Kamal Abdullanın Mənim Füzulim kitabı işıq üzü görüb

 

Xalq yazıçısı Kamal Abdullanın Mənim Füzulim adlı yeni kitabı işıq üzügörüb. Müəllifin Məhəmməd Füzuliyə həsr etdiyi esselərindən ibarət olan yeni nəşrdə Səttar Bəhlulzadənin Füzuli əsərlərinə çəkdiyi qrafik rəsmlərdən istifadə edilib. Yazıçı kitabda yer alan ədəbi nümunələrin yazılma tarixçəsini və kitabın çap olunm aideyasını belə əsaslandırır: Oxucuya, həcmcə kiçikolsa, kitab kimi təqdim edilən bu mətnin yaranış necə oldubu yaranışın səbəbi nəidi?!

Uzun müddətidiki, Cahangir Cahangirovun cazibədar Füzuli kantatası özününən müxtəlif yönlərindən mənim qulağımda səslənirdi. Mən ondan yaxa qurtara bilmirdim. Ən müxtəlif vaxtlarda, ən müxtəlif yerlərdə öz-özünə, heç nədən o, mənim beynimdə, qəlbimdə peyda olurdu. Mən bu musiqi ilə yaşayırdım, onunla nəfəs alırdım. Şövkət Ələkbərovanın ecazkar səsi əlimdən yapışıb məni Füzuli aləminin lap içinə qədər arxasınca gətirib gəlirdi.

... Füzuli məni həmişə ahənrüba kimi özünə cəlb edib. Füzulinin sözə münasibəti, sözü mum kimi beytin içində əzib yerləşdirmə bacarığı mənim təsəvvürlərimin hətta hüdudundan kənara çıxıb. Mən həmişə fərqində olmuşam ki, Azərbaycan ədəbiyyatı məhz Füzuli ilə XVI əsrə daxil olub, öz dilini yenidən yaradıb və qoruyub, dünya dəyərlərinə qiymət verib. Elə buna görə də Füzuli olmasaydı nə olardı? sualı məni həmişə qorxudub. Və bu qorxu tezcədə duman kimi uçub gedib. Mənanlamışam ki, mənim Füzulimolmaya bilməzdi. Necəki, Xəzər olmaya bilməzdi, necəki, Göygöl olmaya bilməzdi, Azərbaycan olmaya bilməzdi. O məni heç zaman tək buraxmazdı. Və mənim Füzuli muzaqəsrlərin isti qoynundan narahat, qəmli baxışlarını yenə də bu günədikib. Və təkrar-təkrar deyir. Təkcə mənim üçün deyir: Təğyiri-qəm etmək olmaz oldu. Gəldim, geri getmək olmaz oldu...

Kitabın bədii redaktoru Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, redaktoru Cavid Zeynallıdır. Kitab Mütərcim nəşriyyatında çap olunub.

 

525-ci qəzet.- 2020.- 8 yanvar.- S.13.