Əliağa Vahidlə bağlı virtual sərgi tərtib edilib

 

Azərbaycanın görkəmli qəzəl ustası Əliağa Vahidin xatirə günü ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Böyük qəzəl ustadı Əliağa Vahid" adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə böyük qəzəlxanın həyat yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu haqqında yazılan kitablar, məqalələr təqdim olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Boyuk_qezel_ustadi_Elaga_Vahid/index.html

linkindən istifadə edə bilərlər.

Azərbaycan şeirinin müxtəlif növlərində, o cümlədən, istər əruz, istərsə heca vəznində eyni ustalıqla yazan Əliağa Vahid öz məharətini ayrı-ayrı mövzularda qələmə aldığı qəzəl şeirlərinin nümunəsində dəfələrlə sübut edib.

Əliağa Vahidin qəzəllərində ana dilimizin gözəlliyi, özünəməxsusluğu əsas yer tutur. Qəzəlləri klassik şeirimizdə olan ərəb-fars sözlərindən xeyli dərəcədə təmizlənmiş, Azərbaycan türkcəsinin şirinliyini özündə yaşadan sözlərlə, ifadələrlə zəngindir.

 

525-ci qəzet.- 2020.- 2 oktyabr.- S.9.