"Yüksəliş" müsabiqəsində 3000-dən

çox şəxs qeydiyyatdan keçib

 

Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi davam edir. Bugünədək 3000 nəfərdən çox şəxs müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçib. Qeydiyyat prosesi fevralın 2-i saat 18:00-dək davam edəcək.

Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, alitəhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların digərlərin idarə olunması nəzərdə tutulur.

Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. Bundan başqa, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək.

Müsabiqə Qeydiyyat, Onlayn seçim, Əyani seçim, Yarımfinal Finaldan ibarət olmaqla 5 mərhələdə keçiriləcək. Qeydiyyat mərhələsində müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat 2 fevral 2020-ci il saat 18.00-dək davam edəcək.

Onlayn seçim mərhələsində qeydiyyat mərhələsini uğurla başa vuran bütün iştirakçılar iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi potensialları əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan dili ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq iqtisadiyyat) qabiliyyət testləri (verbal rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə) formatında keçiriləcək.

Onlayn seçim bitdikdən sonra müvafiq video müraciəti Şəxsi Kabinetdə yerləşdirmiş iştirakçı Əyani mərhələdə iştirak hüququ qazanır. Bu mərhələdə iştirakçıların ümumi erudisiyaları ilə yanaşı, sosial intellekti, düşüncə sürəti danışıq qabiliyyətləri yoxlanılır. İştirakçılar daha öncədən təyin olunan ünvana gələrək, sözügedən mərhələdə əyani şəkildə iştirak edirlər.

Üçüncü mərhələdən uğurla keçən iştirakçılar yarımfinal mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların idarəetmə, komanda fərdi şəkildə işləmək bacarıqları məşğələ tapşırıq üsulu ilə yoxlanılacaq. İştirakçılar üçün fərdi inkişaf planının hazırlanması məqsədilə iştirakçılar ekspertlərin, insan resursları üzrə mütəxəssislərin öz sahəsində peşəkar sayılan insanlar tərəfindən müsahibə olunacaq.

Nəhayət, yarımfinal mərhələsindən uğurla keçən iştirakçılar final mərhələsinə vəsiqə qazanırlar. Final mərhələsi çərçivəsində keçirilən tədbirlərdə iştirakçıların idarəetmə bacarıqları xüsusi tapşırıqların (işgüzar oyunlar, sosial layihələr onların həlli, eskpertlərlə , müsahibələr) köməyi ilə qiymətləndirilir. Bu mərhələdə iştirakçılar İdarəçi rəhbərlərlə görüşəcək, onlarla birgə işgüzar müzakirələr, dəyirmi masalar təşkil olunacaq. Qaliblər müsabiqə bitdikdən sonra İdarəçi rəhbərlərlə fərdi inkişaf proqramı çərçivəsində birbaşa işləmək imkanı əldə edəcəklər.

Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva deyib ki,  "Yüksəliş" müsabiqəsində qarşıya qoyulan məqsədlərdən biri yeni nəsil idarəçilərin müəyyənləşdirilməsidir. Bu müsabiqə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursunun bir halqasıdır: "Fikrimcə, kadr ehtiyatı bankının yaradılması üçün bu müsabiqə ən əlverişli müsabiqələrdən biri olacaq. Azərbaycanda idarəçilik vərdişləri olan öz potensialına inanan hər kəs bu müsabiqədə iştirak edə bilər. Müsabiqə Azərbaycanda kadrların bilik bacarıqlarının inkişaf etməsinə mühüm töhfə verəcək".

Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə isə "Yüksəliş" müsabiqəsinin tarixi bir müsabiqə olduğunu bildirib: "Yüksəliş" müsabiqəsi intellektual səviyyəsi idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edəcək. Bu, yeni bir sahədir: "Biz bu prosesdə ən müasir alətlərdən istifadə edəcəyik. Azərbaycanda 20 il ərzində topladığımız təcrübə bizə bu məsələdə kömək edəcək. Bizim bütün insan potensialımız ekspertlərimiz bu prosesə qoşulacaqlar".

AMEA-nın Birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin dediyinə görə, "Yüksəliş" müsabiqəsinin keçirilməsi müstəqil Azərbaycan dövlətinin gələcək taleyüklü məsələlərini həll edəcək yeni nəslin, kadr potensialının hazırlanması istiqamətində tam fərqli düşüncə yanaşmadır: "Azərbaycan tarixində ilk dəfədir ki, kadr potensialını artırmaq üçün intellektualların müəyyən edilməsi müsabiqəsi təşkil olunacaq".

İ.Həbibbəyli bildirib ki, Azərbaycan tarixində ilk dəfədir ki, kadr potensialını artırmaq üçün intellektualların müəyyən edilməsi müsabiqəsi təşkil olunur: "Bu, gələcəkdə Azərbaycan dövlətinin bütün sahələr üzrə inkişaf etdirilməsinə göstərilən Prezident qayğısının səlis ifadəsidir. Komissiyanın tərkibində yer alanların çoxu elm təhsil sahəsində çalışan, hətta alimlik dərəcəsi alan intellektual şəxslərdən ibarətdir. İnanıram ki, müsabiqə komissiyası öz təcrübələrinə əsaslanaraq ölkəmiz üçün faydalı olacaq kadrları, mütəxəssisləri müəyyənləşdirə biləcəklər. Bu, Azərbaycanın sabahı qarşısında dövlətimizin bir məsuliyyətli vəzifəsidir".

Təhsil eksperti Kamran Əsədov vurğulayıb ki, gələcəkdə həyata keçirilən hər hansı bir kadr islahatı zamanı birbaşa seçilmiş ehtiyatda olan kadrlardan istifadə olunacaq: "Adıçəkilən müsabiqənin təsis edilməsi ilə gələcəkdə həyata keçirilən hər hansı bir kadr islahatı zamanı birbaşa seçilmiş ehtiyatda olan kadrlardan istifadə olunacaq. Bu da kadr təyinatlarında mobilliyi, peşəkarlığı artıracaq. İdarəçilik məsələsində kadr bankı yaradılarkən yalnız hazırda ölkədə yaşayan intellektual şəxsləri yox, eləcə dünyanın hər yerində yaşayan çalışan, fərqlənən soydaşlarımızı da bu kadrlar sırasına daxil etməliyik. Azərbaycanda həyata keçirilən kadr islahatları, xüsusən də son dövrlər bir sıra nazirliklərə və qurumlara yeni nazirlərin, rəhbərlərin gətirilməsi göstərir ki, artıq Azərbaycanda bu işə başlanılıb. Əminəm ki, idarəçilik məsələsində kadr bankı yaradılması gənc kadrların sürətlə vəzifəyə təyin olunmasına və vəzifədə yüksəlməsinə gətirib çıxaracaq və bundan sonra "Yüksəliş" müsabiqəsi həyata keçirildikdən sonra daha bacarıqlı, intellektli, haqqı olan və güclü kadrların dövlətin idarəedilməsində iştirakının şahidi olacağıq".

 

S. QARAYEVA

 

525-ci qəzet.- 2020.- 11 yanvar.- S.7.