"Kimsənin danışa bilmədiyi dil kimiyəm"

MƏNİ YALNIZ OXUYANLAR ANLAYAR"

 

Onu İnstaqramda tanıdığım ilk vaxtlarda izləyiciləri hələ o qədər çox deyildi. Amma inanırdım ki, paylaşdığı esse-statuslarla bir gün bu məkanda özünə yer edə biləcək. İnandığım kimi oldu. Ötən günlər hesabını gözdən keçirəndə artıq müəyyən izləyici toplumuna mailk olduğunu müşahidə elədim. düşündüm ki, onun fəaliyyəti barədə tanımayanlara da məlumat versək, maraqlı olar. Beləcə, gənc yazar Rəşad Türkoğlu ilə bu söhbətimiz alındı. Rəşad olduqca maraqlı keçən söhbətimiz zamanı mənim üçün yeni olan bir çox məlumatları bölüşdü. Dedi ki, Votsap Feysbukdan istifadə etmir, tanınması üçün ən böyük vasitə isə İnstaqram olub.

 

"İnstaqram tanınmağımda ən böyük vasitəçi oldu"

 

- Sosial şəbəkələrin imkanlarından dərəcədə razısınız?

- Bugünkü fəaliyyətimdə sosial şəbəkələrdən İnstaqramın yerini xüsusi qeyd etməsəm, olmaz. İşlərimin uğurlu alınmasında sosial medianın böyük bir payı var. Əgər bu imkanlardan istifadə etməsəydim, bəlkə , bu qədər oxucunun rəğbətinə sevgisinə sahib ola bilməyəcəkdim. İnstaqram tanınmağım üçün ən böyük vasitəçi oldu.

 

"Uşaq vaxtı hər kəsdən

gizlətdiyim bir dəftərim var idi..."

 

- Belə bir səhifə açıb, fikirlərinizi qısa esse-statuslar şəklində yazmaq haradan ağlınıza gəldi?

- Məktəbli vaxtlarımdan yazmağı sevirdim. Hər kəsdən gizlətdiyim bir dəftərim var idi - üzüləndə, dərdlənəndə, kədərli olanda, kimsə qəlbimi qıranda bir küncə çəkilib yazmağa başlayardım. Düzdür, dərslərimdə o qədər uğurlu olmamışam. Qiymətlərim 3-4 olardı. Sadəcə, yazmağa fikirlərimi ifadə etməyə çalışırdım. Uzun sözün qısası, yazmaq mənim həyatımın ən önəmli hissəsidir. Yazdıqca rahatlanıram sanki. Bir gün düşüncələrimi yazıb mənim kimi düşünən insanlar üçün paylaşmaq qərarına gəldim. İstədim ki, onlar da yalnız olmadıqlarını bilsinlər. Məqsədim mənim kimi düşünən insanları bir araya gətirmək idi.

Sözün açığı, bu qədər izləyici kütləsinə sahib olacağımı düşünməmişdim. Şükürlər olsun ki, hazırda on səkkiz min beş yüzdən çox izləyicim var. Bunu, Allahın izni ilə bacardığım qədər yüksəldəcəyimi davam etdirəcəyimi düşünürəm. Mən oxucularımın dəstəyi sevgisi nəticəsində bu yerlərə gəlib çıxmışam. Oxucularım var olduqları müddətcə, yazmağa davam edəcəyəm. yaxşı ki, onlar var. Allah hər birindən razı olsun.

- Deyirsiniz ki, orta məktəbdə qiymətləriniz elə yaxşı olmurdu. Bəs, sonrakı təhsiliniz necə oldu?

- Dərslərimdə uğurlu olmadığımdan sonra təhsilimi davam etdirməyə marağım olmadı. Bu səbəbdən ali təhsilim yoxdur.

 

"Başqa platformalarda aktiv olmamağımın

səbəbi onlardan istifadə edə bilməməyimdir"

 

- Gördüyüm qədərilə digər sosial media platformalarında o qədər aktiv deyilsiniz. Hətta ən çox istifadəçi auditoriyası olan Feysbuk Votsapdan da istifadə etmirsiniz. Bu, nədən irəli gəlir?

- İnstaqramdan başqa heç bir sosial şəbəkədən istifadə edə bilmirəm. Başqa platformalar mənə sıxıcı qarışıq gəlir. Bəlkə yazmağa ilk başlayanda İnstaqramdan istifadə etdiyimdən, burada tanındığımdan, buraya öyrəşdiyimdən başqa sosial şəbəkədən istifadə etmədim. Bunun əsas səbəbi başqa platformalardan istifadə edə bilməməyimdir.

 

"Tvitterdən yalnız məlumat almaq üçün istifadə edirəm"

 

- Tvitter hesabınız da bağlıdır, buna görə izləyici sayı olduqca azdır. Hesabınızın bağlı olmağının xüsusi bir səbəbi varmı?

- Bu, Tvitteri sevmədiyimdən, ya da ona öyrəşə bilmədiyimdən irəli gəlmir. Tvitterə, sadəcə, lazım olanda, bəzi məlumatları almaq üçün daxil oluram. Bu səbəbdən , hesabımı gizliyə almışam.

