Tanınmış yazıçının "Vicdan" adlı yeni əsəri çapdan çıxıb

 

 

Tanınmış yazıçı ictimai xadim Asif Bəkirlinin "Vicdan" əsəri çapdan çıxıb. Bu, onun "Düşündüklərim... Qənaətlərim... Praktikadan nəzəriyyəyə" kitabından sonra ərsəyə gətirdiyi növbəti maraqlı əsərdir.

 

Kitab ümumilikdə iki əsas hissədən ibarət olmaqla, birinci hissəsi aprel 2016-cı ildən aprel 2020-ci ilədək olan dövr ərzində əsasən müəllifin sosial şəbəkələrdə paylaşdığı baxış düşüncələrindən, ikincisi isə 2003-cü ildə işıq üzü görmüş "Haqq səsiyəm" kitabında çap edilmiş bəzi şeirlərdən ibarətdir. Hər iki hissənin əvvəlində tanınmış, dəyərli ziyalıların fikirləri öz əksini tapıb.

 

Qeyd edək ki, Asif Bəkirli 1964-cü ildə Göyçay rayonunda neftçi ailəsində anadan olub. SOCAR-ın Baş ofisində İnsan Resursları Departametinin rəisidir. "Haqq səsiyəm" (şeirlər), "Beynəlxalq İdaretmə Standartları", "Əməyin Mühafizəsi Təhlükəsizliyi İdarəetmə Sistemi", "Beynəlxalq idarəetmə sistemlərinin inteqrasiyası auditi", "İnsan Resuslarının idarə edilməsi: nəzəriyyədən praktikaya", "Düşündüklərim... Qənaətlərim... Praktikadan Nəzəriyyə" adlı kitablarının müəllifidir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professorudur. Rusiya Federasiyası Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının A.S.Puşkin adına "Sözə əmələ sədaqət" medalı ilə təltif olunub. Azərbaycan Mətbuat Şurasının Azərbaycan KİVİHİ RH-nin diplom mükafatları, "Qızıl qələm" media mükafatı, eləcə "XXI əsrin tanınmış ziyalısı" beynəlxalq diplomu neft qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə "Fəxri Fərman" ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 sentyabr tarixli 19 sentyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycan neftçilərinin peşə bayramı "Əsrin müqaviləsi"nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı "Əməkdar mühəndis" fəxri adı ilə təltif edilib.

 

EURASİA DİARY

525- ci qəzet.- 11 sentyabr.- S.9.