Dünya ədibləri ermənilərin Gəncə Bərdə terrorlarına dair bəyanat yayıb

 

 

 

ABŞ, Rusiya, Hindistan, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Şimalı Makedoniya, Moldova, İslandiya, İspaniya, İraq, Gürcüstan Azərbaycanın bir qrup tanınmış qələm adamı Ermənistan silahlı qüvvələrinin Gəncə Bərdədə törətdikləri terrorla bağlı bəyanat yayıb.

 

Bəyanatda deyilir:

 

"Biz, ayrı-ayrı ölkə ədəbi qurumu, media orqanını təmsil edən yazarlar, bütün dövrlərin böyük şairi Nizami Gəncəvinin doğma yurdu Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən ard-arda atəşə tutulmasından sonra bu dəfə mütəfəkkir şairin sevə-sevə vəsf etdiyi Bərdə şəhərinin qadağan olunmuş "Smerç" kaset raketləri ilə atəşə tutulmasından sarsılmışıq. Biz bununla bağlı öz narahatlığımızı, hiddətimizi bildiririk. Biz, qələm adamları çox narahatıq ki, döyüş bölgəsindən on kilometrlərlə uzaqda yerləşən Gəncə Bərdənin (eləcə digər yaşayış məntəqələrinin - Tərtər, Goranboy, Ağcabədi b.) səbəbsiz yerə ağır silahlardan atəşə tutulması nəticəsində ölənlər, yaralananlar var, xeyli mülki infrastruktur, dinc əhalinin evləri dağılıb. Rəsmi təsdiq olunmuş bilgilərə görə, sentyabrın 27-dən hazırkı vaxtadək dinc yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb. Ən dəhşətlisi, ölən yaralanan azərbaycanlıların bir hissəsi körpə, uşaq, qadın qocadır... Artıq heç bir təminat yoxdur ki, atılan mərmilərdən daha biri Nizami Gəncəvinin məqbərəsinə dəyməyəcək, bütün dövrlərin oxunan, öyrənilən mütəfəkkir şairinin ruhunu narahat etməyəcək. Hər günahsız insanın həyatını itirməsi haqq dünyasında olan şairlərin, yazarların ruhunu incidir, yaşayan şairlərin, yazarların həyatına əsərlərinə çökür... Biz istərdik, gələcək nəsillərə körpələrin, uşaqların, qadın qocaların günahsız ölümlərinin ağırlığını deyil, beynəlxalq ictimaiyyətin ədalətini ötürək. Dünyanı ədalət xilas edəcək! Biz, qələm adamları, Ermənistanı mülki əhalini hədəf almaqdan çəkindirmək üçün bütün dünya yazarlarını öz haqq səslərini qaldırmağa çağırırıq. Bu bəyanat qoşulmaq üçün açıqdır.

 

Əziz şairlər, yazıçılar, publisistlər! Sizə müraciət edirik! Ümidvarıq ki, sizlərin dünyanın dörd yanından ucalan səsiniz, ədalətli mövqeyiniz təcavüzkar üçün çəkindirici faktora çevriləcək. Biz bu bəyanatımızla BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 884 saylı qətnamələrin (nəhayət) yerinə yetirilməsinin həyati önəm daşıdığını bildiririk. Əgər dünyanın hər yerindən, dünyanın ən mötəbər təşkilatının qətnamələrinin yerinə yetirilməsi tələb edilsə, bu müsbət presedent yaradardı; qələmin, qələm adamlarının gücü görsənərdi; bəlkə daha kimsə təcavüzkarlığa, günahsız qan axıdılmasına həvəslənməzdi... Bir daha dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün həmkarlarımızı, böyük söz ustadlarının Vətəni olan Azərbaycanın günahsız körpə, uşaq, qadın qocaları daxil olmaqla, mülki şəxslərin öldürülməsinə qarşı öz sözü, qələmi, əsəri, kitabı ilə etiraz etməyə çağırırıq!"

 

525-ci qəzet.- 30 noyabr.- S.16.