Arxeoloji ekspedisiyalar
Qərb bölgəsində
tədqiqatlar aparır
SAMUX VƏ NAFTALAN
ƏRAZİLƏRİNDƏ ÇOXTƏBƏQƏLİ
YAŞAYIŞ MƏSKƏNLƏRİ AŞKARLANIB
Arxeoloji ekspedisiyalar Qərb bölgəsində
tədqiqatlar aparır<b style="color:red"></b>
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun
ölkənin ayrı-ayrı
bölgələrində tədqiqat
aparan ekspedisiyaları
bu mövsümdə də daha bir
neçə əhəmiyyətli
elmi nəticələr
əldə ediblər.
Samux rayonu ərazisində indiyədək
qeydiyyata alınmamış
qədim yaşayış
məskəninin aşkarlanması
da onlardan biridir. Belə qədim
yaşayış yerlərindən
biri də Samux rayonunun Qədili kəndi ərazisində aşkarlanıb.
Üçtəpə adlanan bu qədim yaşayış
məskəni, elə
adından məlum olduğu kimi, 3 təpədən ibarət
olub, təxminən 3 hektar ərazini əhatə edir. Bir-birindən 7-10 metr məsafədə qərar
tutan təpələr dərin
yarğanlarla ayrılır.
Təxminən 50 metr hündürlüyə malik təpələr
Quşqara çayının
dərin yataqları ilə əhatə olunub, həmçinin, Kür çayı da onların yaxınlığından axır.
Gəncə-Samux ekspedisiyanın rəhbəri,
tarix elmləri doktoru, professor Arif Məmmədov qeyd edir ki, yaşayış
məskəni çoxtəbəqəli,
yəni özündəki
qatları ilə bir neçə mədəni dövrü əhatə edən yaşayış yeridir.
"Alt təbəqədə qədim qəbiristanlıq
yerləşir, üst
təbəqə isə
ilk orta əsrlərə
aiddir ki, bunun da araşdırılmasında
əldə olunan ən böyük tapıntı qala divarlarının yerinin müəyyənləşdirilməsi və onun üzə
çıxarılmasıdır. Bundan başqa, burada həmin dövrdə yaşayan insanların təsərrüfat
həyatını əks
etdirən xeyli sayda maddi mədəniyyət
qalıqları - ərazidə
yaşayan insanların
həm maldarlıq və həm də əkinçiliklə
məşğuliyyətinə aiddir", - deyə o bildirir.
Arif Məmmədovun
sözlərinə görə,
hələlik qazıntılar
ilk üst qatda aparılır. Daha dərin qatda
qazıntı işləri
aparılan zaman əldə oluna biləcək tapıntılar
bu məskənin əski yaşlarını
müəyyən etməyə
imkan verəcək.
Aşkar
olunan yaşayış
məskəni haqda Mədəniyyət
və Turizm Nazirliyinə xəbər verilib, ərazi nazirlik tərəfindən
qeydiyyata alınıb.
Arxeoloqlarımızın daha bir elmi ekspedisiyası
Naftalan yaxınlığında uğurlu
tapıntılar əldə
edib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik
etdiyi Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən aparılan
arxeoloji qazıntılar
zamanı Naftalan şəhəri yaxınlığında
Qaşaltı-Qaraqoyunlu kəndi
ərazisində daha bir çoxtəbəqəli
yaşayış yeri
aşkar edilib. Yaşayış yeri 10 metrdən artıq hündürlüyü olan
təpəni və onun ətrafında ümumən 5 hektara yaxın ərazini əhatə edir..
Yaşayış yeri təpənin demək olar ki, bütün ərazisini əhatə edib. Abidənin əsas
təbəqəsi eneolit
(eramızdan əvvəl 6-4-cü əsrlər) dövrünə
aiddir. Bu dövrə
aid mədəni təbəqənin
qalınlığı 2 metrdən
artıqdır.
"Eneolit dövrünə
aid təbəqədən e.ə.
5-ci minilliyə aid düzbucaqlı
və dairəvi quruluşda çiy kərpicdən tikinti qalığı, qazma evlər, saxsı qab fraqmentləri və daş əmək alətləri
aşkar edilib. Yaşayış yerində
həmçinin, son tunc-ilkin
dəmir (e.ə.
14-8-ci əsrləri əhatə
edir - Z.M.) dövrünə
aid torpaq qəbirlərin,
antik dövrdə isə küp qəbirlərin yerləşdirildiyinin
şahidi oluruq. Abidənin mərkəzi və şimal-qərb hissəsində,
eneolit təbəqəsinin
üzərində, orta
əsrlərdə məskunlaşma
izləri görünür.
Orta əsrlər dövrünə
aid mədəni təbəqədən
tikili qalıqlarına,
dulus kürəsinə,
ocaq yerlərinə, təndirlərə, təsərrüfat
quyularına, üzəri
şirli və sadə üsulla hazırlanmış zəngin
saxsı məmulatına
rast gəlinir. Yaşayış yeri əlverişli
təbii-coğrafi mövqedə
yerləşməsinə və
sahəsinin böyüklüyünə
görə diqqəti
cəlb edir", - deyə ekspedisiya rəhbəri bildirir.
Böyük müalicə turizmi potensialı olan Naftalan şəhərində
arxeoloji tədqiqatların
aparılması abidələrimizin
tədqiqi və təbliği baxımından
çox əhəmiyyətlidir.
Əlavə edək ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun daha bir ekspedisiyası bir müddət əvvəl Ağstafa rayonunun Xətai kəndi ərazisində də Neolit dövrünə aid yaşayış
yeri aşkar edib.
İnstitutdan bildirilir ki, bölgələrdə arxeoloji
tədqiqatlar davam edir.
Zakir Muradov
Samux Naftalan
525-ci qəzet.-2020.- 9 sentyabr.- S.20