, istəyirlər? istədiklərini bilirlərmi, yoxsa yeni texnoloji vasitələr, iqtisadi hərbi güc keçmiş ideoloji layihələrin gerçəkləşdirilməsinə inersiya ilə yönəldilir? Bəlkə bu böyük güc dediyimiz subyektlər əslində, istədiklərini dəqiq bilmirlər? Bəlkə onların əsl məqsədlərinə çatmaları üçün daha optimal, qırğınsız-qadasız yollar var?

 

Dünya müharibələrinin o vaxtdan qalan nihilist antihumanist ideologiyaların sadəcə tarixi qalmayıb, onların indi davam edən gizli həyatı var. Müharibənin ancaq görünən tərəfləri bitmiş bəzi tərəf-müqabillər dəyişmişdir.

 

İdeoloji inersiya... Əski düşüncələrin yeni dövr üzərinə saldığı qaranlıq ləkələr, Marşall planları bu qəbildən olan neçə-neçə layihələr, məkrli tuzaqlar...

 

Onlar bu qartımış, artıq bəlkə şüuraltıya keçmiş ideoloji kabusun kölələrinə çevrilmişlər.

 

Biz yeni mərhələdə böyük güclərin söykəndiyi fəlsəfi-ideoloji təməllərdən danışırıq. Onun nəticəsidir ki, İslam dünyasına qarşı təxribatçı planlar, xüsusən "Ərəb baharı" deyilən çevrilişlər şəbəkəsi, Toynbi-Hantinqton ideoloji xəttinə söykənir. Sanki ayrı-ayrı Xristian İslam sivilizasiyaları var onlar arasında toqquşmalar, savaşlar qaçılmazdır bunun həll yolu İslam ölkələrinə reforma gətirməli olan savaşlarıdır. Əslində isə bu ideoloji sistem yanlış fəlsəfi təmələ söykənir. Bizim - Türk-islam dünyasının gerçək dünyagörüşünə əsaslanan fəlsəfi sistem isə, təəssüf ki, hələ oluşmadığına görə alternativ ideoloji konsept irəli sürmək mümkün olmamışdır.

 

Qərbdə isə yeni fəlsəfələr qafaları sarmış olan bu ideoloji doqmatizmdən xilas yolu aramaq əvəzinə, yaxasını kənara çəkir, özünə qondarma problemlər oluşdurur. Bəli, müasir Qərb bu absurdun çözülməsinə yaxın durmur. Bu vəziyyət Qərb filosoflarını bəlkə heç narahat da eləmir. Düzdür, tək-tək filosoflar bu vəhşətə seyrçi münasibət bəsləməyərək, sözlərini deyirlər. Mən əvvəllər Umberto Ekonun Qərb siyasi-ideoloji gerçəkləri barədə fikirlərini bu qəzetin oxucuları ilə bölüşmüşdüm. Amma belə insanlar çox azdır... Niyə biz Qərb filosoflarından mədəd umuruq; əslində, bu durum onlardan əvvəl bizim problemimiz deyilmi? Axı, od düşdüyü yeri yandırar. xilas/şəfa pöhrələri öncə burda - İslam dünyasında cücərməlidir. Dini zəmində deyil, fəlsəfi zəmində. Amma bizim hələ ancaq cücərtiləri görünən milli fəlsəfi fikir belə ağır bir yükün altına girməyə hazırdırmı?

 

Hələ oluşmamış fəlsəfəmizə rekviyemmi yazaq?!

 

qədər ağır bir missiya!

 

Amma etmək olar?! Ya bu fəlsəfə doğulacaq, oluşacaq dünyanı bu yanlış ideoloji axından xilas edəcək, ya da bu zehinlərin savaşına heç girmədən məğlub duruma düşəcək, olub-bitənləri sadəcə seyr edəcəyik - budur tarixin qarşıya qoyduğu seçim.

 

Səlahəddin Xəlilov

 

525-ci qəzet.-2020.- 4 mart.- S.17.