“Bu qətiyyətli addımlarınızı alqışlayırıq!”

 

YUĞ Teatrının kollektivindən İlham Əliyevə müraciət

YUĞ Dövlət Teatrının kollektivinin Prezident İlham Əliyevə müraciət edib.

"Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Rəşadətli ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə xalqımızda yüksək ruh yüksəkliyi yaradıb. Ölkədə kiçikdən-böyüyə hər kəs kimi mədəniyyət incəsənət xadimləri, o cümlədən YUĞ Dövlət Teatrının kollektivi cəbhədə baş verən hadisələri diqqətlə izləyir, qələbə müjdəsi gözləyir.

Dədə-baba torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində aparılan hərbi əmliyyatlarda yenilməz ordumuzun əldə etdiyi nailiyyətlər, işğalçı Ermənistan silahlı birləşmələrinə endirdiyi sarsıdıcı zərbələr bizi çox sevindirir. Terrorçu Ermənistanın siyasi-hərbi rəhbərliyinin növbəti təxribat cəhdi güclü ordumuzun dəqiq seçilmiş hərbi taktikanın sayəsində fiaskoya uğrayıb. Düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib, mühüm strateji yüksəkliklər nəzarətə götürülüb, Füzuli Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edilib. Şəhidlərimizin, mülki vətəndaşlarımızın qanı yerdə qalmayıb. Xalqımız yekdilliklə Qarabağın yağı düşmən tapdağından azad olunacağı günün yaxında olduğuna inanır dövlətimizin qəbul etdiyi bütün qərarları dəstəkləyir.

Dünya ictiamiyyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəkləyir. Çünki ordumuz heç bir dövlətin ərazisinə göz dikməyib, öz əzəli torpaqlarını azad etmək uğrunda mübarizə aparır bu mübarizədə beynəxalq hüquq normaları bizim tərəfimizdədir. Ən önəmlisi isə odur ki, bizim mübarizəmiz haqq mübarizəsidir. Bu ədalətli mübarizədə Azərbaycan inamlı qələbə qazanacaq öz ərazi bütövlüyünü bərpa edəcək.

Azərbaycan Dövlət YUĞ Teatrının kollektivi bu qəti addımlarınızı alqışlayır. Sizin rəhbərliyinizlə şanlı ordumuzun haqq savaşında qələbə qazanacağına inanır bildiririk ki, əmrinizlə hər an silaha sarılmağa hazırıq.  

Qarabağ Azərbaycandır!

Qələbə bizimlədir!

Hörmətlə,

YUĞ Dövlət Teatrının direktoru İslam Həsənov"

 

525-ci qəzet.- 2020.- 2 oktyabr.- S.9.