Milli Kitabxana "Qarabağ Azərbaycandır!" adlı virtual sərgi hazırlayıb

 

Qarabağın tarixini, mədəni irs nümunələrini təbliğ etmək məqsədilə Milli Kitabxana əməkdaşları tərəfindən "Qarabağ Azərbaycandır!" adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə Qarabağ haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Qarabağın tarixini, Qarabağ həqiqətlərini əks etdirən kitablar, məqalələr, mədəni irs nümunələri, görkəmli şəxsiyyətləri haqqında materiallar təqdim olunur.

Virtual sərgidə nümayiş olunan materiallar tam mətnləri ilə verilib.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_Azerbaycandir/index.htm linkindən istifadə edə bilərlər.

 

 

525-ci qəzet.- 2020.- 8 oktyabr.- S.16.