Yeni insanın doğuşunu izləyən
geosiyasi uşaq -
"Bir rəsmin dedikləri"
SALVADOR DALİNİN
SİRLİ-SEHİRLİ TABLOSU
"Bir
rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünaslıq üzrə fəlsəfə
doktoru Günel Seyidəhmədlidir.
Günel xanımla Salvador Dalinin öz mistik mesajları ilə bu gün də
böyük marağa
səbəb olan "Yeni insanın doğuşunu izləyən
geosiyasi uşaq" əsəri haqqında danışmışıq.
***
- Günel xanım, öncə əsərin yaranma səbəbindən
danışaq. Bu səbəb hansı hadisələrlə bağlı
idi?
- Tarixə sirli, mistik, mesaj ötürücü
əsər kimi düşən "Yeni insanın doğuşunu izləyən geosiyasi uşaq" tablosu məşhur ispan rəssamı, sürrealist
cərəyanın görkəmli
nümayəndəsi Salvador Dali tərəfindən 1943-cü ildə
kətan üzərində
yağlı boya texnikasında işlənib.
İkinci Dünya müharibəsi
dövründə yaranan
əsər ilk dəfə
Nyu-Yorkdakı Mark Naudlerin
qalereyasında sərgilənib.
Əsərin məna və
məzmunu dərin maraq doğurduğundan onun haqqında bir çox siyasətçilər, sənətşünaslar
maraqlı və fərqli şərhlər
veriblər.
Yeri gəlmişkən,
Salvador Dalinin başqa
bir əsəri -
"Amerika poeziyası"
həm tematika, həm də üslubi baxımından bu əsərlə səsləşir və rəssam onu da təxminən bu rəsmlə eyni dövrdə çəkib. O dövrlər
Amerika Birləşmiş
Ştatlarına sığınan
sənətkarın həmin
əsərini onun bu dövlətə qarşı istedadlı bir övgüsü, tərifi kimi də qəbul edə bilərik.
Salvador Dalinin o dövrdə dünyada baş verən hadisələrlə
bağlı dərin bədbinliyini əks etdirən və 3 il ərzində çəkdiyi "Axşam
hörümçəyi" tablosundan fərqli olaraq "Geosiyasi uşaq" əsəri daha nikbindir. Buna səbəb isə
rəssamın ABŞ-dakı
müvəffəqiyyəti idi. Eyni zamanda, əsər
özündə İkinci
Dünya müharibəsindən
sonra dünyanın aqibəti haqqında simvolik məlumatları əks etdirir.
- Əsərdə mövcud
olan gizli və sirli məqamlar
haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Salvador Dali əsərlərində gizli
mesaj ötürməyi
sevir. Onu dahi rəssam
edən həssas məqamlardan biri də elə bu bacarığıdır
ki, tamaşaçı
tabloya baxır və anlamağa çalışır. Anlamadıqda isə axtarışa çıxır və rəssamın nə demək istədiyini çözmədikcə əsərdən
əl çəkmir.
Onun heç bir əsəri asan anlaşılan deyil.
Sirr və mesajlar rəssamın çəkdiyi
hər bir detalda, hər bir jestdə gizlənir.
Rəssamın özünün bu
rəsm əsəri haqqında sadaladığı
"açar sözlər"
maraq doğurur: "Paraşut, intibah, günbəz, müdafiə,
katoliklik, yumurta, bioloji ellips, yer dəyişikliyi. Bu qeydlər əsərin
adı da daxil olmaqla çox şey izah edir.
Coğrafiya tarixdə böyüyür
və onun gedişatını təyin
edir. Elə o dövrdə geopolitika
anlayışı yenicə
ortaya çıxır
və bu səbəbdən bir elm olaraq uşaq kimi təsvir olunub.
Kompozisiyada yumurtadan, bioloji ellipsdən çıxan
- yeni doğulan insan təsvir olunub. Başqa bir yarımkürədə,
Birləşmiş Ştatlar
adlanan heyrətamiz bir ölkədə düşünülmüş yeni insan yetişib
və doğulmaq üzrədir. Yeni insan, yeni sivilizasiya,
yeni dünya nizamı... Doğulmaq - yenilik gətirməklə
reallığı dəyişdirməkdir.
O, yerləşdiyi məkanı
sındıraraq dünyaya
gəlir. Necə ki, bütün
canlılar və fikirlər dünyaya bu yolla gəlir.
Bu bir bioloji prosesdir: hər canlı varlıq doğur, böyüyür,
güc və firavanlığın qızıl
dövrünə çatır
və sonra qaçılmaz olaraq qocalır və ölür.
Yumurtanın üzərində isə yer kürəsinin təsviri var. Burada geopolitika həm də metafizika və beynəlxaq münasibətlərin formalaşması
konteksində təqdim
olunub. Əsərdə
yeni insanın doğuluşu yeni dünyanın, yeni cəmiyyətin doğuluşunu
izah edir və bu proses Şimali Amerikadan müşahidə olunur. Yeni insan sanki əvvəlcədən
özünü müqavimətə
hazırlayaraq atlet kimi doğulur. Yeni insanının əli bütünlükə Böyük
Britaniyanı ovuclayıb,
ayağı isə Hindistana qədər uzanıb. Politoloji nöqteyi-nəzərdən məhz bu nöqtələr
Şimali Amerikanın
əsas dayaq nöqtələridir.
