Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri

 

Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə ilk addımları atmasından artıq yüz ildən artıq vaxt keçir. XX əsr mövcud imperiyaların dağılmasını, Azərbaycanın Müsəlman Şərqində ilk respublika formasında  dövlət müstəqilliyinin bərpa edilməsini onu əhatə edən dövlətlərlə qısa müddətdə diplomatik münasibətlər qurmasını özündə ehtiva edən inanılmaz dərəcədə sürətli bir əsr olub.

Lakin təəssüf ki, bu müstəqilliyin ömrü çöx da uzun sürmədi. 1920-ci ilin aprelində Sovet-bolşevik rejimi beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanı işğal etdi, nəticədə ölkə müstəqilliyini itirdi   Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik münasibətlərinə son qoyuldu.

Yalnız yetmiş il SSRİ-nin tərkibində olandan sonra yeni bir tarixi nailiyyət - 1991-ci ildə Azərbaycan Respublikası yenidən öz dövlət müstəqilliyinin bərpa etdi. Artıq otuz ildir ki, Azərbaycan bu bölgədə bütövlükdə dünyada öz mövqelərini davamlı olaraq möhkəmləndirir inkişaf edir.

Azərbaycan diplomatiyasının bir əsrlik fəaliyyət yolunu daha aydın təsəvvür etmək üçün hələ Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, Polşa, Ukrayna, Gürcüstan digər ölkələrin Bakıdakı diplomatik nümayəndəliklərinin fəaliyyət göstərdiyini xatırlatmaq yerinə düşər. AXC hökumətinin öz növbəsində Paris Sülh Konfransındakı nümayəndə heyətini nəzərə almasaq, xarici ölkələrdə diplomatik konsulluq nümayəndəlikləri fəaliyyət göstərirdi.

Bu materialda AXC hakimiyyəti dövründə xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz haqqında bəzi məlumatlar vermək istəyirik. Eyni zamanda, bu diplomatik nümayəndəliklərin fəaliyyəti barədə müfəssəl məlumat verilməsinə iddia etmədən biz həmin dövrdə fəaliyyət göstərmiş diplomatik nümayəndəliklərin rəhbərləri haqqında, həmçinin, Azərbaycanın xarici dövlətlərlə iqtisadi, beynəlxalq münasibətləri mədəni əlaqələri barədə bəzi məlumatlar verməyə çalışacağıq.

 

(Əvvəli ötən sayımızda)

 

Gürcüstan

 

Azərbaycan Xalq Cümhuriyyətinin  sənaye ticarət naziri, hüquqşünas, alim Məmməd Yusif Cəfərov birinci hökumətin istefaya getməsi ilə bağlı işdən çıxmış, sonra isə 1918-ci ilin iyun ayının axırlarından 1919-cu ilin martın ortalarına kimi Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasında diplomatik nümayəndəsi olmuşdur.

O, bu vəzifədə Azərbaycan Gürcüstan hökumətləri arasında dostluq əlaqələrinin yaradılmasında, keçmiş Zaqafqaziya Demokratik Federativ Respublikasının əmlakının bölüşdürülməsində, Gürcüstanın hökumət Avropa ölkələri nümayəndələri ilə söhbət görüşlərdə, Azərbaycan, Gürcüstan Dağlılar respublikalarının nümayəndələrinin Tiflis şəhərində keçirilmiş Zaqafqaziya konfransında yaxından iştirak etmiş Azərbaycanla Gürcüstan arasında əlavə müvəqqəti kağız pul buraxılması haqqında müqaviləni imzalamışdır.

M.Cəfərov Azərbaycan Xalq Cümhuriyyəti işğal edildikdən sonra Azərbaycanın pambıqçılıq şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. O,1938-ci il mayın 15-də Bakıda vəfat etmiş Şağan kəndində dəfn olunmuşdur. KİV materiallarından bəlli olur ki, M.Cəfərovun qardaşı qızı hazırda sağdır Finlandiyada yaşayır.

1919-cu il aprelin 14-də Xarici İşlər naziri təyin olunan Məmməd Yusif Cəfərovun yerinə Faris bəy İbrahim ağa oğlu Vəkilov Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinə rəhbərlik etmişdir. F.Vəkilov 1886-cı ildə Tiflisdə anadan olmuşdur. Peterburq Texnologiya İnstitutunu bitirib. 1917-ci ilədək Petroqraddakı Putilov "Feniks" zavodlarınun baş mühəndisi, həmin ildən isə Tiflisdə Qafqaz Su Təsərrüfatı idarəsində işləmişdir. Rus, gürcü, türk, fransız dillərini mükəmməl bilirdi.

Faris bəy Azərbaycan-Gürcüstan əlaqələrinin qurulmasında mühüm rol oynamış, bəzi qərb ölkələrinin nümayəndələri ilə görüşlər keçirərək, Azərbaycan hökuməti adından bir sıra mühüm sənədləri imzalamışdır.

F.Vəkilov bolşevik təhlükəsi qarşısında müdafiə bacarığını gücləndirmək üçün Böyük Britaniyanın təsiri ilə Qafqaz respublikaları arasındakı münaqişələrə son qoymağa çalışırdı. Bu məqsədlə 1920-ci il fevral 23-də Britaniyanın Zaqafqaziyadakı ali komissarı Oliver Uordropun Tiflisdəki Fransa nümayəndəsinin iştirakı ilə müşavirə keçirilmişdi. Bu görüşdə Azərbaycanı Gürcüstandakı diplomatik nümayəndə Fariz bəy Vəkilov Ermənistandakı diplomatik nümayəndə Əbdürrəhim bəy Haqverdiyev təmsil edirdilər.

