Bakının işğaldan azad edilməsi
Osmanlı Türkiyəsinin
XX əsr hərb tarixində böyük xidməti olan hərbi xadimlərdən biri də Xəlil
paşadır. 1918-ci ildə Osmanlı Türkiyəsinin
baş komandanı Ənvər paşa tərəfindən İraq
cəbhəsindən geri
çağırılaraq Nuru
paşa Qafqaz İslam Ordusunun komandanı, Xəlil paşa isə Şərq Ordular qrupunun komandanı olaraq bölgəyə göndərilmişdi.
Nuru paşa və Xəlil paşanın böyük əzmkarlığı,
təşkilatçılığı və fədakarlığı
sayəsində 1918-ci ilin 15 sentyabr tarixində Azərbaycanın
əbədi paytaxtı
olan Bakı şəhərinin başı
üzərini almış
təhlükə aradan
qaldırıldı. Ona
görə də 15 sentyabr 1918-ci il
Azərbaycanın şanlı
qəhrəmanlıq tarixinə
qızıl xətlə
yazılmışdır.
Ənvər paşa və Nuru paşa
haqqında Azərbaycan
mətbuatında az-çox
yazılsa da, Hafiz Kamal bəy oğlu Xəlil paşa haqqında oxucularımızda kifayət
qədər məlumat
yoxdur. Bu səbəbdən Xəlil
paşanın Türkiyədə
bir neçə dəfə böyük tirajla nəşr olunmuş "İttihad və Tərəqqidən
Cumhuriyyətə bitməyən
savaş" adlı xatirələr kitabını
dilimizə uyğunlaşdırıb
Azərbaycanda nəşr
etdirmək qərarına
gəldim. Hörmətli oxucuların diqqətinə
çatdırdığım bu yazı da
həmin kitabın bir bölməsini (ixtisarla) təşkil etməkdədir.
Xəlil
paşa KUT
... Düşmən qüvvələr
çəkilərkən ümumi
qərargahdan gələn
bu şifrəni əmr zabitim gətirib mənə verdi. Orada
yazılımışdı: "VI ordu əmrinizdə qalmaq surətilə Qafqaz ordularının da birləşdirilməsi
ilə təşkil edilən Şərq orduları qrupu komandanı vəzifəsinə
təyin edilmişsiniz.
Yeni vəzifənizi qəbul etmək üzərə İstanbul üzərindən
Qafqaza hərəkət
etməniz nəzərinizə
çatdırılır.
Baş komandan əvəzi Ənvər".
Yoldaşlarımla vidalaşaraq Nusaybin
üzərindən qatarla
İstanbula gəldim...
Dərhal başkomandanlıq
qərargahını ziyarət
edərək Şərq
orduları komandanı
vəzifəsi haqqında
məlumat aldım, bir neçə gün ailəmlə qaldıqdan sonra "Gülnihal" vaporu ilə təkrar müharibə yolunu tutdum...
Baş qərargahdan verilən əmr belə idi: "Batum-Tiflis-Bakı dəmir yolundan bir mənzil
yolu olaraq yararlanmaq surəti ilə Xəzər dənizində üstünlük
ələ alınacaq,
dəniz yolu ilə Bakı-Ənzəli
yolu qurulacaqdır".
Rus ordusunun dağılıb çəkilməsindən sonra
ingilislər bu qüvvələrdən bir
qismini əmr altına almış və ermənilərdən
təşkil olunmuş
dəstələrlə və
yenə ingilislərdən
yardım almış
Biçeraxovun başçılıq
etdiyi kazaklar İran yoluyla ingilislərlə birlikdə
gəlib Bakıya yerləşmişdilər...
İlk iş Bakının işğaldan azad edilməsi
və bu qüvvələrin dağıdılmasından
ibarət idi. Bu səbəbdən Bakıya hücum edəcək idim.
Bakının işğaldan azad edilməsi bizim üçün mütləq
bir vəzifə idi və bunun
üçün qardaşoğlum
Nuru paşanın başçılıq etdiyi
ordunun gücləndirilməsi,
təkviyə edilməsi
lazım idi. Təkviyə üçün də ən uyğun yol Gümrü-Tiflis-Gəncə dəmiryolundan
faydalanmaqdı.
Dəmiryolunun açılmasından sonra
göndərilən birliklərlə
artıq təkviyə
qüvvələrinin göndərilməsini
dayandırdım, çünki
göndərilən və
orada olan qüvvələr Bakının
alınmasına kifayət
edərdi. Mən də Gəncə
üzərindən Bakı
ətrafına getdim.
İslam ordusunun Bakı ətrafında tutduğu mövqe düşmən mövqeyinə topçu atəşi ilə hakimdi. Təkviyə məqsədilə
gətirilən ağır
topçu bateryaları
lazımi yerlərə
yerləşdirildi...
Dan yeri ağarmağa başlamışdı ki,
piyadaların özünəməxsus
hayqırışları ilə
bomba və süngü döyüşü
başladı... Hücum
qolunun sağına və soluna hücum edən düşmənin ehtiyat qüvvələri qəmə
(xəncər) şəklində
irəliləyən birliklərimin
sağa və sola açdıqları yelpazə
atəşi ilə geri oturdulurdu...
