“İRS” jurnalının yeni sayı Vyetnam dilində çıxıb

 

 

Azərbaycanın bu ölkədəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu buraxılışda Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Truong Tan Sangın məqaləsi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi, Vyetnam Dostluq Təşkilatları İttifaqının sədri səfir xanım Nguyen Phuong Nganın məqaləsi, habelə Azərbaycan tarixi mədəniyyətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini əhatə edən bir sıra materiallar nəşr olunub.

Qeyd olunmalıdır ki, məqaləsində Vyetnamın sabiq Prezidenti Truong Tan Sang Vyetnam-Azərbaycan münasibətlərinə toxunub, ölkəmizə 2015-ci ildəki rəsmi səfərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşləri xatırlayır, ikitərəfli əlaqələrin yaxın keçmişi gələcəyi ilə bağlı fikirlərini bölüşür.

 

Prezidentin köməkçisi Hikmət Hacıyev müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müdrikliklə həyata keçirilən xarici siyasətin prioritetlərindən, həmçinin Azərbaycan-Vyetnam münasibətlərdən bəhs edib. Hikmət Hacıyev Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinə, ötən dövr ərzində Azərbaycan diplomatiyasının qazandığı nailiyyətlərə toxunub.

 

Vyetnam Dostluq Təşkilatları İttifaqının sədri xanım Nguyen Phuong Nganın məqaləsində isə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən neft-qaz təhsil sahələrindəki əməkdaşlıq əlaqələrindən danışılır. Eyni zamanda, 2015-ci ildə Hanoy şəhərində təsis edilən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəaliyyətinin dövlətlərarası münasibətlərimizdə müstəsna rol oynayan xalq diplomatiyasının əhəmiyyəti qeyd olunur.

 

Həmçinin “İRS” jurnalının Vyetnam dilindəki bu buraxılışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, habelə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının, Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyinə, xalqımızın Novruz bayramı ilə bağlı ənənələrinə dair məqalələr öz əksini tapıb.

 

525-ci qəzet.- 2020.- 6 mart.- S.10.