Rəssam gözəl rənglənmiş
günbəz yumurtanın
altındakı təbəqə
ilə birlikdə yeni bir həyatı
simvolizə edərək,
mərkəzdə dayanan
yumurtanı bəşəriyyətin
incisi kimi təqdim edib.
- Salvador Dalinin Qafqaz və NATO ilə əlaqəli mesajlarını
harda görə bilərik?
- Əsərin sağ hissəsində sağ qolunun şəhadət barmağı ilə Qafqazı, bəzi versiyalara görə Gürcüstanı, bəzi
versiyalara görə Bakını işarə edən Hermofraditin təsvirini görə bilərik. Onun yumruğu şeytanın
gülüş cizgisini
özündə əks
etdirir. Kürən hermofraditin kölgəsinə
fikir versək, Qafqaza uzanan qolun kölgəsinin olmaması maraq doğurur. Con Kennedi əsər haqqında öz fikirlərini paylaşanda mövcud olmayan kölgə barəsində vaxtilə bizi xəbərdar etmişdi.
Hermofraditin ayaqlarına sarılan geosiyasi körpənin boyu kiçik, bədəni isə əzələli kişinin
bədənini xatırladır. Körpənin kölgəsi də öz forması ilə vəhdətdə deyil, kölgə körpənin bədənindən
3 dəfə büyükdür.
Bu, körpənin ideoloji tutumunun böyüklüyünə işarədir.
Körpənin arxasında isə
İsa Məsihin cizgilərini
xatırladır təsvir
görürük.
Əsərdə yumurtanı nəzərə
almasaq, Hermofradit və körpə Şərqi, əsərin
sol hissəsində arxa
planda söhbət edən iki nəfər
Qərbi tərənnüm
edir. Onların birinin baş
geyimində ulduzlar təsvir olunub. Təsvir olunan həmin insan texnologiyanın və yeni maliyyə
dövriyyəsinin kahini
hesab olunur. Şərq hissədə Günəşi
və onun şüalarını özündə
əks etdirən qülləni görürük.
Bu qüllə tanrının, Günəşin
və işığın
evi olan Qafqaz qülləsi ilə eynilik təşkil edir.
NATO-nun Brüssel şəhərindəki
Baş qərargahında
Salvador Dalinin "Yeni
insanın doğuşunu
izləyən geosiyasi
uşaq" əsərinin
surətinin asılması
səbəbsiz deyil. Əsərdə NATO-nu simvolizə edən bir çox detalları görmək olar ki, bu
da NATO üçün əhəmiyyətlidir.
Yumurtanın üzərində xilaskar
İsa Məsihi və
onun 12 apostolunu tərənnüm edən
13 tərəfli çətir
görürük. NATO ilk yarananda da onun 13 üzvü var idi. Bu o deməkdir
ki, yeni doğulan insana NATO himayədarlıq edir.
Yeni yaranan geopolitik uşağa isə Qafqaz mane olur. Qafqazda hətta arqonaftların belə axtardığı
qədim müdriklik, mənəviyyat gizlənir.
Bu isə Antixristin
(Dəccal) yaranmasına
mane olur.
- Əsərdə mistik
simvollar özünü
necə göstərir?
- Əsər demək
olar ki, bütünlüklə gözlə
görünə və
ya təxmin edilə biləcək mistik simvollardan ibarətdir. Bu səbəbdən
əsərə ezoterik
yanaşma da mümkündür.
Məsələn, yeni doğulan
insanın İsa Məsih
olması versiyası maraqlıdır. İsa Məsih iki dəfə doğula bilməz deyə əsərdə təsvir
olunan insan Antixristdir. Bunu göstərən elementlərdən biri də yeni doğulan
insanın sol qolunun üçbucaq formasında
bükülməsi və
onun bədənin üç dəfə 6 rəqəmini təkrarlamasıdır.
6 rəqəmini həm yumurtanın kəsiyində, həm qolun bükülməsində,
həm də qolun kölgəsində görürük.
İnsanlar İsa Məsihi qəbul etmədilər, amma Antixristi qəbul edəcəklər. Antixrit solaxay olacaq,
çünki yeni insan yumurtadan sol əli ilə çıxır. Yeni insanın vətəndaşların
milliyyəti olmayan
ABŞ da doğulması, Qafqazın
Avrasiyanın geopolitik
mərkəzi sayılması,
Afrikanın altındakı
damlaya bənzəyən
tək gözlü ağlayan afroamerikalı və digər bu kimi gözə
tez dəyməyən
bir çox detallar bəlkə də, hələ tam dolğun izahını tapmayıb...
Aytac SAHƏD
525-ci qəzet.- 2020.- 18 noyabr.- S.21.