Yunus OğuzunÇingiz xanromanı çapdan çıxdı

 

 

Tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus Oğuzun yeni tarixi romanı çap edilib.

 

Yazıçının bu dəfəki romanı Böyük Monqol İmperiyasının banisi Çingiz xana həsr olunub. Romanda Çingiz xanın həyatı, keçdiyi döyüş yolu, yaratdığı imperiyanın dünyaya necə səs-soraq salması, eləcə Çingiz xana qarşı müttəfiqlik edən qüvvələr barədə oxucular ətraflı məlumat əldə edə bilərlər.

 

NOCOMMENT.az xəbər verir ki, “Xanmətbəəsində işıq üzü görənÇingiz xanadlı kitaba ön sözü akademik Nizami Cəfərov yazıb.

 

Qeyd edək ki, bundan əvvəl Yunus Oğuz Əmir Teymur, Nadir şah, Təhmasib şah digər tarixi qəhrəmanlar, sərkərdələr barədə tarixi romanlar yazıb. Yazıçının əsərləri dünyanın bir sıra ölkələrində nəşr olunub. Ümumilikdə Yunus Oğuzun 23 ölkədə 47 kitabı dərc edilib.

 

525 ci qəzet.-2020.- 4 sentyabr.-  S.-9.