"Mən sənə mələk deyim,

sən mənə tanrı de"

 

Ovcumun için oxu

 

ovcumun için oxu,

saçımdakı qarı de;

qışı da yola verdik,

bu gələn baharı de;

 

gül oldum göy üzünə,

yol tutum, köy üzümə;

bir bax, göm-göy üzümə,

könlümün qubarın de;

 

yatıb qaldım, boyatam,

kimdi məni oyadan;

aramızda boy atan,

o hicran hasarın de;

 

duman çöküb şəhərə,

qalıbdı səhərə;

dərdləri yığ bir yerə,

mənə yarı-yarı de;

 

ruhum bir uzaq ada,

yoxdu səs, səda;

canıma düşən oda,

gözlərinin qoru de;

 

gəl, deyək-gülək deyim,

həsrəti bölək deyim;

mən sənə mələk deyim,

sən mənə Tanrı de.

 

Saçımdan işıq gəlir

 

axşam, səhərdi,

gecə yarıdı, deyən;

bir damcı da yağmadı,

bulud qurudu, deyən;

 

qaranlığı dan uddu,

üfüqləri qan uddu;

məni sevdi, unutdu,

o qız qarıdı, deyən;

 

ilin hansı ayıdı,

canım bir az soyudu;

payız yenə qayıdıb,

yollar sarıdı, deyən;

 

bilmirsən, çəkirəm,

göydən ulduz sökürəm;

ürəyimə tökülən,

həsrət qorudu, deyən;

 

hardan boylanım-baxım,

yenə bir az darıxım;

bu da dəmir çarığım,

yollar yoruldu, deyən;

 

həsrətim daşıb gəlir,

yuxum qarışıq gəlir;

saçımdan işıq gəlir,

qışın qarıdı, deyən.

 

Sevdam məni buraxmır

 

yatmadığım bir gecə,

görmədiyim bir yuxu;

yenə, yenə uzaqdan,

həsrət sel kimi axır;

 

ocağım közün üstə,

gecəm gündüzün üstə;

yatdım bir üzüm üstə,

getsən, məni çağır;

 

dərdim itən o yurtdu,

məni kimlər unutdu;

könlüm bulud-bulutdu,

yaxasından söz yağır;

 

ağrını kim kişlədi,

ruhum əsdi, kişnədi;

iliyimə işlədi

bu payızın sazağı;

 

bilmirəm, edrəm,

azıb harda itirəm;

buralardan gedirəm,

sevdam məni buraxmır.

 

Niyə belə solmusan

 

niyə belə solmusan,

bət, bəniz qalıb;

duman dağa sarılıb,

cığır, iz qalıb;

 

çıxıb qardan, sazaqdan,

kimsə gəlir uzaqdan;

bax, o sönən ocaqdan,

bircə ovuc köz qalıb;

 

bulud sökülüb gedib,

yarpaq bükülüb, gedib;

sular çəkilib gedib,

çay, dəniz qalıb;

 

düşünürəm, bayaqdan,

vardanam, yoxdan;

fələk ölübdü, çoxdan,

yerində kəniz qalıb;

 

hamı dərdlə əlləşər,

hərəyə bir pay düşər;

gündədi, bu bəşər,

dünya yiyəsiz qalıb.

 

Gəlim, bir yarpaq qoy sinəmin üstə

 

gəlim bir yarpaq qoy, sinəmin üstə,

deyim yaz gəlibdi, yaşıldı, könlüm;

səninlə bir gündə doğulub, sevdam,

olub sevdamızın yaşıdı könlüm;

 

illərdi yollarım daşa düyülür,

payıza düyülür, qışa düyülür;

sənun ürəyinlə qoşa doyünür,

sənin ürəyinin başıdı, könlüm;

 

gözümün qubarı selə yazılıb,

çiynimə dağ boyda şələ yazılıb;

neyliyim, alnıma belə yazılıb,

həsrəti, çiynundə daşıdı, könlüm;

 

fələk tələsidi, qurdu da, belə,

şirin arzuların ardı da, belə;

küləklər apardı yurdu da, belə,

dünyanın boranlı qışıdı, könlüm;

 

bilmirəm, Allahım mənə yardırsa,

neyliyim, saçıma qırov sardısa;

adını çəkdilər bu gün, hardasa

buz tutdi içimdə- üşüdü, könlüm;

 

gedim, qopub düşən lələk gətirim,

dərdi ələməyə ələk gətirim;

dağlardan bir dəstə çiçək gətirim,

bu gün həsrətimin yaşıdı, könlüm.

