Əhmədiyyə Cəbrayılov haqqında videosərgi hazırlanıb   

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Prezident İlham Əliyevinhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında" imzaladığı Sərəncamına uyğun olaraq İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədarhmədiyyə Cəbrayılov - 100" adlı 42 slayddan ibarət videosərgi hazırlayıb.

İdarədən bildirilib ki, videosərginin hazırlanmasında məqsəd xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqda layiqincə yaşatmış Ə.Cəbrayılovun rəşadətli döyüş yolunu bir örnək olaraq gənc nəslin diqqətinə çatdırmaqdır.

Əhmədiyyə Cəbrayılov İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı olub, "Armed Mişel", "Ryus Armed", "Xarqo" başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərib Fransanın orden medalları, o cümlədən, "Hərbi medal"la təltif olunub.

Videosərgidə Prezident İlham Əliyevin məlum Sərəncamı, əfsanəvi partizan Ə.Cəbrayılovun həyat rəşadətli döyüş yolunu əhatə edən biblioqrafiyası xronoloji ardıcıllıqla verilib, döyüş xronikasından fotoşəkillər, hərbi sənədlərin fotosurətləri, haqqında yazılmış sənədli bədii əsərlər, monoqrafik əsərlər, dövri mətbuatda haqqında dərc edilmiş məqalələr, ev-muzeyindən fraqmentlər, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yaradılmış Vikipediya haqqında məlumat, adının əbədiləşdirilməsi məqsədilə Fransada ucaldılmış xatirə-abidənin şəkli hər bir slayda aid məlumatlar nümayiş etdirilib.

 

525-ci qəzet.- 2020.- 25 sentyabr.- S.9.