Qələmsiz yazılanlar

 

Status-esselər

 

Yuxudan tez oyanan uduzmaz...

 

***

 

Elə profil var ki, açan kimi ancaq neqativ vurur adamı - pisniyyət, narazı statuslar, qaramat, bəd xəbərlər...

 

***

 

tüstü kimi tüstüdür, duman kimi duman, toz kimi toz...

Üçünün, dördünün qarışığıdır...

 

***

 

Baş verənlər hamısı sünidir...

 

***

 

Bütün tamaşaların bir sonu olur.

 

***

 

"Bəşəriyyət" sözündəki ağırlıq sanbal çəkisini heç vaxt bu qədər itirməmişdi. İndi bu sözdən acizlik cılızlıq yağır.

 

***

 

Heç bayıra çıxmalı hava deyil - icazəli, ya icazəsiz. Əsl evdə qalmalı havadır... :)

 

***

 

Biri bayaqdan TV- pandemiyaya pantomima deyir... :)

 

***

 

Bu koronavirusun dünyaya vurduğu ziyanı axırda kiminsə, kimlərinsə boynuna yükləyəcəklər. Səbəbkar günahkarlar mütləq məlum olacaq.

 

***

 

qədər planlar pozuldu, qədər xəyallar puç oldu...

 

***

 

Dostum İrfan Çiftçi mənə neçə illər əvvəl çəkilmiş bir şəkil göndərdi - Ramiz Rövşən, TRT-nin keçmiş rəhbəri, Azərbaycanın dostu Şenol Dəmiröz, İrfan mənim birlikdə şəklimizi.

Dünən xəbər aldım ki, Şenol Dəmiröz vəfat edib. Acı xəbəri İrfan çatdırdı. Çox üzüldüm. Allah rəhmət eləsin!

Şenol Demiröz İstanbul Böyükşəhər Bələdiyyəsində çalışdığı lllərdə türkdilli respublikalar, eləcə Azərbaycanla sıx əlaqələr yaratmışdı. O, müntəzəm olaraq İstanbulda Azərbaycan Ədəbiyyatı Mədəniyyəti günlərinin təşkilində, incəsənətimizin qardaş ölkədə təbliğində böyük rol oynamışdı. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan Ş.Demiröz ədiblərimizlə sıx əlaqə saxlayırdı.

Ruhu şad olsun!

 

***

 

Çox təşəbbüskar olmaq da bir şey deyil... :)

 

***

 

Bəzi adamlar Operativ Qərargahdan, rəsmi qurumlardan daha sərtdir. Belələrinin səlahiyyəti olsa, heç göydə quşları da uçmağa qoymazlar.

 

***

 

gözəl, gəzməli, yeriməli-yeməli havadır!..

 

***

 

Lap düz edib dünyanın hərəkət inkişaf tempini azaltdılar, bəlkə , bununla Qiyamət gününü ləngitdilər. Bu sürətli gedişlə, bu qaçhaqaçla Bəşərin sonu heç yaxşı görünmürdü...

 

***

 

Filmdə necə deyir? - "Hüseynova bacıları təzdən gəlir"?!. İkinci kruq?!.

 

***

 

İpək deyir, baba, üzünün bığını qırx, səni öpə bilim...

 

***

Şuşanı yuxuda gördüm...

32 il əvvəl qaldığımız evin səliqəli həyətindəydim. Güllərin, ləklərin yanıyla, daş pillələrlə darvazaya tərəf getdim. Həyətin balaca qapısını açıb daş döşənmiş küçəyə çıxdım. Sağa dönsəm, Gövhər Ağa Məscidinin yanından Bazarbaşı Meydanına, oradan da Güllü bağa gedə bilərdim. Sol tərəf Vaqifin məqbərəsinə, Cıdır düzünə aparırdı.

Düşündüm, hansı səmtə gedim?! Səhərin bu çağı ikisi əvəzsiz olur.

Sonrası yadımda qalmadı, həyəcan içində ayıldım...

 

***

 

Bölgələrdə yaşamağın hələ çox üstünlükləri üzə çıxacaq... :)

 

***

Pula öyrəşmək pis şeydir.

 

***

 

Üç gündən bir şənbədir...

 

***

 

Elə adamlar var ki, əbədidir!

 

***

 

85 yaşlı Xalq şairinə ironiya edən gənc "dahilər".

Hələ Allah bilir, siz Fikrət Qocanın "Cəsarət" , "Risk" başqa onlarla gözəl şeirləri kimi şeirlər yarada biləcəksiniz, ya yox?! Lağ eləməkdən asan var ki...

... Bir , karantin günlərində Ay elə qayğanağa oxşayır . :)

Bir başınızı qaldırıb göyə baxın!..