 

Dünyanın kənarı uçrum

 

dünyanın kənarı uçrum,

qayıdım, dönüm geriyə;

arxaya baxmıram daha,

dağlar üstümə yeriyər;

 

ulduzlar sellənib axır,

buluddan qara daş yağır;

qarşıma bir fələk çıxır,

gözü səyriyə-səyriyə;

 

alnıma yazılıbdı,

yazılanlar pozulubdu;

göy üzündən asılıbdı,

Günəş- əriyə-əriyə;

 

o kimdi, dərdi bağlıyır,

bağlıyıb kimə saxlıyır;

Tanrı uşaq tək ağlıyır,

bilim, vaxt kiriyə;

 

Allahım, məndən incimə,

dünyanı vermisən, kimə;

canımı çəkdim içimə,

ruhumu duman bürüyər.

 

Sabah olar, olar

 

gəl, burda qalaq, bir az,

məni yordu, bu yollar;

bulaq kimi qaynayır,

içimdəki xəyallar;

 

bu ömür sənə-sənə,

gəlib çıxdıq bu günə;

gecə yuxumda yenə,

tərsinə axır, sular;

 

ruhum sözün üstədi,

canım közün üstədi;

könlüm yağış istədi,

yenə buludlar dolar;

 

gör, payıza qalıb,

günlər yaman qısalıb;

alnıma cığır salıb,

ayrılıqlar, vüsallar;

 

gəlib bu yaşa çatdım,

daha var, həyatım;

durum yıxılım-yatım,

sabah olar, olar.

 

Saçlarını dağıtma

 

buluda yağış gələr,

dağa dumanlıq düşər;

nəfəsin, buz kimidi,

ürəyim donub düşər;

payız tutub üzümü,

hardan asım özümü;

göyə tutma, üzünü,

göy üzü sınıb düşər;

 

yazılıb baxtıma,

çıxam, bəxtin taxtına;

saçlarını dağıtma,

qəfil qaranlıq düşər;

 

həsrət harda soy atıb,

ayrılıqlar boy atıb;

ruhum buludda yatıb,

birdən oyanıb düşər;

 

dərd qalıb, pərdə-pərdə,

sevgilər solan yerdə;

məni unutma, bir ,

ürəyim sınıq düşər.

 

Boylandım dan üzünə

 

boylandım dan üzünə,

dan üzü qıp-qırmızı;

payız dönür deyəsən,

könlümə qubar sızır;

 

buludlar nəhr-nəhr,

həsrət çiynimi əyir;

mən dəlicə bir şair,

sən , zalımın qızı;

 

ötüb ömrün yarısı,

yarı oddu, yarı su;

üzün Ayın arısı,

çiçəklərin bəyazı;

 

dərd ki, büküm-büküm,

sürüyüb hara çəkim;

sındırıb yerə töküm,

göydən Ayı- ulduzu;

 

səni yaman özlədim,

ürəyimi közlədim;

bir yer elə, gizlədim,

bu qayıdan payızı;

 

yandım, odun üzümdə,

qovruluram, közündə;

bilmirəm heç, özüm ,

bu eşqi hara yazım.

 

Dünya bir qalacıqdı

 

çıxıb getmək istədim,

dedilər yol açıqdı;

sözü ip tək əyirdim,

uzandı, yola çıxdı;

 

bu yollar burum-burum,

harda dayanım-durum;

dedim, bir yuva qurum,

qarşıma qala çıxdı;

 

bu nədi, başımdakı,

qar düşüb, qışım təki;

o dağın başındakı,

qar deyil, alaçıqdı.

 

axı, kimə borcluyuq,

hərə bir az suçluyuq;

gəlib gedən yolçuyuq,

dünya bir qalacıqdı;

 

yaz, sətir-sətir məni,

tap, bir itir, məni;

həsrətin ütür məni,

könlüm evi uçuqdu;

 

qar dənə-dənə gəlir,

dərd dönə-dönə gəlir;

başımıza gəlir,

deyirlər, olacaqdı.

 

Ömür harda üyündü

 

bu sim kimi ürəyim,

niyə, qəfil qırıldı;

aşıb keçə bilmədim,

həsrər qəlbi barıdı;

 

ağrılar büküm-büküm,

çəkir çiynimin yükün;

bu yurddan hara köçüm,

hər yanı dərd darıdı;

 

neynirdin, bu zülümü,

hara atdın, külümü;

ciliklənmiş könlümü,

ağrılara sarıdın;

 

saçlarımda çən inlər,

içimdə bir mən inlər;

ötüb getdi, min illər,

ayrılıqlar qarıdı;

 

sözüm ilmə-ilmədi,

üzün yenə gülmədi;

axıb gedə bilmədi,

sular da, qurudu;

 

yollar düyün-düyündü,

ömür harda üyündü;

ürəyim çox döyündü,

axır o da, yoruldu.

 

Nazim ƏHMƏDLİ

 

525-ci qəzet.- 2020.- 2 may.- S.23.