Oljas Süleymenov: “Azərbaycan  rəğbət bəsləyirəmsə, bunu dərin səmimiyyətilə edirəm”

 

 

 

Qazaxıstanın və bütün türk dünyasının yaşayan əfsanəsi, tanınmış ictimai-siyasi xadim, diplomat, yazıçı, ölkəmizin “Dostluq” və “Şöhrət” ordenlərinin laueratı Oljas Süleymanov Azərbaycan Televiziyası vasitəsilə xalqımıza müraciət edib. O, bu tarixi günlərdə Azərbaycanla birlikdə olduğunu bəyan edib.

 

Cebhe.info xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyi yazıçının müraciətini yayıb.

 

Müraciətdə deyilir:

 

Bu günlərdə moskvalı bir jurnalist mənə sual ünvanlamışdı sualı da belə başlamışdı: “Siz təbii ki, Azərbaycanın tərəfini tutursunuz”. Mən cavabında dedim: Azərbaycan futbol komandası deyil ki, mən onun tərəfini tutum. Azərbaycan mənim üçün doğma ölkədir, qardaş xalqdır. Ona görə əgər bu möhtəşəm xalqa, respublikaya rəğbət bəsləyirəmsə, bunu dərin səmimiyyətimlə edirəm. Mən Bakıda, Gəncədə, Şuşada, Füzulidə bir sıra digər şəhərlərdə çox gözəl günlər keçirmişəm, hamısını gəzmişəm. Bu, sovet dövründə, gəzilməsi mümkün olan vaxtlarda baş vermişdi. Hazırda orada cərəyan edən hadisələrdən xəbərdaram. 30 ildir hamımız bu ağrı-acı ilə yaşayırdıq. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində başlayan faciələrlə kədərləndik. Həmin illərdə, 90-cı ilin Qara Yanvar hadisələrində mən oraya getmişdim.

 

İndi baş verənlər dünyanın nüfuzlu dövlətlərindən formalaşan Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir. Təəssüf ki, onlar 30 ildə heç etmədilər. Bu səbəbdən Azərbaycan özü öz torpaqlarınız azad etmək məcburuyyətində qaldı. Əlbəttə, Gəncəyə raket atıldığını eşidəndə çox narahat oldum. Bu, tamamilə qadağan olunmuş bir həmlədir əsl təxribatdır. Çünki şəhərlərə raketlə hücum etmək beynəlxalq hüquqla da yasaqlanıb. Ermənistan isə bu qaydanı kobudcasına pozub. Raket hücumu barədə əmri dövlətin ən yüksək rütbəli şəxsi verir. Yəqin ki, bu halda hücum əmrini Ermənistan prezidenti verib. Bu bizim hamımıza həqarətdir, hamımızın təhqir olunmağımızdır bizi üzür.

 

Amma sevindirici məqam ondan ibarətdir ki, hansısa rayonların, yaşayış məntəqələrinin işğaldan qurtarıldığı xəbərini alırıq. Eşitdim ki, Füzuli azad olunub. Bilmirəm, indi o hansı vəziyyətdədir, amma mən olduğum vaxtı çox füsünkar bir şəhər idi. Mən 30 ildir işğal altında qalan bütün 7 rayonun azad olunacağına inanıram. Ümid edirəm ki, Minsk qrupu da Azərbaycanın öz gücü ilə azad etməkdə olduğu mütləq azad edəcəyi vətən torpaqları uğrunda mübarizəsini təqdir edəcək dəstəkləyəcək. Doğma Azərbaycana uğurlar diləyir torpaqlarına sülh gəlməsini istəyirəm. Bunu çox arzulayıram. Mən Azərbaycan xalqına, Azərbaycana öz sevgimi, məhəbbətimi bildirir, sülh, əmin-amanlıq işıqlı günlər arzulayıram. Sağ olun!”

 

 

525-ci qəzet.- 2020.- 24 oktyabr.- S.7.