Mədəniyyət Nazirliyi "Qarabağnamə" layihəsini təqdim edir

 

Mədəniyyət Nazirliyi tərəfindən qəhrəman Ordumuzun Vətən müharibəsindəki zəfərinə dəstək hər qarışı tarix danışan Qarabağın zəngin mədəni mirasının təbliği məqsədilə müxtəlif layihələr həyata keçilir.

Nazirlikdən bildirilib ki, qurumun bu istiqamətdə yeni layihələrindən biri "Qarabağnamə"dir. "Yalnız ərazi bütövlüyü yox, kimlik bütövlüyü" şüarı ilə hazırlanan layihə Azərbaycan insanının gözü ilə Qarabağa yeni pəncərə açır.

Qeyd edək ki, XIX əsrdə maarifpərvər tarixçilərimiz tərəfindən Azərbaycanın Qarabağ xanlığının (1747-1822) siyasi, iqtisadi mədəni həyatını öyrənən 10 "Qarabağnamə" yazılıb. Bu məxəzlərdə yer alan bölgənin tarixi-mədəni ictimai-siyasi mühiti ilə bağlı faktlar Qarabağı Azərbaycandan qoparmağa çalışan bədnam qonşularımıza tutarlı cavabdır. Mədəniyyət Nazirliyinin yeni layihəsini yeni kiçik "Qarabağnamə"lər kimi xarakterizə etmək olar.

Burada Azərbaycanın Qarabağ bölgəsinin yaşayış məntəqələrindən müxtəlif yaşlarda fərqli peşə sahibləri olan insanlar özlərinin valideynlərinin xatirələrindəki Qarabağı qısa videoçarxlar vasitəsilə izləyicilərə təqdim edirlər.

Videoçarxlara, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı 822, 853, 874 884 saylı qətnamələri haqqında Azərbaycan ingilis dillərində məlumat da əlavə edilib.

 

525-ci qəzet.- 2020.- 13 oktyabr.- S.16.