 

"İnsanların arasında olan,

lakin görülməyən bir cisim kimiyəm"

 

- Bioqrafiyanıza yazdığınız "Yazaram, vətənimin bir küncündə" ifadəsi xüsusi diqqətimi çəkdi. Hansı mənbədən qaynaqlanır bu ifadə?

- O cümlə Rəşad Türkoğlunun qısa bir özətidir. Mənası da budur: insanların arasında olan, lakin görülməyən bir cisim kimiyəm. Kimsələrlə işim olmayan, kimsənin həyatına işinə qarışmayan, insanları incitməkdən çəkinən dərdlərə şərik bir yazaram mən. Mən, kimsənin danışa bilmədiyi bir dil kimiyəm, məni yalnız oxuyanlar anlayar.

- Görkəminizdə dəyişiklik etmisiniz, bu yeni saçlarınız ətrafınızdakılar izləyiciləriniz tərəfindən hansı rəyləri gördü?

- Bu haqda dostlarımdan ya oxucularımdan bir fikir almamışam. Bu, mənim öz seçimimdir.

- Deyəsən, türkçülük ənənələrinə islama çox bağlısınız. Bu, paylaşımlarınızdan, hətta görkəminizdən hiss olunur.

- Doğrudur, türkçülüyə islama çox bağlıyam. Bu sevgi məndə uşaqlıqdandır. Millətim üçün, Allah üçün şəhadət şərbətindən içmək ən böyük arzumdur. Türkoğlu soyadım deyil, ləqəbimdir. Dost-tanış içində mənə, "Türkoğlu" deyə xitab edilir. Əsl soyadım, Abdullayevdir. Türkçülüyə bağlı olduğum üçün bu ləqəbi seçmişəm.

- Karantin günlərini necə keçirirsiniz?

- Karantin günlərim demək olar ki, yaxşı keçir. Əvvəllər vaxtım olmayan işlərə indi rahat şəkildə vaxt ayıra bilirəm.

 

"Yazdıqlarımın çox hissəsində

yaşadıqlarım əks olunur"

 

- Paylaşımlarınız daha çox sevgi notları ilə bağlı olur. Bunun xüsusi bir səbəbi varmı?

- Çalışdığım qədər fərqli paylaşımlar edirəm. Əlbəttə, yazdıqlarımın çox hissəsində yaşadıqlarım əks olunur. Bu mövzunu çox uzatmaq istəmirəm, daha doğrusu, şəxsidir deyə danışmağı lazım bilmirəm. Ümid edirəm ki, anlayışla qarşılayacaqsınız.

- Yazdığınız statuslarda insanlara çatdırmaq istədiyiniz əsas fikir nədir?

- Yazılarımla insanlara önəmli olduqlarını bildirmək, "mən yaşadım, sizlər bu mövzulara diqqət edin" məsələsini çatdırmaq ən vacibi, mənim kimi düşünən insanların yalnız olmadıqlarını göstərmək istəyirəm.

 

"Tənqidlər məni narahat etmir"

 

- Sosial şəbəkələrdə həm paylaşımlar baxımndan, həm ayrı-ayrı şəxslər tərəfindən sizi narahat edən hansısa məqamlar olurmu?

- Əlbəttə, belə məqamlar olub olmaqda davam edir. Bu, çox normal haldır. Hər kəsin düşüncəsi fərqlidir. Tənqidlər məni narahat etmir. Çalışdığım qədər insanlara incitmədən, qəlb qırmadan, xoş cavablarla qarşılıq verməyə çalışıram. Amma söyüşlə üzləşməmişəm. Elə bu cür davam etsə, düşünürəm ki, yaxşı olacaq.

 

"İnsanlar gördüklərinə eşitdiklərinə

uyğunlaşmağa başlayırlar"

 

- İnsanların korlanmış zövqünü hansısa vasitə ilə bərpa etmək olarmı?

- Bu, olduqca dərin bir mövzudur. Qısaca anlatmağa çalışsam, bu, həm insanların mühitindən asılı haldır. İnsanlar nəyi görür eşidirlərsə, ona da uyğunlaşmağa başlayırlar. Düşünürəm ki, bu, həmişə belə olacaq. Əgər biz kitabları, mədəniyyəti ədəbi rəftarı əməllərimizlə, sosial şəbəkələrdə paylaşımlarımızla sevdirməyi bacarsaq, yəqin, bizim ardımızca gələnlər olacaq. Zənnimcə, tək çıxış yolumuz budur.

 

"Gələcəkdə ailəmi məmnun

etməkdən ziyadə arzum yoxdur"

 

- Gələcəklə bağlı hansı planlarınız var?

- Əslində, gələcəklə bağlı planlarım çox sadədir - ailə həyatı qurmaq, ailəmi təmin edəcək qədər pul qazana bilmək, onları soyuqdan, istidən qoruyacaq evimin ömrümün sonuna qədər onlara verəcək sevgimin olması. Mənim üçün bunlar yetərlidir. Gələcəkdə ailəmi məmnun etməkdən ziyadə arzum yoxdur. Allah ruzi-bərəkəti süfrəmizdən, eşq hörməti xarakterimizdən, iman xoşbəxtliyi ailəmizdən əskik etməsin.

 

Günel ABBAS

 

525-ci qəzet.- 2020.- 13 may.- S.24.