OYAN, ŞƏHƏRİM, OYAN!

 

Otuz illik həsrətdən

özünü asan şəhər.

Oyan, nəfəsin gəlib,

Daş olub, susan şəhər...

 

Qoynunda böyütduyun

Şahların diriləcək.

Sənsiz nəfəs almayan

Ruhların diriləcək.

 

Qəlbini əsir edib,

Şux qəddini əyiblər.

Daşın düşmən başına,

Xatirinə dəyiblər.

 

Bəzəksız otaqların

Yenidən bəzənəcək.

Xan qızı Nətavanın

Türbəsi diriləcək.

 

Qədirin,Səxavətin

Ruhu göydə süzəcək.

“Sona bülbüllər”min

Cəh-cəhi diriləcək.

 

Şahmarın misrasında

Tənlər bütöv oyanır.

Kərpic-kərpic ovulan

Ürəyində od yanır.

 

Sübh azanı niyyətim,

Üzü göyə duamsan.

Bəxtinə ag gün doğan

Ağ çiçəkli Ağdamsan!

 

Azadlığın mübarək! -

Etdi Sərkərdəm bəyan!

Hər ürəkdən səs gəlir,

Oyan, şəhərim, oyan!

 

Təranə ARİFQIZI

525-ci qəzet.- 2020.- 24 noyabr.S. 16.