Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri

 

Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə ilk addımları atmasından artıq yüz ildən artıq vaxt keçir. XX əsr mövcud imperiyaların dağılmasını, Azərbaycanın Müsəlman Şərqində ilk respublika formasında  dövlət müstəqilliyinin bərpa edilməsini onu əhatə edən dövlətlərlə qısa müddətdə diplomatik münasibətlər qurmasını özündə ehtiva edən inanılmaz dərəcədə sürətli bir əsr olub.

Lakin təəssüf ki, bu müstəqilliyin ömrü çöx da uzun sürmədi. 1920-ci ilin aprelində Sovet-bolşevik rejimi beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanı işğal etdi, nəticədə ölkə müstəqilliyini itirdi   Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik münasibətlərinə son qoyuldu.

Yalnız yetmiş il SSRİ-nin tərkibində olandan sonra yeni bir tarixi nailiyyət - 1991-ci ildə Azərbaycan Respublikası yenidən öz dövlət müstəqilliyinin bərpa etdi. Artıq otuz ildir ki, Azərbaycan bu bölgədə bütövlükdə dünyada öz mövqelərini davamlı olaraq möhkəmləndirir inkişaf edir.

Azərbaycan diplomatiyasının bir əsrlik fəaliyyət yolunu daha aydın təsəvvür etmək üçün hələ Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, Polşa, Ukrayna, Gürcüstan digər ölkələrin Bakıdakı diplomatik nümayəndəliklərinin fəaliyyət göstərdiyini xatırlatmaq yerinə düşər. AXC hökumətinin öz növbəsində Paris Sülh Konfransındakı nümayəndə heyətini nəzərə almasaq, xarici ölkələrdə diplomatik konsulluq nümayəndəlikləri fəaliyyət göstərirdi.

Bu materialda AXC hakimiyyəti dövründə xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz haqqında bəzi məlumatlar vermək istəyirik. Eyni zamanda, bu diplomatik nümayəndəliklərin fəaliyyəti barədə müfəssəl məlumat verilməsinə iddia etmədən biz həmin dövrdə fəaliyyət göstərmiş diplomatik nümayəndəliklərin rəhbərləri haqqında, həmçinin, Azərbaycanın xarici dövlətlərlə iqtisadi, beynəlxalq münasibətləri mədəni əlaqələri barədə bəzi məlumatlar verməyə çalışacağıq.

 

(Əvvəli ötən saylarımızda)

 

İran

 

1919-cu ilin mart ayında Xarici İşlər Nazirliyi tərəfindən Tehrana danışıqlar aparmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü, diplomat İsmayıl xan Ziyadxanov başda olmaqla fövqəladə səlahiyyətli missiya göndərmək məsələsinə baxılmışdır.

İsmayıl xan Ziyadxanov 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Moskva Universitetinin Hüquq fakültəsini müvəffəqiyyətlə bitirdikdən sonra Tiflis dairə məhkəməsində prokuror müavini vəzifəsində işə başlayıb. İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil olub. İsmayıl xan onun kiçik qardaşı - Azərbaycanın görkəmli dövlət xadimi, alimi diplomatı Adil xan İranda hakimiyyətdə olan Qacarlarla qohumluq əlaqəsinə malik idilər, həm böyük nüfuzları var idi.

Bunu nəzərə alaraq 1919-cu ilin yazında İran hökuməti ilə danışıqlar aparmaq üçün İsmayıl xan Ziyadxanovun  başçılıq etdiyi nümayəndə heyəti Tehrana səfər etmişdi. Nümayəndə heyətinə Azərbaycan hökuməti adından İranın Bakıda Gəncədə, Azərbaycanın isə Tehranda, Təbrizdə, Rəştdə Məşhəddə diplomatik nümayəndəliklərinin açılması məsələsini, İranla Azərbaycan arasında ticarət, poçt-teleqraf, gömrük, su, dəmir avtomobil yolları ilə əlaqələr yaradılması haqqında müqavilələrin əsas prinsiplərini, sərhəd xəttinin qorunması üçün birgə tədbirlər görülməsini müzakirə etmək səlahiyyəti verilmişdi.

Sənədlər məcmusunda bildirilir ki, nümayəndə heyətinin üzvləri iki ölkə arasında yaxşı iqtisadi-siyasi əlaqələr qurulması üçün İranın rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirmişdir. Danışıqların müzakirələrin nəticəsi olaraq 1919-cu ilin avqust ayının 1-də 14 maddəlik bir müqavilə imzalandı. Bu missiyanın fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyi İranın bir sıra məntəqələrində konsulluqların açılması razılaşdırıldı.

Azərbaycan Rusiyanın XI ordusu tərəfindən işğal edildikdən sonra İsmayıl xan Ziyadxanov hərbi səhra məhkəməsi tərəfindən güllələnmişdir.

1919-cu ilin avqust ayının 1-də Adil xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı səfiri kimi təyin edilsə , İrana yalnız 1920-ci ilin 15 yanvarında gedib çıxa bildi.

A.Ziyadxanov  İranda yaşayan azərbaycanlıların mədəni təhsil məsələlərinə xüsusi diqqət yetirirdi. 1920-ci ilin əvvəllərində Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanladığı məktubda diplomatik nümayəndəlik tərəfindən bir xeyriyyə cəmiyyətinin yaradılması, dul qadınlara yetimlərə kömək edilməsi, məktəblərin açılması, Azərbaycan dilində qəzet çıxarılması digər məsələlərin həll edilməsi məqsədləri üçün maliyyə qaynaqlarına ehtiyac olduğunu yazmışdı. O, həmçinin, Naxçıvandan olan qaçqınlara yardım göstərilməsində, İran ermənilərinin Naxçıvana hücumlarının qarşısının alınmasında da fəal çalışırdı.

