Ədəbiyyat İnstitutu "Horizon 2020" proqramı üzrə layihənin qalibi olub

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Avropa Birliyinin tədqiqat innovasiya proqramı olan "Horizon 2020" üzrə layihənin qalibidir.

Xatırladaq ki, "Horizon 2020" proqramı üzrə ölkəmizdə hazırda 12 layihə işlənilir. O cümlədən, Elmlər Akademiyasının Molekulyar Biologiya, Genetika, Astrofizika, Kataliz Qeyri-üzvi Kimya, Arxeologiya Coğrafiya institutlarının altı layihəsi bu proqramın qalibi olub.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qazandığı layihə "Horizon 2020" proqramının Erazmus plyus layihəsinə aiddir. Layihə Ədəbiyyat İnstitutu Polşanın Byalıstok Universiteti ilə birgə həyata keçiriləcək.

Layihə tələbələrin doktorantların mobilliyi, tədqiqatçı-doktorantlar, elmi rəhbərlər tərəfindən yeni təcrübələrin əldə edilməsi elmi-metodiki rəhbərliyin təmin olunması ilə bağlıdır. Layihə çərçivəsində Polşanın Byalıstok Universitetinin doktorantları onların elmi rəhbərlərinin Azərbaycana, Ədəbiyyat İnstitutuna, Ədəbiyyat İnstitutunun magistrantları doktorantları, eləcə alimlərinin Polşaya, Byalıstok Universitetinə ezam olunmaları, orada dil ədəbiyyat haqqında məruzələrin oxunması, elmi seminarların konfransların keçirilməsi nəzərdə tutulur.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2021-2022-ci illərdə həyata keçirilməsi nəzərdə tutulan bu layihə Azərbaycan-Polşa elmi əlaqələrinin əhəmiyyətli bir səhifəsi olacaq.

 

525-ci qəzet.- 2020.- 9 oktyabr.- S.16.