"Qarabağ - mədəniyyətimizin
beşiyi" layihəsi davam
edir
Ermənistanın Azərbaycana qarşı
təcavüzü nəticəsində
işğal edilmiş
ərazilərdə dağıdılan,
talan edilən mədəniyyət ocaqları,
abidələr, tarixi-memarlıq
nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda
saxtalaşdırmaya və
mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı
həqiqətlərin beynəlxalq
səviyyədə ictimailəşdirilməsi
məqsədilə Mədəniyyət
Nazirliyi tərəfindən
"Qarabağ - mədəniyyətimizin
beşiyi" adlı
layihə davam edir.
Layihə
çərçivəsində növbəti material Şuşa qalasına
həsr edilib. Şuşa qalası - Azərbaycanın Şuşa şəhərini
əhatə edən qala divarlarıdır. Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz
coğrafi mövqeyini
nəzərə alaraq
1753-cü ildə Şuşa qalasının
bərpa edilməsi haqqında qərar verir və Qarabağ
xanlığının mərkəzi
bura köçürülür.
Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad
adlandırılır. Şuşa qalası Azərbaycan memarlığının ən
gözəl incilərindən
biridir. Qala Arran memarlıq
məktəbi üslubunda
inşa edilib. Qalanın üç qapısı
var. Onlardan Gəncə
qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə
seçilir. Qala dairəvi
mühafizə bürclərinə
malikdir. Qala yaxınlığında
qalanı xarici aləmlə əlaqələndirən
yüksək memarlıq
keyfiyyətləri olan
körpü də inşa edilib ki, bu körpü
də Qala körpüsü kimi tanınır.
Qeyd edək
ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli
və dünya ictimaiyyətinin diqqətinə
çatdırılması üçün hazırlanan
məlumatların müxtəlif
dillərdə qlobal
internet məkanında, o cümlədən,
sosial şəbəkələrdə
yayılması nəzərdə
tutulur.
525-ci qəzet.- 2020.- 9 oktyabr.- S.16.