"İnsanın ən böyük evi Vətənidir"

 

KARİKATURAÇI RƏSSAM ŞƏHRİYAR SARICA: "VƏTƏNİNDƏ AXSAXLIQ OLAN İNSANIN XARAKTERİNDƏ DƏ AXSAQLIQ OLUR"

 

Karikaturaçılıq Azərbaycanda bir çox sahələr kimi, yeni deyə biləcəyimiz sənət növüdür. Dünyada isə 1700-cü illərə dayanan bir tarixi var. Karikatura - səhifələrlə yazıdakı fikirləri bir rəsmdə ifadə etməyi bacarmaqdır. Bunu bacaran insanlar da karikaturaçılardır.

 

Bu baxımdan, karikaturalar karma hissləri doğura bilən, güclü təsiri olan sənət növüdür. Bu gün ölkəmizdə bu sənət növü ilə məşğul olan insanlar az da olsa, var. Onlardan biri karikaturaçı rəssam Şəhriyar Sarıcadır.

 

Onunla söhbətimizdə karikaturanın cəmiyyətdəki önəmi, bu sahənin vətənpərvərlik məsələsindəki rolu digər məsələlərdən danışdıq.

 

Şəhriyar Sarıca ilə müsahibəmizi təqdim edirik.

 

***

 

- Şəhriyar bəy, özünüzü məhz karikaturaçılıqda ifadə etmək fikri, bu sahəyə maraq necə yaranıb sizdə?

 

- Əslində, bu, özünüifadə baxımından çox çətin sahədir. Təsəvvür edin ki, bir köşə yazarının üç min işarə ilə ifadə etmək istədiyi fikri siz 3-4 sözlə, yaxud da, ümumiyyətlə, sözsüz ifadə etməlisiniz. Bu baxımdan, karikaturaçılıq özünü ifadə üçün o qədər asan sahə deyil. Amma maraq olduqdan sonra insan hər şeyi edə bilir. Mən, ilk dəfə 29 yaşımdan karikatura çəkməyə başlamışam. O vaxta qədər isə bu işi görən insanları yaxından izləyirdim, müxtəlif karikatura dərgilərinə abunə idim. Nədənsə, bu mənə doğma gəlirdi. Amma o yaşa qədər bir yarpaq şəkli belə çəkməmişdim. 2015-ci ildə "Kirpi.info" saytı açıldı mən orda texniki işçi olaraq çalışmağa başladım. Bu saytda gənc karikaturaçıların işləri yayımlanırdı. Prosesi izlədikcə, fikirləşdim ki, mən bu işi edə bilərəm. Bu minvalla öz üzərimdə işləməyə başladım.

 

- Bildiyim qədəriylə, bu sahədə təhsil almamısınız. Bəs bu bacarıqlarınızı inkişaf etdirmək qədər vaxtınızı aldı?

 

- Bəli, bu sahə ilə bağlı heç bir akademik təhsilim olmayıb. Yalnız belə, axtarışlarla bu sənəti öyrənmişəm. İxtisasım inşaat işidir. O sahəni yoxladım gördüm ki, bu, mənlik deyil. Sonralar özümü bir çox sahədə yoxladım, qəzetlərdə köşələr yazırdım. Bu karikatura işində özümü yoxlamağa başlayanda gördüm ki, məndə alınır. Sadəcə, öz üzərimdə çox işlədim. Bir neçə alınan versiyaları ərsəyə gətirsəm , ilk vaxtlar bəyənilmədi. Yenə ruhdan düşmədim, gecə-gündüz bu işin üzərində çalışdım. Əsas odur ki, gördüyün işi sevəsən gördüyün işin fərqində olasan. Bunu dərk edib hiss edəndən sonra, digər texniki faktorlar da yavaş-yavaş düzəlir. Mən, ümumiyyətlə istedaddan çox, zəhmətə inanan adamam. ilə çox məşğul olursansa, o sahədə peşəkarlaşa bilərsən. Əsas o işə qoyduğun əməkdir ki, əziyyətini çəkdiyin heç bir ortada qalmır, deyə düşünürəm. Bu baxımdan, ilk karikaturamın sosial şəbəkədə bəyənilməsi 6-7 ay çəkdi. Mən bu işə başlayan vaxtdan bu günə qədər öz üzərimdə işləyirəm bunu ömrümün sonuna qədər davam etdirəcəyəm.

 

 

 

- Karikaturaçılıq sənəti yəqin insana bütün hallarda məsələlərə dramatik yox, yumoristik yöndən yanaşmağı da öyrədir?

 

- Hadisələrin yumor yaxud da dramatik olmasını elə hadisə özü seçir. Əlbəttə, siz yumoristik hadisəyə dramatik, dramatik hadisəyə yumoristik yanaşa bilərsiniz. Amma karikaturaçılıq mütləq gülməli olmaq məcburiyyəti daşımır. Bu işdə, əsasən qara yumor üstünlük təşkil edir. Məni ən çox bu cəlb edir. Amma karikaturalarla hər hansı məsələyə yanaşma şəkli adətən karikaturaçının öz ovqatından da asılı olur. Mənim fikrimcə, qara yumoru qədər yaxşı bilirsənsə, yumoru da o qədər yaxşı biləcəksən.

 

- Bu günlərdə Nikol Paşinyanla bağlı işləriniz xüsusilə maraq doğurur. Ümumiyyətlə, bu dönəm yaradıcılığınız vətənpərvərlik motivləri üzərində qurulub. Bu, içinizdən gələn haldır, yoxsa məhz gündəmi əks etdirmək üçün çəkirsiz?

