Alim  yazıçı yaradıcılığının zirvəsində

 

Kamal Abdulla-70

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Xalq yazıçısı, Əməkdar elm xadimi, Azərbaycan Dillər Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Kamal Abdulla çağdaş elmimizin və ədəbiyyatımızın müstəsna simalarındadır.

Dilçilik sahəsində də, ədəbi və ictimai mühitdə də əvəzsiz xidmətləri, mühüyeri və rolu Kamal Abdullanıçoxşaxəli fəaliyyətinin hansısa istiqamətinə üstünlüvermək, onları fərqləndirməolmur. Odur kimən Xalq yazıçısıakademik Kamal Abdullanın 70 illik yubileyi ərəfəsində qələmə aldığım bu kiçik məqalədə onun zəngin fəaliyyət yolunun yalnız müəyyən məqamlarına diqqət yetirmək istəyirəm.

Kamal Abdulla hələ 26 yaşında ikən filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. O, aspiranturanı müvəffəqiyyətlə başa vuraraq 1977-ci ilin ilk ayında Moskvada müdafiə edibOnun “Sintaktik paralelizm (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə)” mövzusunda yazdığı dissertasiya işini dünyada nüfuz qazanan tanınmış türkoloq alimlər yüksək qiymətləndirmişlər.

Kamal müəllim Moskvada - SSRİ Elmlər Akademiyasında qalıb işləmək təklifi alsa da, o, doğma vətəninə - Azərbaycana qayıdıb burada fəaliyyət göstərməyi, milli elmimizin, ədəbiyyatımızın inkişafı üçün çalışmağı üstün tutmuşdu.  elə həmin ildən Azərbaycan SSR Elmlər Akademiyası Dilçilik İnstitutunun türk dillərinin müqayisəli tədqiqi şöbəsinə (indiki Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsiişə qəbul edilmişdiBurada kiçik elmi işçi vəzifəsindən şöbə müdirliyinədək yüksəldi.

Kamal Abdulla 1984-cü ildə “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Həmin dövrdən Kamal Abdulla fəaliyyətini Azərbaycanın təhsil sisteminə bağlayıb. Üç il Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər UniversitetiÜmumi  Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1990-cı ildən 1993-cü ilədək M.F.Axundov adına Rus Dili  Ədəbiyyatı İnstitutu Ümumi  rus dilçiliyi kafedrasının müdiri olubBundan sonra daha 7 il yenidən Dillər Universitetinin həmin kafedrasına rəhbərlik edib.

Ulu öndərimiz Heydər Əliyevin Sərəncamı ilə Kamal müəllim 2000-ci ildə M.F.Axundov adına Rus Dili  Ədəbiyyatı İnstitutuna rektor təyin edilibSonra həmin institutun bazasında Bakı Slavyan Universiteti yaradılır və Kamal Abdulla yeni təşkil olunmuş təhsil müəssisəsinin rektoru olur. Akademik Kamal Abdulla uzun illər bu ali məktəbə şərəfləbacarıqla  rəhbərlik edibHazırda isə Azərbaycan Dillər Universiteti onun rektorluğu ilə özünün yüksək inkişaf dövrünü yaşayır.

Kamal müəllim hansı vəzifədə çalışmasından asılı olmayaraq, ilk dəfə əmək fəaliyyətinə başladığı akademiyanın Dilçilik İnstitutunu unutmayıb. Rektor işləyərkən də, Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi olarkən də daim əlaqə saxlayıb, institutun fəaliyyəti ilə maraqlanıb. Elə indinin özündə də bir akademik, beynəlxalq “Türkologiya” jurnalının baş redaktoru kimi, Dilçilik İnstitutu ilə sıx təmasdadır.

Müqəddəs abidələrimizdən sayılan “Kitabi-Dədə Qorqud” dastanlarının tarixinindilinin öyrənilməsi barədə ciddi araşdırmalar aparan görkəmli türkoloq alim Kamal Abdullanın “Gizli Dədə Qorqud” (BakıYazıçı, 1991), “Mifdən yazıya  yaxud Gizli Dədə Qorqud” (BakıMütərcim, 2009), “Ââåäåíèå â ïîýòèêó «Êèòàáè-Äåäå Êîðêóä” (ÌîñêâàÕóäîæåñòâåííàÿ ëèòåðàòóðà, 1981) adlı kitabları ədəbiyyatımızelmimiz üçün son dərəcə dəyərli mənbələrdir.