 

***

 

Hamını telefonun köləsinə çevirdilər...

 

***

 

Elə bil, marıqdadırlar - kimsə ölsün, tezcə xəbərini versinlər.

 

***

Haçansa əsl həqiqəti biləcəksiniz...

 

***

 

Maskayla yaşamaq...

 

***

 

İndi hamı yazıçıdır ... :)

 

***

 

Belə sakitlik pis deyil. Nostaljidir həm ...

60-70-ci illərin Bakısı...

 

***

 

İndi hamı təkdir...

 

***

 

Dərin yaz yuxusundan ayılanda adam bir müddət zaman məkan hissini unudur.

 

***

 

Kimə lazımdır e sənin canlı efirin?!

 

Hələ bir işarələyirsən ...

 

***

 

Sentyabracan davam etsin!..

 

***

 

İnstaqram dilxoşluq məkanıdır, məncə.

 

***

 

Bütün böyük əsərləri bir cümlədə demək olur.

Siz əvvəl o bir cümləni yazın, sonra böyür-başını bəzəyin!.. :)

 

***

 

Siz haçansa əlinizə qəzet aldınızmı?! Oxumaq bir yana, vərəqlədinizmi?!

 

***

 

Yay gəlir, səkilər yellənir yenə...

 

 

***

 

65 yaşdan yuxarılara arada bir dəfə bir-iki saatlıq "amnistiya" vermək lazımdır. Çıxıb azca havalarını dəyişsinlər. Çox sıxılıblar...

 

***

 

Çoxdan idi, yağışda islanmamışdıq.

 

***

 

Belə çıxır ki, dünya bir əvvəlki halına qayıtmayacaq.

 

***

 

Qorxu pul hərisliyinə üstün gələcəkmi?

 

 

***

 

Dəlicəsinə arzulamasaq, Şuşanı görə bilməyəcəyik. Bizim mövsümi Şuşa istəyimiz isə Dünya Birliyinin, Markın, Feysbukun vecinə olacaq.

 

***

 

Balaca cəmiyyətdə - Feysbukda kin-küdurət cövlan edir...

 

 

***

 

Göz gözü görmür...

 

***

 

Hamıya növbə çatacaq...

 

***

 

İctimai rəyin, xalq sevgisinin ipinin üstünə odun yığmaq olmaz.

 

***

 

Müqavimətin min cür forması var.

 

***

 

Elə bil, ömrümdə pauzadır.

 

***

 

"Şuşanı qar gördüm..."

Tanınmış şair-tərcüməçi Səyavuş Məmmədzadənin bu şeirini ilk dəfə 1986-cı ilin yayında, Şuşada, Vaqif Poeziya Günlərində müəllifin dilindən eşitmişəm. Elə o vaxtdan da yaddaşıma həkk olunub. Şeirin ab-havası, sirli hüznü həmişə məni Şuşanın sehirli aurasına qovuşdurur.

Şuşa mənim üçün müqəddəsdir.

8 may Şuşanın işğal günündə "Xəzər" TV-nin efirində Şuşa haqda yanğıyla danışdım. Ulu öndər Heydər Əliyevin dilindən eşitdiyim "Şuşasız Azərbaycan ola bilməz!" fikirlərini xatırlatdım.

Xalq yazıçısı Anarın, Xalq rəssamı Toğrul Nərimanbəyovun Şuşa haqqında sözlərini dilə gətirdim, Məmməd Arazın "Şuşada bir gecə" şeirini oxudum.

Səyavuş müəllimin bu şeirini dedim.

Yeri gəlmişkən, şeiri TV-dən telefonun yaddaşına köçürən şuşalı oxucuya təşəkkürümü bildirirəm.

Bu da Səyavuş Məmmədzadənin 1986-cı ildən yaddaşıma həkk olunan şeiri:

 

Şuşanı qar gördüm, qar gördüm,

Elimi var gördüm, var gördüm,

Səslədim ötən günləri,

Daşları kar gördüm, kar gördüm.

Yazıma gəl dedim, gəl dedim,

Üzümə gül dedim, gül dedim,

Haçandan sönən ocağın,

Külünə gül dedim, gül dedim.

Dağları dağ gördüm, dağ gördüm,

Həmişə şax gördüm, şax gördüm,

Bir bulaq aynasında

Saçımı gördüm, gördüm.

 

Şuşadan yol getdim, yol getdim,

Dedilər qal getdim, qal getdim,

Ürəyim dilə gəldi,

Dinmədim, lal getdim, lal getdim.

 

***

 

Ola bilərmi Dünya həmişəlik belə davam eləsin?..

 

***

 

ÜMİD - Ümumdünya Məyusluğun İntibahı Dövrü...

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə üzrə

katibi, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2020.- 13 may.- S.17.