Bakı Zirvəsi

 

Azərbaycan paytaxtı ötən il bir çox mühüm toplantılara ev sahibliyi etdi.

Belə əhəmiyyətli tədbirlərdən biri noyabrın 14-ü 15-i keçirilən Dünya Dini Liderlərinin II Bakı Sammiti oldu.

 

Dini liderin yubileyinə əhəmiyyətli töhfə

 

Son illər dünyanın diqqətini özünə yönəldən Azərbaycan tolerantlığı, multikultural dəyərləri təbliğ edən ölkələrdən biridir. Bu da səbəbsiz deyil, multikulturalizm Azərbaycanda təkcə həyat tərzi yox, həm dövlət siyasətidir. Ölkəmizdə bu sahədə bir çox önəmli addımlar atılıb, mötəbər beynəlxalq tədbirlər keçirilib. Ənənəvi olaraq təşkil olunan Bakı Humanitar Forumu, BMT-nin dəstəklədiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya Dini Liderlərinin Zirvə görüşləri məhz belə tədbirlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin Sammitin açılış mərasimində qeyd etdiyi kimi, bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək dünyada gedən müsbət proseslərə töhfə vermək.

Xatırladaq ki, Dünya Dini Liderlərinin I Sammiti 2010-cu ildə Bakıda uğurla keçirilmiş, tədbirdə dinlər sivilizasiyalararası dialoqu möhkəmləndirmək istiqamətində mühüm addımlar atılmışdı. Ötən ilin əhəmiyyətli tədbirlərindən birinə çevrilən Dini Liderlərin II Zirvə toplantısı əlamətdar hadisə çərçivəsində təşkil edilmişdi. Məlum olduğu kimi, ötən il Qafqaz Müsəlmanları İdarəsinin sədri, MBD Dinlərarası Şurasının həmsədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Bakı Beynəlxalq Dinlər Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq məqamına seçilməsinin 40 illiyi dövlət səviyyəsində qeyd olundu, təkcə paytaxtda deyil, Naxçıvan Muxtar Respublikasında, ayrı-ayrı bölgələrdə elmi konfranslar, digər müxtəlif tədbirlər keçirildi. Dini liderin yubileyinə həsr olunan tədbirlər çərçivəsində reallaşan II Sammitdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din dini təriqətin lider təmsilçiləri, həmçinin, 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları dini rəhbərləri iştirak etdilər.

QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Zirvə toplantısında bir daha qeyd etdi ki, multikulturalizm xalqımızın həyat tərzidir. Ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində bu milli-dini birlik ideyası Azərbaycanda dövlət siyasəti səviyyəsinə çevrilib. Ölkə başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərə özəl münasibəti sayəsində bəşəri birliyə xidmət edən multikulturalizm, İslam həmrəyliyi kimi ideyalarının reallaşması istiqamətində Azərbaycanda uğurlu addımlar atılır. Ölkəmizdə həyata keçirilən bu siyasət beynəlxalq aləmdə maraqla qarşılanır Azərbaycanın əldə etdiyi müsbət təcrübə diqqətlə öyrənilir. Dövlət başçısının ideya müəllifi olduğu qlobal çağırışlar əsasında QMİ-nin son illərdə İspaniyada, Almaniyada, Avstriyada, Türkiyədə, İranda, Rusiyada keçirdiyi müxtəlif konfranslar ölkəmizdəki tolerantlıq multikulturalizm sahəsində uğurların təşviqi baxımdan olduqca mühüm əhəmiyyət daşıyır.

Şeyxülislam həzrətləri Zirvə görüşündə bir daha bəyan etdi ki, beynəlxalq sabitlik təhlükəsizliyə qarşı yönələn ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi təhdid təhlükələrin qarşısının alınması üçün siyasətçilərin, ictimai, eləcə dini liderlərin birgə səylərinin artırılmasına, qlobal dialoqun gücləndirilməsinə böyük ehtiyac var. Çünki bu gün insanlar arasında təcavüzə, zorakılığa ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları ictimai təhlükəyə çevrilməkdədir.

Bütün dünyada nüfuzlu dini lider kimi qəbul edilən Şeyxülislam Allahşükür Paşazadə Bakı Zirvəsinin tribunasından bir daha diqqətləri Qarabağ probleminə yönəldərək bildirdi ki, nifrət çağırışları sayəsində Ermənistan Azərbaycanın əzəli torpağı olan Qarabağı işğal edib. Hərbi təcavüz genosid nəticəsində ərazi bütövlüyümüz pozulub, torpaqlarımızın 20 faizi işğal olunub, milyonlarla insan doğma yurd-yuvasından qaçqın düşüb, dini tarixi-mədəni abidələrimizə qarşı vandalizm hərəkətləri həyata keçirilib. QMİ sədri beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçılıq siyasətinə biganə qalmamağa çağırdı.