 

- Əlbəttə, bugünkü gündəmimiz ağırdır. Nikol Paşinyanla bağlı  karikaturalar da bu gündəmə uyğundur. Amma bunlar səmimi, içdən gələn bir şeydir. Mən bütün səmimiyyətimi, istedadımı ortaya qoyaraq bunları yarada bilirəm. Hər halda oxucu da, o səmimiyyəti görə bildiyi üçün bu karikaturalar belə yayılır. Həm , burada işlədiyim yerin rolu var. "Kirpi.info" karikatura sahəsi üzrə ölkəmizdə ən böyük işləri görən saytdır. İstəsək , istəməsək , gündəm budur biz bunu işləməliyik. Amma bir var gündəmi sevə-sevə işləmək, bir var xətrinə işləmək. Bugünkü gündəmlə bağlı işlədiyim karikaturalar hamısı bütün səmimiyyətim bacarığımla əmək verdiyim işlərdir. Bu, boğazdan yuxarı vətənpərvərlik deyil. Vətənimdən söhbət gedirsə, mən bütün bacarığımı, əməyimi, əlimdən gələn hər şeyi ortaya qoymağa hazıram.

 

- İçinizdəki vətən sevgisi işinizdə əksini tapır. Sizcə, bu hal bütün sənət adamları üçün belə olmalıdır? İşinə vətən sevgisini qatmaq necə bir hissdir cəmiyyətdə öz əksini necə tapır?

 

- Bilirsiz, insanın vətəni yoxdursa, o, heç kimdir. Kişinin evi onun ən sonuncu yeri olmalıdır. Kişinin öz evindən öncə onun daha böyük evləri var. Onun ən böyük evi isə vətənidir. Düşünürəm ki, vətənini qoruya bilməyən, vətənində axsaxlıq olan kişinin xarakterində axsaqlıq olur. Bu, mənim şəxsi fikrimdir ola bilər bu sözlərim kiminsə xətrinə dəysin. Amma mən, gənclərə üzümü tutub deyirəm, vətən elə bir məfhumdur ki, onu bu coğrafiyadan başqa heç yerdə tapa bilməyəcəksiz. Yəni vətən anlayışı təkcə bir parça torpaq demək deyil, bura sizin doğmalarınızın, əzizlərinizin, sizi sevən sizin sevdiyiniz insanların birlikdə yaşadığı bir coğrafi məkandır.

 

 

 

Ölkədən kənarda vətənin haqqında hətta özünün bildiyin, qəbul etdiyin neqativ nəsə eşidəndə mütləq sənə pis təsir edir. Vətənimiz bizim namusumuz, qeyrətimizdir. Burda söhbət bayağı mənada yox, böyük mənada namusdan gedir. Vətən bütöv olmalıdır. Vətəni bütöv olan cəmiyyət bütöv olur.

 

Qaldı ki, sənətçilərin vətən sevgisinə, dünyanın hər yerində vətənpərvər sənətkarlar bu sevgilərinə öz əsərlərində böyük yer veriblər. Tarix boyu vətənini sevən, ən ağır savaşlarında iştirak edən o qədər yaradıcı insanlar olub ki. Hansı işi görürsünüz görün, əgər onun içinə səmimi vətən sevgisi qatırsınızsa, bu niyə pis olsun ki? Vətəndən böyük ola bilər ki, onu öz əsərlərinə daşımayasan?!

 

Qaldı ki, bu cür əsərlər, yaradıcılıq nümunələri cəmiyyətdə müsbət qarşılanır. Çünki vətənin əziyyətini ən çox xalqın orta aşağı təbəqəsi çəkir. Bu baxımdan, sənətkarların vətən sevgisini öz əsərlərində ifadə etmələrini xalq hamıdan yaxşı hiss edə bilir bunu çox gözəl qarşılayır.

 

- Karikaturalarızda əsasən gənc nəslə xitab edilir. Bu baxımdan, onlarda vətənpərvərliyin, milli mənlik şüurunun formalaşması üçün bu, effektiv üsul hesab oluna bilərmi?

 

- Bəli, karikaturalar gənc nəsilin marağını daha çox cəlb edir. Vermək istədiyiniz mesajda səmimisinizsə və doğru mesaj verirsinizsə, əlbəttə, bu mesajlar ünvanına çatır. Gənclər bunu gözəl anlayırlar və səmimi şəkildə atılan addım onlarda öz müsbət əksini tapır. Buna misal olaraq deyə bilərəm ki, biz 5 ildir "Kirpi.info"da animasiyalar hazırlayır, karikaturalar çəkirik. Hamısı da müsbət qarşılanır. Tanımadığımız yüzlərlə vətəndaşdan aldığımız mesajlar bunun bariz nümunəsidir.

 

Bilirsiniz ki, indi sürət çağındayıq. Sizin bir gəncə səhifələrlə mətn oxudaraq onu vətənpərvər ruha kökləməyiniz, bir filmlə, bir animasiya, musiqi, karikatura ilə bunu etməyinizdən daha çətindir. Gəncləri lap uşaq yaşlardan bu ruhda böyütmək lazımdır. Uşaqlara o yaşda ən güclü təsir üsulu milli, yerli uşaq filmləri, animasiyalar, cizgi filmləridir. Amma bizim uşaqlar bu gün başqa dillərdə, başqa xalqların çəkdiyi xarici cizgi filmlərinə baxaraq böyüyürlər. Bunun gələcəkdə fəsadları olacaq. Gələcəkdə onlardan böyük vətən sevgisi gözləmək çətin işdir. Buna görə də bu sahənin inkişaf etdirilməsi olduqca vacibdir. Öz animasiya şirkətlərimiz yaradılmalı, öz animatorlarımız olmalıdır. Öz yazarlarımızın əsərlərindən cizgi filmlər tərtib etməliyik. Bunu universitet səviyyəsində həll etmək lazımdır.

 

Natavan ABDULLA

 

525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.18.