Azərbaycanın dünya miqyasında artan rolu

 

BMT-nin QƏRARI PREZİDENT İLHAM ƏLİYEVİN BEYNƏLXALQ

MÜNASİBƏTLƏR SİSTEMİNDƏKİ YÜKSƏK NÜFUZUNDAN XƏBƏR

 

 

Məlum olduğu kimi, Azərbaycan Prezidenti 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı BMT Baş Assambleyasının Covid-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib təşəbbüs BMT üzv ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəklənib. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə edib.

 

BMT tarixində 31 xüsusi sessiya keçirilib. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağırılıb. Lakin Azərbaycanın təklifi ilə xüsusi sessiya ilk dəfə olaraq dövlət hökumət başçıları səviyyəsində videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atıb. Xatırladaq ki, 2020-ci ilin iyulun 10-da xüsusi sessiya rəsmi olaraq öz işinə başlayıb. Çoxsaylı müzakirələr zamanı xüsusi sessiyanın sədrliyi, keçirilmə qaydaları digər önəmli məsələlər haqda qərarlar verilib. Müzakirələrin sonunda, 5 noyabr 2020-ci il tarixində BMT Baş Assambleyası öz plenar iclasında "Koronavirus xəstəliyi (COVİD-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın xüsusi sessiyası" ilə bağlı qətnaməni qəbul edib. 150 ölkə bu qətnamənin lehinə səs verərək Prezident İlham Əliyevin təşəbbüsünü növbəti dəfə dəstəkləyib.

 

Qətnaməyə əsasən, Azərbaycan Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının Covid-19-a qarşı mübarizəyə həsr olunmuş, dövlət hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi qərara alınıb.

 

Ermənistan isə hətta qlobal təhdid ilə mübarizədə belə öz çirkin niyyətindən əl çəkməyib. Bütün dünya birliyi COVİD-19 pandemiyasına qarşı vahid mövqe nümayiş etdirdiyi halda, Ermənistan əvvəldən bu təşəbbüsə qarşı çıxıb. Bu qətnamə ilə bağlı müzakirələrdə Ermənistan ona qarşı çıxıb lehinə səs verməyib. Ermənistan sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışdı, lakin beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşdi onun bu cəhdləri rədd edildi.

 

Bu mühüm tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi Sosial Şuranın Prezidenti Təhlükəsizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı nəzərdə tutulur.

 

Qeyd edək ki, Ermənistan açılış mərasimində Qoşulmama Hərəkatının sədrinin çıxışının olmaması üçün cəhdlər edib, lakin öz məqsədinə nail ola bilməyib.

 

COVİD-19 pandemiyası kimi qlobal təhdidə qlobal bir cavab lazımdır. BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma kimi bu cavabın təşkilində mərkəzi rol oynamalı idi. Bu mənada bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Təəssüf ki, pandemiyanın ilk günləri göstərdi ki, BMT effektiv şəkildə bu təhdidə qarşı mübarizəni təşkil edə bilmədi. Xüsusilə BMT Təhlükəsizlik Şurası öz effektivliyini nümayiş etdirmədi bu vacib məsələ ilə bağlı vahid mövqe formalaşdıra bilmədi. Sanki BMT onun Təhlükəsizlik Şurası sadəcə texniki məsələləri müzakirə edirdi pandemiyaya qarşı mübarizə kənarda qalmışdı. Onların əsas müzakirə predmeti pandemiya dövründə iclasların necə keçirilməsi, onlayn formatda müzakirələrin necə təşkil olunması idi. BMT prosedur qaydalarının girovuna çevrilmişdir.

 

Məhz Prezident İlham Əliyevin vaxtında irəli sürülmüş təşəbbüsü həm Qoşulmama Hərəkatının üzvlərini, həm bütün BMT-ni sanki səfərbər etdi aktiv şəkildə pandemiyaya qarşı müzakirələrə başlanıldı.

 

İnamla demək olar ki, pandemiyaya mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verdi.

 

Bu prosesdə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı da böyük rol oynadı. QH üzvləri Prezident İlham Əliyevin təşəbbüsünü ilk gündən dəstəklədilər. Xüsusi sessiyasının açılış mərasimində QH sədri kimi Prezident İlham Əliyevin çıxışı ölkəmizin QH- sədrliyinin növbəti böyük uğuru olacaqdır.

 

Politoloq Şəbnəm Həsənova hesab edir ki, Prezident tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının Covid-19-a qarşı mübarizəyə həsr olunmuş, dövlət hökumət başçıları səviyyəsində bu ilin 3-4 dekabr tarixləridə xüsusi sessiyasının keçirilməsinin qərara alınması Azərbaycanın həm regional, həm dünya miqyasında artan rolunun, Prezident İlham Əliyevin şəxsinə göstərilən yüksək diqqətin hörmətin bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda, ölkə başçısının bir lider kimi beynəlxalq münasibətlər sistemində olan yüksək nüfuzundan xəbər verir. Bu önəmli tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi Sosial Şuranın Prezidenti Təhlükəsizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı nəzərdə tutulur.

 

PƏRVANƏ

 

525-ci qəzet.- 2020.- 7 noyabr.- S.6.