"Əhmədiyyə Cəbrayılov - 100" elektron məlumat bazası hazırlanıb

 

Sentyabrın 22-də Azərbaycan xalqının igid övladı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycan Prezidentinin "Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən "Əhmədiyyə Cəbrayılov - 100" adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazası rəsmi sənəd, əfsanələşən partizan ömrü, mükafatları, haqqında nəşrlər, xatirəsinin əbədiləşdirilməsi, fotoqalereya videoqalereya bölmələrindən ibarətdir. Elektron məlumat bazasındakı resurslar tam mətni ilə təqdim olunur.

 

525-ci qəzet.- 2020.- 23 sentyabr.- S.20.