Sovet hakimiyyəti qurulduqdan sonra ixtisasını təkmilləşdirmək üçün Parisdəki "Reno" zavoduna göndərilmiş   həyat yoldaşı Liya Mirkazım qızı Vəkilova (Talışinskaya) ilə birgə orada yaşamışdır. 1927-ci ildə Bakıya dönüb o zamankı Şmidt zavodunda işləyib. 1942-də repressiyaya məruz qalaraq Karaqanda, Maqadan Sibirdə 18 il məşəqqətli sürgün ömrü yaşayıb. Faris bəy Vəkilov 1978-ci ildə Bakıda vəfat etmişdir.

AXC Hökumətinin 10 noyabr 1918-ci il tarixli Qərarı ilə Qori Müəllimlər Seminariyasının məzunu Mahmud bəy Əfəndiyev Azərbaycan hökumətinin Batumidə nümayəndəsi - Baş konsulu təyin edilmişdi.

Konsulluğun işini gücləndirmək məqsədilə M.Əfəndiyev yanvar ayının ortalarında 1919-cu  il  üçün  xərclər  smetasını  hazırlayıb  xarici  işlər  nazirliyinə  göndərdi.  O, doktor  Əziz  bəy  Qədimbəyovun  konsulluqda  katib  vəzifəsinə  qəbul  edilməsini, Səfvət  Ağayevin  isə  kargüzarlıq  işlərinə  rəhbərlik  etməsini  xahiş  edirdi. M.Əfəndiyev  diplomatik  işə  cəlb  edilən  hər  iki  şəxsi  yaxşı  tanıdığını  onların yüksək  mənəvi  keyfiyyətlərə  malik  vətənpərvər,  öz  millətinə  sədaqətli  olan adamlar kimi dəyərləndirirdi.

Aşağıda AXC Hökumətinin Azərbaycanın diplomatik nümayəndəliklərinin Tiflisdə Batumidə fəaliyyətləri ilə bağlı bəzi qərarları barədə məlumat verəcəyik. Belə ki, Hökumətin 12 iyul 1918-ci il tarixli Qərarı ilə Azərbaycanın Gürcüstan Respublikasındakı diplomatik nümayəndəliyinin ştatları təsdiq edilmiş, 8 aprel 1918-ci ildə isə podpolkovnik Məmməd bəy Əliyev Tiflisdəki diplomatik nümayəndəliyin hərbi attaşesi təyin olunmuşdu. 26 may 1918-ci ildə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinin nəzdində Maliyyə Nazirliyinin Agentliyinin yaradılması haqqında qərar qəbul edilmişdir. 25 avqust 1918-ci ildə isə Azərbaycan Dövlət Bankının müxbir bölməsinin vəzifəsi həmin Agentliyə həvalə olunmuşdu.

10 may 1919-cu ildə Hökumətin qərarı ilə Batumidəki türk məktəbinin saxlanması xərcləri üçün 10 min rubl vəsait Azərbaycan konsulunun sərəncamına verilmişdi. 27 sentyabr 1919-cu ildə Konsulluqda ticarət şöbəsi təsis edilir. 18 oktyabr 1919-cu ildə Azərbaycan Dövlət Bankının müxbir bölməsinin vəzifəsi Batumidəki Baş konsulluğa həvalə olunur, oktyabrın 22-də isə Konsulluqda Azərbaycanın Maliyyə Nazirliyinin nümayəndəliyi yaradılır.

Xalq Cümhuriyyəti dövründə Gürcüstanda işləmiş diplomatlar:

Əliyev Məmməd - 1919-cu ildən diplomatik nümayəndəlikdə hərbi attaşe, podpolkovnik;

Xuramoviç İsmayıl bəy - 1919-cu ilin iyul ayının 7-dən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi dəftərxanasının direktoru. 1919-cu ilin avqust ayının 12-dən eyni zamanda informasiya bürosuna başçılıq etmiş, 1920-ci ilin aprel ayının 1-dən Gürcüstandakı diplomatik nümayəndəliyin müşaviri vəzifəsinə təyin edilmişdir;

Nəcəfov Rzaqulu - 1920-ci ilin mart ayının 1-dən diplomatik nümayəndəlikdə konsulluq şöbəsinin rəisi;

Talışinski - 1919-cu ildən diplomatik nümayəndəliyin ikinci katibi;

Vəkilov Mustafa ağa Məmməd ağa oğlu - nümayəndəliyin tərcüməçisi.

Xalq Cümhuriyyəti dövründə Batumidəki Baş konsuluqda işləmiş diplomatlar:

Ağayev Səfər ağa - 1920-ci ilin yanvar ayının 1-dən baş konsulluğun katibi;

Qədimbəyov Əziz bəy - 1919-cu ildən konsulluğun katibi;

Sübhanverdixanov Abdulla bəy - 1918-ci ilin iyul ayının 26-dan Azərbaycan Xarici İşlər Nazirliyinin katibi olmuşdur. 1919-cu ilin yanvar ayının 1-dən fevral ayının 1-nə qədər nazirliyin dəftərxanasının direktoru vəzifəsini icra etmişdir. 1919-cu ilin oktyabr ayının 22-dən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin diplomatik şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 1920-ci ildə Azərbaycan Respublikasının Batumi şəhərində vitse-konsulu vəzifəsinə təyin edilmişdir.

 

(Ardı var)

 

Rövşən AĞAYEV

 

525-ci qəzet.- 2020.- 24 sentyabr.- S.8.