Keşikçi
Bu qələbə Azərbaycan
xalqının əldə etdiyi qələbələr
içində ən parlaq qələbədir!
İlham Əliyev
Kişi-kişiliyi yaşadar canda,
Tarixdə kişilər qəhrəman olur.
Ocağın başında kişi duranda,
Torpağı qorumaq çox asan olur!
Müəllif
Cənab Ali Baş komandan, öndə
olum,
İcazə
ver, qoy əsgərin mən də olum.
Vətən deyən, Allah deyən
bəndə olum,
Daim Haqqa, Ədalətə keşik
çəkim,
Qazandığın
məhəbbətə keşik çəkim!
Müzəffərdir, qurban olsun
canım mərdə,
Allah onu bərk saxlasın qoy
nəzərdə!
İcazə
ver, azad olmuş kənd-şəhərdə.
Qaldırdığın
bayrağına keşik çəkim,
Azad olmuş torpağıma keşik
çəkim!
Görən deyir, bax, Komandan belə
olar,
Komandan
şah, şah Komandan belə olar.
Millətinə
baxt Komandan belə olar.
Sənin kimi Ərən-Ərə
keşik çəkim,
Yazılıbsa adın hara... keşik
çəkim!
Axıb Araz nə deyir gör:
yaşa, Paşam!
Mən sayəndə
öz-özümlə başa-başam!
Xudafərin körpüsünün
üstə düşən,
Sənin ayaq izinə qoy keşik
çəkim,
Özüm dönüm
gözünə qoy, keşik çəkim!
Alovlandı, yandı yenə
od-ocağım,
Keçmiş olsun çəkdiklərin,
a torpağım!
Şükür olsun, azad oldu
Qarabağım,
Yurdun məscid-minarəsi... keşik
çəkim,
Ucaldıqca Azan səsi, keşik
çəkim!
Gözəlliyim gözə
gəlmiş şəklindədir,
Gözəlliklər
əslimdədir, kökümdədir.
Aman Allah, qəbristanlar nə
gündədir,
Dağıdılmış
məzarlara keşik çəkim,
Yerlə-yeksan əzalara keşik
çəkim!
O oğulmu, Vətəninə baş
əyməsin?
Hər kimin ki, qeyrəti yox,
yaşamasın!
Bir əsgərin ayağına daş
dəyməsin,
Onların hər birisinə keşik
çəkim,
Azərbaycan Ordusuna keşik
çəkim!
Şah İsmayıl Xətaisən,
nəsən kişi,
Təzə Zəfər tarixini
yazan kişi!
Qüdrətinə əhsən olsun,
əhsən, kişi!
Min yaşasın Azərbaycan,
keşik çəkim,
Məni də öz arxanda san,
keşik çəkim!
Babaların torpağı san
yaşayasan,
Belə
deyir tarix, zaman, yaşayasan.
Yaşadıqca Azərbaycan,
yaşayasan,
Qoy o dəmir yumruğuna keşik
çəkim,
Eşq olsun, eşq, yurd oğluna,
keşik çəkim!
YALLI
Gözlərimdə Koroğludur,
Mustafa
bəy, Kürdoğludur.
Bu Vətənin bir oğludur,
Qələbə çalan oğullar,
Şuşanı alan oğullar!
Atillatək qırmancdılar,
Qayalara
dırmaşdılar.
Sıldırımdan yol
açdılar,
Qardaşım, balam oğullar,
Şuşanı alan oğullar!
Əzizdi Torpaqdan ötrü,
Doğma
od-ocaqdan ötrü.
Şuşanı almaqdan ötrü,
Anadan olan oğullar,
Şuşanı alan oğullar!
Çaxıb şişməyə
döndülər,
Çıxıb
çiçəyə döndülər,
Axır Şuşaya
döndülər,
Ölməyib... ölən
oğullar,
Şuşanı alan oğullar!
Qüvvət alıb
nərəsindən,
Gah Daşaltı dərəsindən,
Gah Kirs dağın zirvəsindən,
Deyirəm: salam,
oğullar,
Şuşanı alan oğullar!
Mizan yox, bu Mizan təki,
Ehsan yox, bu Ehsan təki,
Ay özləri Əzan çəkib,
Namazı qılan oğullar,
Şuşanı alan oğullar!
Bu Vətənə qulluq edin,
Yurdu
oba-elli edin.
Haqqınızdı,
"Yallı" gedin,
"Cıdır
düzü"ndə o ki, var,
Şuşanı alan oğullar!
Barat VÜSAL
525-ci qəzet.- 2020.- 26 noyabr.S. 15.