Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən ordumuza dəstək

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sentyabrın 27-də Ermənistanın həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatlarının işğal edilmiş ərazilərin azad olunması ilə nəticələnəcəyinə əminliyini ifadə edir.

Mərkəzin əməkdaşlarının təşəbbüsü ilə əmək haqlarının bir hissəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.

Mərkəz Azərbaycanın tarix yazdığı bu günlərdə Ermənistanın təcavüzkarlıq aktı haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə yaradılan öz ətrafında nüfuzlu dünya liderlərini, sabiq dövlət başçılarını birləşdirən təşkilatdır. Mərkəzin həmsədrləri  Latviya Respublikasının sabiq Prezidenti Vaira Vike-Freiberqa İsgəndəriyyə Kitabxanasının (Misir) direktoru İsmayıl Seragəldindir.

 

525-ci qəzet.- 2020.- 8 oktyabr.- S.16.