Ədəbi-bədii yaradıcılığna gəlincə, cəsarətlə deyə bilərəm ki, Kamal Abdulla nəinki Azərbaycan ədəbiyyatına, ümumiyyətlə, dünya ədəbiyyatına yenilik gətirən yazıçılarımızdandır. Onun böyük istedadı, yüksək intellekti, tükənməz enerjisi sayəsində ərsəyə gələn əsərlərinin hər biri haqqında mütəxəssislər geniş rəylər söyləmiş, onları ətraflı təhlil etmişlər. Bu əsərlərin əksəriyyətində yaddaş probleminin fəlsəfəsi açılır. Ənənələr inkar olunmamaqla yeniliklər ön plana çəkilir. Buna görə də Kamal Abdullanın bədii yaradıcılığı Azərbaycandan çox-çox uzaq ölkələrdə rəğbətlə qarşılanır. Ona böyük şöhrət qazandıran “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Sirlərin sərgüzəşti” romanları dünya ədəbiyyatının nadir inciləri sırasında layiqli yer tuturOnun demək olar ki, bütün romanları, hekayələri, esseləri müxtəlif dillərə tərcümə olunaraq, bir sıra xarici ölkələrin nüfuzlu nəşriyyatlarında böyük tirajla çap edilib.

Onun romanları  digər janrlarda qələmə aldığımüasir dünyanın nəbzini tutan başqa əsərləri şəffaf düşüncəmöhkəm iradətəmiz şüur  yaddaşın məhsulu olduğu üçün Azərbaycanın hüdudlarını böyük sürətlə adlayıbədəbiyyatkitab qədri biləndəyəri qiymətləndirən xarici oxuculara öz dillərində təqdim edilibƏlbəttə, bu, təkcə müəllifin özünə yox, bütün Azərbaycana, ədəbiyyatımıza başucalığı gətirir.

Onun yaradıcı əməyiictimai-siyasikulturoloji fəaliyyəti o qədər dolğun  cığıraçandır kibunların bütün istiqamətləri indiyədək olduğu kimigeniş tədqiq edilməlidirhəm elmi cəhətdənhəm  yeni ədəbi təmayül kimi.

Ədəbiyyatımızda yeni mərhələdən xəbər verən, Dədə Qorqud və Şah İsmayıl dövrlərindən bəhs edən “Yarımçıq əlyazma” romanı respublikamızda iki dəfə 2004-cü ildə nəşr edilib. 2013-cü ildə isə təkrar çap olunub. Bu tarixi roman 12-dən çox xarici ölkələrdə kütləvi tirajla işıq üzü görüb. FransaRusiyaTürkiyəBraziliyaPolşaMisirAmerikaQazaxıstanAvstriyaQırğızıstanİtaliya  sair ölkələr onların sırasındadır.

Xalq yazıçısı Kamal Abdullanın müxtəlif illərdə Türkiyə, Rusiya, Litva, Qazaxıstan, Fransa, Yaponiya, İran, ABŞ, İtaliya, Rumıniyada çap olunmuş Sehrbazlar dərəsi romanı bu yaxınlarda Almaniyada da nəşr edilib, “Amazon”, “Booklooker və Epubli kimi böyük kitab satışı saytlarında yayımlanıb.

Xalq yazıçısı, akademik Kamal Abdulla şəxsiyyət olaraq ali keyfiyyətlərə sahib, sadə, təvazökar, təmənnasız, xeyirxah insandır. Kamal müəllim akademik-katib olanda daAzərbaycan Respublikasının millətlərarasımultikulturalizm  dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsində çalışarkən rektor kimi  özünəməxsus insani keyfiyyətlərinixüsusiyyətlərini daima ön plandaucalıqda saxlayıb.

Kamal müəllim rəhbərlik etdiyi ali məktəbin tələbələrinin  etibarlı dayağıdırustad pedaqoqdurŞahid olan hər kəs tərəddüdsüz təsdiqləyər ki, Kamal müəllim yüksək mədəni davranışı, sadəliyi, mehriban münasibətilə kollektivin və tələbələrin sevimlisidir, daima onları təmkinlə dinləyir, ortaya çıxan məsələlərin çevik və effektli həllinə nail olur.

Akademik Kamal Abdullanın dilçilik, ədəbiyyat, mədəniyyət sahəsindəki uğurları, ictimai-siyasi fəaliyyəti dövlət və hökumətimiz tərəfindən yüksək qiymətləndirilib. O, ali mükafatlar  fəxri adlarla təltif edilib.

1999-cu ildə tarix  mədəniyyət abidələrimizdən olan “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqindəki xidmətlərinə görə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Əməkdar Elm xadimi fəxri adına layiq görülübRusiya Federasiyasının Puşkin medalıAzərbaycanla Çexiya arasında münasibətlərin inkişafındakı roluna görə “Karl Kramej” medalı, “Yarımçıq əlyazma” romanına görə “Son 10 ilin əsəri” mükafatıhəmin əsərə görə İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatı  onlarca bu cür orden  medallarla təltif olunan Kamal Abdulla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Şöhrət” ordeninə, 2019-cu ildə isə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.

Böyük ədibimizAzərbaycan  dünya elminin görkəmli nümayəndəsi olan Xalq yazıçısıakademik Kamal Abdullanı 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirona möhkəm cansağlığıuzun ömüryeni yaradıcılıq uğurları arzulayıram.

 

Aynel MƏŞƏDİYEVA

525-ci qəzet.- 2020.- 24 noyabr. S. 12.