Tanıyaq və tanıdaq!

 

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə daha sonra doğulub boya-başa çatmış sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr üslublarda qələmə aldığı şeir poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Qərbi tanıyırıq, Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

 

Esmira Fuad,

Filologiya elmləri doktoru

 

İsmayıl Əfxəmi (Aydın Baxış) 1975-ci il Təbriz şəhərində anadan olub.

Orta təhsil haqqında şəhadətnaməni Təbrizdə aldıqdan sonra, Təbriz Universitetində magistraturada oxuyub.

"Tanı məni" silsiləsindən 2 kitabı çıxıb, 3-cü isə çapa hazırlanır.

 

Ulduzlar

 

Bizə xoş gələr yaşam,

Hər gün gələndə axşam

Göydür bizə ev-eşik

Göyə köz səpilmişik.

Ya kökük, ya da arıq,

Gahdan göydə axarıq,

On milyonlar sayımız,

Bizim ömür payımız.

Tanıyarsız Günəşi

Bizim böyük qardaşı.

O gəlsə, biz gedərik,

Onun yolun güdərik,

Gecə göyə dad-duzuq,

Biz parlayan Ulduzuq.

 

Günəş

 

Canım çıraqtək yanar,

Yer başıma dolanar,

İstiyəm, işıqlıyam,

Gözəl, yaraşıqlıyam.

Mən olmasam, yer üzü

Kor qalar, sözün düzü,

Həm qaranlıq, həm şaxta

Yer dönər qara baxta.

Yaşayıram qədimdən,

Heç şey çıxmaz yadımdan,

Necə varam? Necə yox?

Gündüz varam, gecə yox.

Yanmaqdır işim-peşəm

Göy üzündə Günəşəm

 

Ay

 

Mən gözələm, mən arın,

Məni göydə axtarın.

Gah arığam, gah kökəm,

Bişər Günəşdən kökəm.

Mən gecələr oyağam,

İşıqlıyam parlağam.

Göydə yanan bir topam,

Sevmirəm göydən qopam

Ulduzlar yoldaşımdır.

Mənə gəlibdir insan,

Adı Nil Armestranq.

Gözəlliyim əlimdə,

On dörd gecəliyimdə

Sarı ya, ağdır boyam,

Doğru bildiz, mən Ayam!

 

Yaz

 

Məndə bitər çiçəklər,

Uçar naz kəpənəklər,

Gələr quşların səsi,

Yeni həyat nəfəsi.

Yağış yağar çay dolar,

Yerin üz-gözün yuyar,

Yoxumdur kinəm-kinim,

Üç aylıq ömrüm, günüm.

soyuq, istiyəm,

Təbiətin dostuyam,

Qışdan sonra mən varam,

Əvvəl günümdür Bayram.

Al-əlvanam, yaşılam,

Gəldim sizə qoşulam,

Fəsillərin nazıyam

Mən Tanrının Yazıyam.

 

Yay

 

Məndə nələr var, nələr?!

Məndə çıxar meyvələr:

Qovun, qarpız, üzüm, nar,

Alma, armud, gilənar.

Sərinlik axtarar yer,

İşlənər yelpik, kuler,

Uşaqlar getməz dərsə,

Tətil olar mədrəsə.

Oynamaq, deyib, gülmək,

Öyrənmək, bilgi bilmək,

Uşaqlara əyləncə,

Hələ payız gəlincə.

Mənəm isti nəfəsli,

Gəzib, dolanmaq fəsli,

Ömrüm azdır - üç ayam,

Yaxşı bildiz, mən Yayam.

 

Güz (Payız)

 

Yavaş-yavaş havalar,

Soyumağa başlayar,

Buludlar çilər yağış,

Sonra gələr qırov, qış.

Çay-dərədən sel axar,

Göydən ildırım şaxar,

Köçəri quşlar köçər,

Ağaclar yapraq tökər.

Sarı, yaşıl, qırmızı,

Gəlir şaxtanın izi,

Dərs oxumaq başlanar,

Yeni-yeni yoldaşlar.

Bəh-bəh, savad bilim,

Kitab, dəftər, müəllim,

Məni tanıdınız?

Mən Payızam, ya da Güz.

 

Qış

 

Həmişə danlaqdayam,

Soyuqqanlı, şaxtayam,

Məndə yağar qar-külək,

Yatar bütün bör-böcək.

Yemək tapanmaz quşlar,

Hamı istini xoşlar,

Donar sular, donar yer,

geyinər çöl-bayır.

Üşüyər əl-ayaqlar,

Sonra deyər uşaqlar:

Gəlin gedək düzəldək

Qar adamı, züyüldək.

Gecələr yuxu şirin,

Portağal, lumu şirin,

Gəldim sizə danışam,

İstədim deyəm - Qışam.

 

Su

 

Başlanır ömrüm qışdan,

Yarandım qar-yağışdan,

Aydınlığam aynayam,

Çox sevərəm oynayam.

Axam gedəm çöllərə,

Dənizlərə göllərə,

Mən sizə sizdən yaxın,

Nemətiyəm Allahın.

Mənlə dünyanı yuyun,

Məni artıq qoruyun,

İşlədin ayın-şayın,

Çox hədər axıtmayın.

Adım yaşayış adı,

Mənəm təmizlik dadı,

Bulaqlar mənim yuvam,

Dum-duruyam, mən Suyam.

 

Dağ

 

Mən ucalardan uca,

Yaşım milyonlar, qoca,

Məndən çaylar başlanar,

Qışda şəpə boşlanar.

Qartal uçar başımda,

Qurd yuvası daşımda,

Qaynar çeşmə, bulaqlar,

Yamaclarda yolaqlar.

Kəklikotu, tüklücə,

Məndə bitər bolluca,

Üstümdə çən, yağış, qar

Adım dayanış, vüqar.

Əynim yaşıl, başım ,

Çağırarlar məni - Dağ.

 

Ağac

 

Meşə, orman əhliyəm,

Mən yaşıllıq şəhriyəm,

Yerdədir əslim, köküm

Yaşım, köynəyim, börküm.

Məndə olmaz kədər, qəm,

Varımdır sərin kölgəm,

Tüstüləri boğaram,

Hey oksigen doğaram.

Sevdiklərim Günəş, Su

Olsun qucaq dolusu.

Yaddan çıxmamış yazın,

Bir karbonik qazın.

Neçə qorxum var mənim,

Baltalardır düşmənim,

Bir yanan kibritlər,

Partlayan dinamitlər.

Ay məni sındıranlar,

Od vurub yandıranlar,

Yoldaşınız Ağacam,

Məhəbbətə möhtacam.

 

525-ci qəzet.- 2020.- 10 yanvar.- S.15.