Milli Kitabxanada "Adil Babayev - 95" sərgisi

 

Yanvarın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Babayevin anadan olmasının 95 illiyi münasibətilə şairin həyat yaradıcılığına həsr olunmuş "Adil Babayev - 95" adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə şairin müxtəlif illərdə nəşr olunmuş əsərləri, sözlərinə yazılmış mahnılar, tərcümələri, redaktoru olduğu haqqında yazılmış kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 

 

525-ci qəzet.- 2020.- 29 yanvar.- S.13.