Azərbaycanlı alim Beynəlxalq Təbiətşünaslıq Akademiyasının
fəxri doktoru seçilib
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan
Bölməsinin Təbii
Ehtiyatlar İnstitutunun
hidrogeologiya və mineral sular laboratoriyasının
müdiri, dosent Fizzə Məmmədova Beynəlxalq Təbiətşünaslıq
Akademiyasının Fəxri
doktoru diplomunu alıb.
Bölmədən bildirilib ki,
Rusiya Təbiətşünaslıq
Akademiyasının 25 illiyinə
həsr olunan 8 mərhələli yubiley sessiyasının vəsatəti
ilə akademiyanın nəşrlərində, konfrans,
sərgi və müsabiqələrində fəal
iştirak edən 10 alimə Beynəlxalq Təbiətşünaslıq
Akademiyasının Fəxri
doktor adı verilib.
F.Məmmədova elm sahəsindəki xidmətlərinə, sözügedən
elmi qurum ilə əlaqələrin
inkişafındakı fəaliyyətinə
görə bu ada layiq görülüb.
Qeyd edək
ki, alim Fiziki kimya ixtisası
üzrə 216 elmi əsərin, 100-dən artıq
elmi publisistik məqalənin, o cümlədən
8 şadətnamənin, müəlliflik
şadətnaməsinin,1 patentin, 3 monoqrafiyanın və 2 qrant layihəsinin müəllifidir. Onun çoxsaylı elmi əsərləri rus və ingilis dillərində nüfuzlu
impakt faktorlu jurnallarda dərc olunub.
525-ci qəzet.- 2020.-
5 sentyabr.- S.13.