"Mənim balaca Şahzadəm" beynəlxalq film festivalında

 

"Azanfilm" Animasiya Studiyasının istehsalı olan "Mənim balaca Şahzadəm" ("My little prince") qısametrajlı animasiya filmi yanvarın 24-dən 31-dək Banqladeşdə "13th International Children's" Film Festivalında nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, festivalın mükafatlandırma mərasimi yanvarın 31-də baş tutacaq.

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə "Azanfilm" Studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə rəssam M.Ələkbərlinin Ekzupirinin "Balaca şahzadə" əsəri haqqında düşüncə duyğularının, 3d animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib. Belə ki, M.Ələkbərlinin "Balaca şahzadə" əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilmişdir.

 

525-ci qəzet.- 2020.- 10 yanvar.- S.15.