Burada qeyd etmək lazımdır ki, Adil xan Ziyadxanov Avropa Şərq dillərini əla bilib. 1908-də Şərqi Qərbi Avropa ölkələrinə səyahət edib gördüklərini "Avropada üç aylıq bir səyahətim" adı ilə Gəncədə nəşr etdirmişdir (1909). 1919-cu ildə Bakıda nəşr edilmiş "Azərbaycan: tarixi, ədəbi siyasi vəziyyəti" adlı kitabının üç min nüsxəsi qısa müddətdə İranda olan Azərbaycan konsulluğu tərəfindən pulsuz yayılmışdı.

20 mart 1920-ci ildə İran Azərbaycan hökumətləri arasında "Dostluq haqqında müqavilə" imzalandı. Bu müqavilə İran tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasını, həmçinin, tərəflər arasında ticarət gömrük, konsulluq, poçt, teleqraf bəzi digər konvensiyaların bağlanmasını diplomatik nümayəndələrin mübadiləsini nəzərdə tuturdu. Lakin bir ay sonra Rusiyanın XI Qırmızı Ordusunun hissələri Azərbaycanın sərhədlərini keçərək burada Sovet hakimiyyətini qurdular başlanan işləri yarımçıq dayandırdılar.

Cümhuriyyət süquta uğradıqdan sonra A.Ziyadxanov Bakıya qayıtmayaraq Tehranda qalıb. 22 iyun 1921-də sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırıb. Bundan sonra Tehran bələdiyyə idarəsində Sosial Təminat  Nazirliyində, Təbrizdə dəmiryolu gəmiçilik idarəsində müxtəlif vəzifələrdə çalışıb. 1934-də Türkiyəyə köçdükdən sonra buradakı azərbaycanlı mühacirlərlə yaxın münasibətdə olmuşdur. Burada yaşayarkən onun Azərbaycan haqqında əsər yazmışdır. Həmin əsər 1993-cü ildə Vilayət Quliyevin ön sözü ilə "Şuşa" nəşriyyatı tərəfindən "Azərbaycan" adı ilə nəşr edilmişdir. Həyatının Türkiyə dövründə İstanbul Universitetində hüquq fənnini tədris etmişdir. Adil xan Ziyadxanov 1954-cü ildə Istanbulda vəfat edib.

Aşağıda AXC hökumətinin İrandakı diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı bəzi qərarları barədə məlumat verilmişdir. Beləliklə, Hökumətin 1 avqust 1918-ci il tarixli Qərarı ilə Tehran şəhərində Azərbaycanın diplomatik nümayəndəliyi yaradıldı Xarici İşlər Nazirliyinin əməkdaşı  Adil xan Ziyadxanov Azərbaycanın diplomatik nümayəndəsi təyin edildi. 4 oktyabr 1919-cu ildə İranla bağlanacaq müqavilə layihələrinin hazırlanmasına dair Qərar qəbul edildi. 1920-ci il fevralın 4-də Ənzəli şəhərində vitse-konsulluğun yaradılması barədə, fevralın 25-də isə Ənzəli şəhərindəki vitse-konsulluğa avadanlıqların alınması üçün əlavə vəsait ayrılması barədə qərarlar qəbul edilmişdi.

Bununla yanaşı, 1920-ci il aprelin 1-də Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Məşhəddə vitse-konsulluq, Xoy Əhərdə konsul agentlikləri yaradılmışdır.

Xalq Cümhuriyyəti dövründə İranda işləmiş diplomatlar:

Babayev Qulam Rza oğlu - 1919-cu ilin noyabr ayının 21-dən Azərbaycan Xalq Cümhuriyyətinin İran hökuməti yanında diplomatik nümayəndəliyinin əməkdaşı;

İsrafilov Müslüm bəy - 1920-ci ilin aprel ayının 1-dən AXC-nin İrandakı diplomatik nümayəndəliyinin birinci katibi;

Məşədi Aslan - 1920-ci ildən  nümayəndəliyin əməkdaşı;

Mirzə Ələkbər xan - 1920-ci ildən nümayəndəliyin ikinci katibi;

Mirzə İbrahim xan - 1920-ci ildən nümayəndəliyin katibi;

Nerbalyo İvan -  nümayəndəliyin kargüzarı, sürücüsü;

Racavan Cabbar bəy - 20 noyabr 1919-cu ildən nümayəndəliyin kargüzarı;

Rudzinski Myaaçeslav Stanislavoviç - 6 noyabr 1919-cu ildən nümayəndəliyin katibi, ümumi şöbənin rəisi;

Sadıqov Ələkbər - 1919-cu ilin oktyabr ayının 7-dən nümayəndəliyin müşaviri, 1920-ci ildən isə nümayəndənin müavini;

Şirinli Cəlal - kargüzar əvəzi;

Şirinli Camal  - dəftərxana xidmətçisi;

Şükürov Ehtiyac - 17 dekabr 1919-cu ildən nümayəndəliyin kargüzarı;

Yusif xan - 1920-ci ildən nümayəndəliyin təsərrüfat müdiri.

Eyni zamanda, Gəraybəyov Ağalar bəy 1920-ci ilin fevral ayının 25-dən Ənzəlidəki vitse-konsulluqda katib, Xəlilov Məmməd bəy 1920-ci ilin fevral ayının 1-dən Ənzəli şəhərinə vitse-konsul təyin edilmiş, Qasım bəy Camalbəyov isə Təbrizdə ilk konsul  olmuşdur.

 

(Ardı var)

 

Rövşən AĞAYEV

 

525-ci qəzet.- 2020.- 25 sentyabr.- S.6.