Yaşasın Azərbaycanın Rəşadətli Ordusu

 

 Yeni tarix yazılır, unut dərdi kədəri

Qəhrəman igidlərin gətirir zəfərləri

Ali Baş Komandanın yenilməz əsgərləri

Gözlərində zərrə də yoxdur ölüm qorxusu

Yaşasın Azərbaycanın rəşadətli ordusu!

 

Tarix boyu vandallar taladılar, çapdılar

Günahsız insanların qanlarına batdılar

Özgənin torpağında yeyib, içib yatdılar

Daha yata bilməzlər ərşə çıxdı yuxusu

Yaşasın Azərbaycanın rəşadətli ordusu!

 

Döyüşdə məğlub olan düşmən qaçır gizlənir

Gizləndiyi bölgələr sputnikdən izlənir

Torpaqlar qarış-qarış çirkabdan təmizlənir

Məhv olur texnikalar, yanır düşmən korpusu

Yaşasın Azərbaycanın rəşadətli ordusu!

 

Biz birlikdə güclüyük, bağlıyıq bu torpağa

Qovulur ermənilər son qoyulur tapdağa

Gözləməyin ki bir də düşmən qalxsın ayağa

Elə zərbə aldı ki düşünmürəm doğrusu

Yaşasın Azərbaycanın rəşadətli ordusu!

 

Başladı mübarizə dəstək gəldi qardaşdan

İki dövlət, tək millət, daşıyırlar eyni qan

Necə gözəl səslənir Türkiyə-Azərbaycan

Bu möhtəşəm birliyə inanmırdı çoxusu

Yaşasın Azərbaycanın rəşadətli ordusu!

 

Azad olan torpaqda şəhidimin qanı var

Ayaqdadır millətim bu milləti kim tutar

Bir cəbhədə birləşib, müxalifət, iqtidar

Orduya dəstək verir kasıbı, milyonçusu

Yaşasın Azərbaycanın rəşadətli ordusu!

 

Uzun illərdən sonra gəldi  zəfər çağımız

Özümüzə qayıtdı müqəddəs  torpağımız

Dalgalandı Şuşada üçrəngli  bayrağımız

Allahım gerçək oldu milyonların arzusu

Yaşasın Azərbaycanın rəşadətli ordusu!

 

Ü.Məmmədov

 525-ci qəzet.- 2020.- 24 noyabr.S. 16.