Tarix, doğrudan da, təkrarlanırmış...

 

BU DƏFƏ TARİXİN AZƏRBAYCAN ÜÇÜN İŞIQLI DÖVRLƏRİ YENİDƏN ÜZÜMÜZƏ GÜLÜR

 

Son zamanlar çoxumuzun ürəyində bir hiss yaranmışdı ki, tarix doğrudan da, təkrarlana bilər. Tarixin təkrarlanması pis bir əlamət deyil, sadəcə olaraq Azərbaycanın keçmişində gözəl, qürurverici günlərlə bərabər, çətin günləri az olmayıb.

2020-ci il yəqin ki, əksər insanların yaddaşında çətin bir il kimi qalacaq ilin sonuna 3 aya yaxın vaxt qalsa da, ürək üzücü xəbərlərlə hələ qarşılaşırıq. Yox, məqsədim heç yaşananları bir ilin üzərinə yıxmaq, 2020-ci ili bədnam qələmə vermək deyil. Mövzum Azərbaycanın indiki gündəmidir.

Mənfur ermənilər tarix boyu xalqımızın, türkün əzəli, əbədi düşməni olub. O düşmən bu gün bizə qarşı təxribatlarından qalmır, hər vəchlə bizə zərbə vurmağa çalışır. Artıq bu, hamıya gün kimi aydındır ki, Azərbaycan-Ermənistan arasında 30 ilə yaxındır davam edən Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil. Bunu tarix özü sübut edir.

Bu məsələylə bağlı çox maraqlı dəhşətli bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Babam - yazıçı Davud Nəsib 25 il əvvəl Azərbaycan Televiziyasının "Məmləkətim" verilişində Xocalı soyqırımı haqqında çıxış edərək, erməni vəhşiliyinin tarix boyu heç yerdə görünmədiyini bildirib. Çıxışında Şah Xosrov Pərvizin dövründə (5-6-cı əsrlər) ermənilərin Qarabağa köçürülməsi faktlarından danışıb. Bu yerləşdirmənin əsas məqsədi ermənilərin xəbərçilik, satqınlıq xüsusiyyətlərindən istifadə etmək idi. Çünki onlar satqın rolunu oynayaraq, burda baş verənləri düşmən ölkələrə çatdıracaqdılar. Bunun nəticəsidir ki, ermənilər ərəblərlə birlikdə Bərdəyə hücum edib, insanları qılıncdan keçirtdilər. Onlar VII əsrdə bu hücumla əsl soyqırım etdilər, o zaman Böyük Qafqazın ən zəngin kitabxanalarından birini darmadağın edib yandırdılar, özlərinə sərf edən arxiv məlumatlarını toplayıb sonradan öz adlarına çıxardılar, qalan sənədləri, materialları isə Tərtər çayına atdılar. Yad insanların onlara aid olmayan torpaqlara köçürülməsi deməkdir?!

Maraqlıdır ki, tarix bu yaxınlarda bir daha təkrarlandı. Belə ki, Livanın Beyrut şəhərindəki partlayışdan sonra Livan ermənilərinin məqsədli şəkildə Qarabağa köçürülməsinə başlanıldı. Bu, tarixin həyasızcasına təkrarlanmasından başqa bir şey deyildi.

Babam deyərdi ki, biz düşmən üzərinə yalnız bizə atəş açandan sonra gedirik, başqa zaman isə susuruq. Bu susqunluğun nəticəsidir ki, torpaqlarımızın iyirmi faizi işğal altındadır, Ermənistan hökuməti o torpaqlarda istədiyini edə biləcəyini düşündü. Bu, erməni xainliyindən başqa bir şey deyil.

Livandan ermənilərin Dağlıq Qarabağ bölgəsinə köçürülməsi planlaşdırılmış addım idi. Sadəcə Ermənistan hökuməti məkrli siyasətini həyata keçirmək üçün uyğun zamanı gözləyirdi. Necə ki, bu ilin iyul ayında bütün dünyanın başının COVİD-19 pandemiyası ilə mübarizəyə qarışdığı zamanda yenidən Azərbaycana qarşı hücuma keçmişdilər.

 

Türk millətinin kim olduğu, əzmi, şücaəti hələ 1918-ci ildə bütün dünyaya aydın olmuşdu. Bu tarixin üzərindən keçən bir əsr, düşünürəm ki, haqq-ədalətin bərpa olunması üçün kifayətdir.

Azərbaycan insanının, türkün qanındakı humanizm, insansevərlik, qonaqpərvərlik hər zaman başına bəla olub. Ona görə də tarix boyu parçalanıb Azərbaycan. Ən böyük bəla isə məhz ermənilərdir.

Amma bu ədalətsizliyə də qəti şəkildə "dur" deməyin vaxtı yetişdi. Tarix bu dəfə bizim xeyrimizə təkrarlanacaq. Son günlər yaşadıqlarımız da bunu sübut edir. Arzu edirəm ki, tezliklə Azərbaycan işğal altındakı bütün torpaqlarını azad etsin, yurd-yuvasından didərgin düşmüş, illərdir vətən həsrəti çəkən insanlar öz torpaqlarına qovuşsunlar.

Bundan sonra bir xalq olaraq keçmiş səhvlərimizdən dərs çıxarmağın, birləşməyin, həmrəy olmağın, düşmənə qarşı yumruq kimi mübarizə aparmağın zamanıdır!

Anaxanım NƏSİBLİ

Türkiyə "KOÇ" Universitetinin 3-cü kurs tələbəsi

 

525-ci qəzet.- 2020.- 6 oktyabr.- S.16.