Dünya Dini Liderlərin II Bakı Zirvə toplantısında Moskvanın Bütün Rusiyanın Patriarxı Kirill, Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri başqanı Ali Erbaş, BMT Baş katibinin humanitar məsələlər üzrə xüsusi məsləhətçisi Abdallah əl-Mətuq, İran İslam Respublikasının Mədəniyyət İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman, Misirin Nümayəndələr Palatası sədrinin birinci müavini Əl Seyid Mahmud əl-Şərif, Özbəkistan Prezidentinin dövlət müşaviri Rüstəm Kasımov, BƏƏ Prezidentinin dini işlər üzrə müşaviri əl-Sayed əl-Haşim, Vatikanın Dinlərarası Pontifik Şurasının İslamla dialoq departamentinin başçısı Xaled Akaşe, Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri konfransının icraçı sədr müavini Malkolm Honlayn, Beynəlxalq Dinlərarası Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAİCİİD) Baş katibi Feysəl bin Muammar başqaları çıxış edərək Azərbaycanın sabitlik dini tolerantlıq sahəsində qazandığı nailiyyətləri yüksək dəyərləndirdilər, belə bir möhtəşəm Sammitin Bakıda keçirilməsini mühüm hadisə adlandırdılar. İkigünlük Sammitdə "Multikulturalizm, tolerantlıq dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu", "Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər ictimai xadim kimi sivilizasiyalararası dinlərarası əməkdaşlığın inkişafına töhfəsi", "Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm xristianofobiya əleyhinə", "Qadın uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti" mövzuları ətrafında faydalı müzakirələr aparıldı.

 

Bütün dinlər silahlı münaqişələrə qarşı Bakı Sammitinin nəticələri

 

Zirvə toplantısının yekununda Dünya Dini Liderlərinin II Bakı Sammitinin Bakı Bəyannaməsi qəbul edildi. Sənəddə Dünyanın müxtəlif dövlətlərini təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist digər dini birliklərin rəhbərləri, dini konfessiya təmsilçilərinin müasir dünyanı təhdid edən problemlərlə bağlı birgə mövqeyinin bildirilməsi, o cümlədən dinlərarası sivilizasiyalararası həmrəyliyin vacibliyinin bütün dünyaya nümayiş etdirilməsi məqsədilə belə tədbirlərin davamlı təşkil olunmasının vacibliyi xüsusi vurğulanıb.

Azərbaycan daha bir mühüm beynəlxalq tədbiri uğurla başa vurdu. Dünyanın müxtəlif ölkələrindən paytaxtımıza təşrif buyuran qonaqlar, sammiti işıqlandıran əcnəbi jurnalistlər Bakı Zirvə toplantısında təşkilatçılığın yüksək səviyyədə olmasını qeyd etdilər. Ötən müddət ərzində Sammit iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına göndərdikləri minnətdarlıq məktubları da buna sübutdur. Vatikanın Dinlərarası Pontifik Şurasının İslamla dialoq departamentinin rəhbəri Xaled Akaşenin dövlət başçısına ünvanladığı məktub bu baxımdan xarakterikdir: "... Hər hansı ölkənin gücü sərvətlərini bir neçə məqsədlər üçün istifadə etmək olar. Bakı Sammitinə gəldikdə isə, tədbirin təşkilatçıları öz yüksək bacarıq əzmkarlıqları ilə, eləcə mühüm resurslardan istifadə etməklə qarşıya müxtəlif dinləri təmsil edən dini liderlər xadimlər arasında anlaşma, qarşılıqlı hörmət dostluğun təşviq olunması kimi nəcib məqsəd qoymuşdular. Tədbir zamanı iştirakçılar arasında mövcud olan xoş mühit Sizin rəhbərliyiniz sayəsində ölkənizdə müxtəlif dini icmalar arasında yaradılmış sabit harmonik münasibətləri nümayiş etdirir..."

Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya Dini Liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan həyata keçirilən "Bakı Prosesi", "Multikulturalizm" "İslam Həmrəyliyi" illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən, Dünya Dini Liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.

 

Ölkə başçısının da qeyd etdiyi kimi, böyük əhəmiyyətə malik Bakı Zirvə görüşündə səslənən mühüm mesajların lazımi ünvana çatacağına inanırıq.

 

Etibar CƏBRAYILOĞLU

 

525-ci qəzet.- 2020.- 10 yanvar.- S.6.