Qarabağa həsr etdiyimiz mahnıları yurdumuzda ifa etməyin zamanı yetişib"

 

 

 

KAMANÇA İFAÇISI CAHANDAR XANLAROV: "MƏDƏNİYYƏTİMİZİN VƏ MUSİQİMİZİN KÖKÜ BİZDƏDİR, QOL-BUDAĞINI OĞURLAMAQLA ONU BİZDƏN QOPARA BİLMƏYƏCƏKLƏR"

 

 

Rubrikamızın budəfəki qonağı ifa etdiyi musiqilərlə sosial şəbəkələrdə xüsusi rəğbət qazanan kamança ifaçısı Cahandar Xanlarovdur.

 

Ənənəmizə sadiq qalaraq söhbətimizə sosial şəbəkələrin onun fəaliyyətində hansı yeri tutması ilə bağlı sualla başladıq.

 

Sosial şəbəkələrin xeyirlərindən ağızdolusu danışan həmsöhbətimiz bu platformaların zəmanənin nəbzinə uyğun inkişafa səbəb olduğunu bildirdi. 

 

***

 

- Sosial şəbəkələr bizim, ifalarımızın tanınmasında, geniş auditoriyalara çıxmasında böyük rol oynayır. Mən bundan bacardığım qədər yaxşı istifadə etməyə çalışıram. Deyərdim ki, hazırda fəaliyyətimdə sosial şəbəkələr olduqca mühüm yer tutur.

 

- İstifadəçilərin sosial media istifadəsindən dərəcə razısınız?

 

- Hər istifadəçi özünə uyğun kontingentləri izləyir. Onların bu platformalardan necə istifadə etməsi öz maraqlarına uyğun olur. Əsas mənim yox, onların öz istifadəsindən razı olmasıdır. Sözsüz ki, sosial şəbəkələri maraq dairəsi bizneslə əlaqəli olaraq iki hissəyə bölmək olar. Sosial şəbəkələrdən necə istifadə etmək hər istifadəçinin özündən asılıdır.

 

- Bəs, izləyicilərinizdən gələn rəylər sizi qane edirmi?

 

- Sözsüz ki, hər kəs ona maraqlı olan personajı, səhifəni, şəxsiyyəti izləyir. Məni izləyənlər mənim sənətimi bəyənənlər olduğu üçün paylaşdığım video, bəstə ifalarıma adətən müsbət rəylər gəlir. Bu rəylər mənim daha qətiyyətli çalışmağıma təsir edir.

 

-

 

"Şəhidim" ifası da sosial şəbəkələrdə böyük marağa səbəb oldu. Ancaq bu paylaşımı sentyabr ayının əvvəllərində etmişdiniz. Müharibə başlayandan demək olar ki, heç aktivlik göstərmirsiniz. Bunu ilə əlaqələndirmək olar?

 

- Bəli, "Şəhidim" ifasını bütün şəhidlərə həsr etmişdik. Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı. Müharibə başlayandan əlimə kamançanı götürüb ifa etməyimin sosial şəbəkələri aktiv istifadə etməyimin düzgün olmayacağını düşündüyüm üçün heç bir ifa paylaşım etməmişdim. Artıq qələbə xəbərini aldığımız üçün daha şən, qələbə ifaları ilə qarşınızda olacağam.

 

- Əsasən hansı tərzdə musiqilər ifa etməyi sevirsiniz?

 

- Musiqiçi üçün tərzin məncə önəmi yoxdur, əsas musiqinin bizim ürəyimizə  yatması onu ürəkdən ifa etməkdir. Musiqini dinləyirik, sonra onu öz zövqümüzə uyğunlaşdırıb öz hisslərimizlə ifa edirik. Hər tərzdə musiqi ifa etməyi sevirəm. Mən o musiqini sevdimsə, onu dinləyiciyə bir o qədər sevdirməyə hiss etdirməyə çalışıram. Ən çox ifa etməyi sevdiyim musiqilər isə elə öz musiqilərimizdir. Məncə, dünyada Azərbaycan musiqisindən daha gözəl musiqi yoxdur.

 

- Kamançanın səsində sanki Azərbaycanın, Qarabağın havası duyulur. Düşmən hər şeydə olduğu kimi, mədəniyyətdə oğurluq əməllərinə əl atır. Milli alətlərdə onların etdiyi ifalarla öz ifalarımız arasında bir musiqiçi kimi hansı fərqləri görürsünüz?

 

- Əslində, kamançanın səsində Azərbaycanın havası duyulur. Sadəcə, bizim illərdir yaralı yerimiz Qarabağ olduğu üçün biixtiyar şəkildə yanıqlı bir musiqi eşitdikdə gözümüzün qarşısında Qarabağ canlanır.  Düşmən bizim musiqi alətlərini musiqiləri oğurlayıb dünyaya öz musiqiləri musiqi alətləri kimi təqdim edir. Onlarla bizim aramızda çox fərqlər var. Mədəniyyətimizin musiqimizin kökü bizdədir, qol-budağını oğurlamaqla bizdən qopara bilməyəcəklər.

 

- Deyirlər, musiqi istedadı çox vaxt ailədən gəlir. Sizdə necə olub?

 

- Mənim atam uşaq vaxtı balaban ifa edib. Amma sonradan bəzi səbəblərdən davam etdirməyib. Əvvəlcə qardaşım tar öyrənmək üçün musiqi məktəbinə gedib, sonra isə məndə musiqiyə böyük həvəs yaranıb, ancaq dərslərə başlayandan sonra musqiyə marağım azalmışdı.  Mənə kamançanı sevdirən, kamançanı tutmağı, onu ifa etməyi öyrədən insan ilk müəlliməm Aidə xanım Rəfiyeva olub. Ana necə öz övladı üzərində əziyyət çəkirsə, müəlliməmin mənim üzərimdə bir o qədər əziyyəti olub. Əgər mən bu gün kamançada ifa edə bilirəmsə, onu müəlliməm ailəm sayəsində bacarmışam.

 

- Musiqi ilə bağlı hər hansı bir təhsiliniz var?

 

- İlk musiqi təhsilimi Leopold Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində almışam. Bakalavr magistratura təhsilimi isə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində musiqi fakültəsində xalq çalğı alətləri -  kamança ixtisası üzrə almışam. Ustadım Azərbaycanın Əməkdar artisti professor Mirnazim Əsədullayev olub. Onun mənim üzərimdə çox böyük zəhməti var.

 

Günel  Abbas

525-ci qəzet.- 2020.- 18 noyabr.- S.23.