“Əhmədiyyə Cəbrayılov – 100” adlı ədəbiyyat xülasəsi təqdim olunub

 

Bu il İkinci Dünya Müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Armed Mişel”, “Ryus Armed”, “Õàrqo başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, Fransanın orden medalları ilə, o cümlədənHərbi medal” ilə təltif olunmuş, xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi tamam olur.

Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlananƏhmədiyyə Cəbrayılov – 100” adlı daycest istifadəçilərə təqdim olunub.

Daycestdə Əhmədiyyə Cəbrayılovun həyatı keçdiyi şərəfli döyüş yolundan bəhs edən, 2010-2020-ci illərdə ölkə ərazisində müxtəlif dövri nəşrlərdə dərc edilən məqalələr araşdırılmış diqqətə çatdırılıb.

Daycestin hazırlanmasında əsas məqsəd Əhmədiyyə Cəbrayılovun həyatı döyüş yolundan bəhs edən məqalələrlə geniş oxucu kütləsini tanış etməkdir. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba düzülüşü ilə verilib.

Daycest ilə tanış olmaq istəyənlər http://anl.az/down/Ehmediyye_Cebrayilov.pdf linkindən istifadə edə bilərlər.

 

525-ci qəzet.- 2020.- 14 oktyabr.- S.12.