"Ulduz"un sentyabr sayı çıxıb

 

Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan "Ulduz" ədəbiyyat dərgisinin sentyabr sayı işıq üzü görüb. Dərgi oxucularını bu sayda İlqar Rəsulun "özüylə söhbəti" hekayələri ilə salamlayır.

Daha sonra dərginin "525-ci qəzet"lə birgə həyata keçirdiyi "9-luq" layihəsinə yer verilir. Burada nasir Əjdər Ol, şair Ramil Əhməd tənqidçi İradə Musayeva pandemiyadan sonrakı dövr ədəbiyyatından, çağdaş ədəbiyyatın intellektual qatı ilə duyğu "örtüyünün" qarşılıqlı münasibətindən ədəbiyyatda yaşamağın formulundan danışırlar.

Aysel Xanlarqızı "Karantin şeirləri"ni təqdim edir, Sonuncu Orxan Fərid Hüseyn dərginin poeziya səhifələrində oxucuları ilə görüşürlər. Hənifə Səlifova Məmməd Orucun "Qara güzgü" "Köçürülmə" romanlarında deportasiya hadisələrini əks etdirir. Mirzə İbrahimov, Sabir Rüstəmxanlı, Teymur Kərimli, Səlim Babullaoğlu, Esmira Fuad, Sevinc Mürvətqızı Adilə Qocayevanın görkəmli şair, nasir publisist Nurəngiz Günlə bağlı fikirləri, 2020-ci ildə "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü"nə layiq görülmüş şairlərin şeirləri təqdim olunur.

Eyvaz Zeynalovun tərcüməsində məşhur türkoloq, yazıçı, tərcüməçi Ömər Küçükməhmətoğlunun "Ortada qalan cənazə" hekayəsi Şəfa Vəlinin yazdığı "Ac siçan balası" da dərginin bu sayındadır. Xəyal Rza "Sarı qamış", Gülşən Mustafa "Sağalmaq istəyirəm"lə "Nəsr" bölümündə, Müşfiqə Baladdinqızı Kəmaləddin Qədim isə "Şeir vaxtında" çıxış edirlər. Asif Rüstəmli "Mühacirət mətbuatımızın müqtədir mücahidi" yazısı, Mətanət Vahid isə "Sənətlərin dialoqu - Ədəbiyyat Musiqi" yazısı ilə "Tribuna"dadırlar. Qalib Şəfahətin, İradə Aytelin, Fidan Malikin yaradıcılığına bu sayda yer verilib.

"Debüt"də Təyyarə Əsgərovanın hekayələri Savalan Abbasoğlu Fəthinin şeirləri var. "Dərgidə kitab" seriyasını bu dəfə "1+1+1" kitabı ilə Lamiyə Məmmədova kitabın içindəki hekayələrdən nümunələrlə birlikdə davam etdirir. Günel Mehri "Etiraf" yazısında nələri etiraf edir? İvan Bunin - Böyük Ədəbiyyatın balaca klassiki kimdir?" - bütün bunlar da "Ulduz"un sentyabr nömrəsindədir.

 

EL ROMAN

 

525-ci qəzet.- 2020.- 6 oktyabr.- S.16.