Düşmən bəzi hallarda əks hücuma keçir, ancaq bizim birliklər
təkrar onların üstünə atılır,
hamısını yerindəcə
əzib keçirdilər...
Düşmənin ehtiyat
hissələri şəhərin
mərkəzinə çəkilməyə
məcbur oldu...
Səhər tezdən başlayan
döyüşlər axşama
qədər davam etdi... Və bu döyüşlərdə
bəzən özümü
əlimdə mauzer ön xəttə atdığım zaman da oldu...
İngilis birlikləri geri çəkilərkən yerdə
qalan digər düşmən qüvvələr
Bakıdakı böyük
bir qazarmaya dolmuşdular. Xəbər alan kimi,
böyük bir cəbhə təşkil edə biləcək qazarma topçu atəşilə darmadağın
edildi...
Şəhərdə silah səsləri gecə-gündüz
davam edirdi... Şəhər ingilislərin
nəzarəti altında
olduğu zaman ermənilər və bolşeviklər yerli türk xalqına qarşı geniş bir qətliam törətməyə girişmişdilər...
Hər məhəllədə
ermənilər türklərdən
meyit qalaqları düzəltmişdilər...
Ordu yorğun
düşmüşdü. Orduya bir
günlük istirahət
verdikdən sonra birliklər şəhəri
ələ keçirdi.
Bir yandan yanğınlar söndürüldü, digər
tərəfdən də
asayişi təmin etməyə başladıq.
Nuru paşa məndən daha əvvəl şəhərə
girərək böyük
bir oteli qərargah
olaraq seçdi, mən daha sonra
şəhərə girdim.
Cəngavər ruhlu və böyük vətənsevər Nuru paşanın bu, bəlkə də həyatının ən gözəl günü idi...
Mən şəhərə
girərkən yanımda
qərargah rəisim polkovnik Parakuin ilə ikinci rəis polkovnik Basri bəy vardı. Şəhərin dalda
yerində döyüş
zamanı öldürülmüş,
ancaq meyitləri götürülməmiş bir
neçə ölü
gördük... Parakuin
birdən-birə əsəbiləşdi
və var səsi ilə bağırmağa başladı:
- Burada silahsız insanlar öldürülmüşdür.
Otelə
çox az
qalmışdı ki,
meydan kimi bir yerdə qırx üç adamın Nuru paşa tərəfindən
asdırılmış meyitlərini
gördük. Bunlar ingilis qoşunları şəhərdə
ikən yerli türk xalqına zülm etmiş və müharibə zamanı evlərin talan edilməsi ilə məşğul olmuş bəzi ermənilərdi. Nuru paşa
müharibə dövrünün
şərtlərinə əməl
etmiş, onları hərbi məhkəmənin
qərarı ilə asdırmışdı. Parakuin
bu dəfə axmaqcasına danışmağa
başladı:
- Bu, doğru deyildir, bu, qətliamdır...
Artıq səbrim tükənmişdi. Ona veriləcək cəza eynilə dar ağacından asılmaq ola bilərdi,
çünki onun hərəkəti müharibə
qaydalarına zidd idi. Biz bir dövlət üçün
vuruşurduq, onun-bunun
fikri bizi maraqlandırmırdı. Görəsən,
Parakuin eyni şəkildə asılmış
türkləri görsə,
bu etirazı göstərərdimi... Ona
sərt bir şəkildə bunları
dedim:
- Parakuin, ya səsini
kəs, ya da sənin aqibətin
hərbi məhkəmədə
bəlli olar...
Susdu və oteldə yanıma gələrək:
- Mən artıq sizin yanınızda xidmət edə bilıməyəcəyəm, - dedi.
- Sizin xidmətinizə ehtiyacımız yoxdur, azadsınız, - dedim.
Bu zaman küçələrdə ermənilər tərəfindən qətl edilmiş yerli türklərin meyitləri toplanır və yüzlərlə uşaq, cavan, qoca arvad və kişi onlar üçün qazılmış qəbirlərdə əbədi uyumaq üçün torpağa tapşırılırdı. İnsanlığın gördüyü vəhşiliklərdən biri də ingilislərin işğalı altında olan Bakıda türk xalqının başına ermənilər tərəfindən gətirilmiş bu vəhşilikdir.
Parakuindən sonra qərargahımın ikinci şöbə rəisi olan mayor Qrossman da istefa verməyə məcbur olduğunu bildirdi. Bu mayoru çox istəyirdim. Parakuinin təsiri altında qalaraq istefa etdiyini anladım. Sonra da belə bir elan verdim: "Qərargahımda olan bütün alman zabitləri istefalarını verərək Tiflisdə fon Kresin əmrinə girəcəklər".
Alman zabitlərinin əsl incikliklərinin səbəbi başqa idi. Bunun fon Kres tərəfindən Bakının azad edilməsinə qatılmaq üçün göndərilmək istənən birliklərin bu qələbədə iştirakının qarşısının alınmasından qaynaqlandığı məlum idi... Alman zabitləri verdiyim əmrə əsasən toplandılar və hamısı bir yerdə Tiflisə doğru yola çıxdılar... Bakıda işim qalmamışdı artıq...
Buranı Nuru paşaya təhvil verib Tiflis üzərindən Gümrüdəki qərargahıma
qayıtdım.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü
525-ci qəzet.- 2020.- 15 sentyabr.- S.7.