BDU-da Cahangir Məmmədlinin 78 illiyi münasibətilə tədbir təşkil olunub

 

Bakı Dövlət Universitetinin (BDU) "Jurnalistika" fakültəsində professor, Prezident təqaüdçüsü Cahangir Məmmədlinin 78 illiyi münasibətilə tədbir təşkil olunub.

Tədbirə toplaşanlar Azərbaycan mətbuat tarixi jurnalistikasının sadiq tədqiqatçılarından olan alimin fəaliyyətinin müxtəlif istiqamətlərinə nəzər salıblar.

Qeyd olunub ki, Cahangir Məmmədli 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən bu fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Jurnalistikanın nəzəriyyəsi təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışır. Çıxış edənlər Cahangir müəllimin nəcib insani keyfiyyətlərindən danışıblar. O, həmişə zəhmətsevərliyi, çalışqanlığı, elmə sadiqliyi ilə seçilib bu xüsusiyyətləri pedaqoji fəaliyyəti ərzində tələbərinə aşılamağa çalışıb. 250 elmi, 1300 publisistik məqalənin müəllifi olan alimin ədəbi tənqidə jurnalistikaya dair 7 kitabı nəşr olunub. Cahangir Məmmədli bu gün yorulmadan təcrübəsini biliklərini gənclərlə bölüşür, mətbuatın müasir inkişaf meylləri dünya mediasında gedən prosesləri yaxından izləyir.

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2020.- 29 yanvar.- S.7.